10 Fevral 2026 17:36
382
İQTİSADİYYAT
A- A+
İcbari Sığorta Bürosu 2025-ci ildə icra olunmuş strateji layihələri təqdim edib  

İcbari Sığorta Bürosu 2025-ci ildə icra olunmuş strateji layihələri təqdim edib  


“İcbari Sığorta Bürosu” (İSB) 2025-ci ildə icra olunmuş strateji layihələr üzrə hesabatının media nümayəndələri üçün təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə ötən il həyata keçirilmiş layihələr, yeni istifadəyə verilmiş elektron xidmətlər, eləcə də İSB-nin yenilənmiş internet səhifəsi ilə bağlı təqdimatlar baş tutub.

Tədbirin açılışında İSB-nin İcraçı direktoru Vüsal Məsiyev bildirib ki, Azərbaycanda icbari sığorta bazarı böyük potensiala malikdir və bu potensialın reallaşdırılması istiqamətində zəruri tədbirlər ardıcıl şəkildə davam etdirilir.

Qeyd olunub ki, İSB-nin əsas məqsədi icbari sığorta sisteminin sabitliyinin təmin edilməsi, sığorta olunanların və üçüncü şəxslərin maraqlarının qorunmasıdır. Son illərdə bu sahədə texniki və institusional islahatlar aparılıb, kadr potensialının gücləndirilməsi, həmçinin ictimaiyyətin sığorta savadlılığının artırılması istiqamətində mühüm addımlar atılıb. Vüsal Məsiyev bildirib ki, növbəti dövrdə innovativ yanaşmalar və müştəri məmnuniyyətinə əsaslanan dəyişikliklərlə sığorta sektorunda yeni tətbiqlər həyata keçiriləcək.

Daha sonra İSB-nin Biznesin inkişafı departamentinin rəhbəri Xanım Camalova 2025-ci ildə icra olunmuş strateji layihələr üzrə illik hesabatla çıxış edib. O qeyd edib ki, təqdim olunan strategiya xəritəsi sığorta sektorunun müasir standartlara uyğunlaşdırılmasını və rəqəmsal transformasiyasını hədəfləyən genişmiqyaslı planı əhatə edir. Strategiya innovasiya, dürüstlük və dayanıqlılıq prinsiplərinə əsaslanaraq həm sığortaçıların, həm də sığorta olunanların maraqlarının ədalətli şəkildə qorunmasını qarşıya məqsəd qoyur.

Bildirilib ki, əsas hədəf data əsaslı qərarvermə mexanizmləri və süni intellekt texnologiyalarından istifadə etməklə icbari sığorta sahəsində aparıcı “InsurTech” mərkəzinə çevrilməkdir. Bu çərçivədə vahid məlumat mərkəzinin yaradılması, İT infrastrukturunun gücləndirilməsi və maliyyə ehtiyatlarının idarə edilməsinin təkmilləşdirilməsi strateji prioritetlər kimi müəyyən olunub. Eyni zamanda, korporativ idarəetmə sistemlərinin yenilənməsi, Azərbaycan Yaşıl Kart Bürosunun fəaliyyətinin genişləndirilməsi və “Kağızsız büro” konsepti vasitəsilə ekoloji cəhətdən dayanıqlı mühitin formalaşdırılması nəzərdə tutulur.

Tədbir çərçivəsində İSB-nin yenilənmiş internet səhifəsi – www.isb.az  media nümayəndələrinə təqdim edilib. İSB-nin Rəqəmsal həllərin inkişafı departamentinin rəhbəri İslam İsmayılov bildirib ki, saytın yeni dizayn və təkmilləşdirilmiş strukturla istifadəyə verilməsində məqsəd istifadəçilər üçün daha rahat, çevik və funksional platformanın yaradılması, informasiya əlçatanlığının artırılmasıdır.

Yenilənmiş veb-səhifədə naviqasiya sistemi sadələşdirilib, ən çox istifadə olunan bölmələr ön plana çıxarılıb, Azərbaycan və ingilis dillərində istifadə imkanı təmin edilib. İSB-nin informasiya sistemində “Şəxsi kabinet”in dizaynı yenilənib və funksionallığı genişləndirilib. Bununla yanaşı, 4 yeni elektron xidmət – “Bonus-Malus əmsalı üzrə onlayn müraciət”, “Radar cəriməsi üzrə onlayn müraciət”, “Şəxsin yazılı razılığı əsasında sığorta hadisəsi tarixçəsinin sorğulanması üzrə onlayn müraciət” və “Sığorta hadisəsi üzrə müstəqil ekspert təyini üçün onlayn müraciət” istifadəyə verilib ki, bu da xidmətlərin daha operativ və səmərəli göstərilməsinə imkan yaradır.

Təqdimatdan sonra müzakirələr aparılıb, media nümayəndələrinin sualları cavablandırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa çempionatı: Azərbaycan minifutbol millisinin rəqibləri bəlli olub

22:23
27 Fevral

Gəncənin Baş planı Nazirlər Kabinetinə təqdim edilib, Xocalının planı üzrə razılaşdırma davam edir  

20:51
27 Fevral

Efiopiyanın Baş naziri “AI Academy” ilə tanış olub  

20:41
27 Fevral

Vaşinqtonda Xocalı soyqırımının qurbanları anılıb  

20:29
27 Fevral

Premyer Liqa: “Zirə” “Araz-Naxçıvan”a qalib gəlib

20:14
27 Fevral

Şamaxıda yenidən zəlzələ olub

20:03
27 Fevral

MM-in komitə sədri: Azərbaycanda tibbi turizmin inkişafı üçün geniş imkanlar var  

19:57
27 Fevral

Gürcü nazir: Azərbaycandan Gürcüstana ümumi investisiyalar 3,1 milyard dolları keçib  

19:42
27 Fevral

Prezident Administrasiyasının rəhbəri COP32-nin Prezidenti ilə görüşüb  

19:41
27 Fevral

Azərbaycan və Türkmənistan arasında əməkdaşlıq məsələləri müzakirə olunub  

19:29
27 Fevral

ABŞ-nin müvəqqəti işlər vəkil: Azərbaycanla iqtisadi əməkdaşlığın günü-gündən inkişaf etməsindən çox məmnunuq  

19:16
27 Fevral

Finlandiyada Xocalı həftəsi

18:59
27 Fevral

Xocavəndə Böyük Qayıdış: 1485 nəfər doğma yurduna qovuşub

18:35
27 Fevral

Parisdə Xocalı soyqırımı ilə bağlı məlumatlandırıcı aksiya keçirilib

18:23
27 Fevral

Hüquq fakültəsi tələbələrinin fotolarını yaydığına görə saxlanılan şəxs barəsində cinayət işi başlanılıb

18:09
27 Fevral

Efiopiyanın Baş naziri Abiy Əhməd Əli Səngəçal neft terminalında olub  

17:46
27 Fevral

Azərbaycanın turizm potensialı Mərkəzi Asiya və Rusiyada təqdim edilib

17:35
27 Fevral

Zəlzələdən sonra ərazilərdə monitorinqlər aparılır – Şamaxı RİH-dən AÇIQLAMA 

17:28
27 Fevral

Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə Mentorluq proqramının yekunlarına dair görüş keçirib  

17:23
27 Fevral

İqtisadi Şuranın növbəti iclası keçirilib

17:21
27 Fevral

Efiopiyanın Baş naziri “ASAN xidmət”də

17:20
27 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!