22 Oktyabr 2025 08:45
1330
Mədəniyyət
A- A+
ICAPP Asiya Mədəniyyət Şurası qarşılıqlı əməkdaşlıq üçün mühüm platformadır

ICAPP Asiya Mədəniyyət Şurası qarşılıqlı əməkdaşlıq üçün mühüm platformadır


Gündən-günə gücünü, qüdrətini artıran, regionda söz sahibi olan Azərbaycan bu gün dünyanın iqtisadi, siyasi, humanitar mərkəzlərindən birinə çevrilib. Beynəlxalq səviyyəli müxtəlif tədbirlərə evsahibliyi etməsi ölkəmizə olan inamın, etimadın təsdiqidir. 

Xəbər verildiyi kimi, bu günlər ölkəmizdə Yeni Azərbaycan Partiyasının (YAP) evsahibliyi ilə Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (ICAPP) Daimi Komitəsinin (DK) 44-cü və ICAPP Asiya Mədəniyyət Şurasının 4-cü iclasları keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev tədbir iştirakçılarına müraciətində deyib: "Müasir dövrdə bəşəriyyət dərin transformasiya mərhələsini yaşayır, mövcud qlobal nizam silahlı münaqişələr, ekoloji böhranlar və sosial-iqtisadi bərabərsizliklər kimi çoxşaxəli çağırışlar qarşısında sınağa çəkilir. Bu şəraitdə mədəniyyət insanları və cəmiyyətləri ali bəşəri dəyərlər ətrafında birləşdirən və sosial inteqrasiyanı təşviq edən əvəzsiz amil kimi çıxış edir. Milli ənənələrin qorunması ilə yanaşı, dialoqa və qarşılıqlı anlayışa açıq olmaq müasir beynəlxalq münasibətlərdə ortaq gələcəyin kollektiv şəkildə formalaşdırılmasını şərtləndirir. Beləliklə, mədəniyyət qlobal sabitliyə töhfə verən mühüm alətə çevrilir".

ICAPP Daimi Komitəsinin 44-cü iclasında DK sədri Çunq Eu-yonq Komitənin 43-cü iclasından ötən dövr ərzindəki fəaliyyətinə ətraflı  nəzər salaraq görülmüş işləri iştirakçıların diqqətinə çatdırıb, səmərəli əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb. Bundan sonra ICAPP Asiya Mədəniyyət Şurasının 4-cü iclası öz işinə başlayıb. Yeni Azərbaycan Partiyası Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov isə çıxışında müasir dövrdə beynəlxalq münasibətlər sistemində ciddi geostrateji dəyişikliklər baş verdiyini diqqətə çatdırıb: "Dünyada hərbi-siyasi konfrontasiyaların, humanitar böhranların, dini və etnik müstəvidə bir çox ziddiyyətlərin yaşandığı bir dönəmdə müxtəlif mədəniyyətlərin daşıyıcısı olan xalqlar arasında sabitlik və tərəqqi naminə dialoq prosesi ümumbəşəri dəyərlərin qorunması və ölkələrin təhlükəsizliyi baxımından müstəsna əhəmiyyət kəsb edir".

Tahir Budaqov ölkəmizin İkinci Qarabağ müharibəsində erməni işğalçıları üzərində qazandığı Zəfərdən də, əldə olunan uğurlardan da ətraflı söz açıb. Bildirib ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsində qələbə qazanaraq öz ərazi bütövlüyünü, 2023-cü ildə birgünlük antiterror əməliyyatı nəticəsində isə tam suverenliyini bərpa edən Azərbaycan ədalətli geosiyasi nizamın tərəfdarı olaraq beynəlxalq hüquq normalarına, o cümlədən dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət, daxili işlərinə müdaxilə olunmaması və qarşılıqlı surətdə milli maraqların nəzərə alınması kimi prinsiplərə əsaslanan müstəqil və konstruktiv siyasət həyata keçirir. YAP Sədrinin müavini Asiya və Okeaniyada 350-dən çox siyasi partiyanı bir araya gətirən ICAPP-ın səmərəli dialoqun genişləndirilməsi və çoxtərəfli əməkdaşlığın təşviqi üçün etibarlı platforma olduğunu da tədbir iştirakçılarının nəzərinə çatdırıb, ICAPP kimi mötəbər beynəlxalq platforma vasitəsilə müxtəlif ölkələrin siyasi partiyaları arasında əlaqələrin genişləndirilməsi və əməkdaşlığın dərinləşdirilməsinin son dərəcədə önəmli olduğunu bildirib.

ICAPP Daimi Komitəsinin sədri, Koreya Respublikasının sabiq xarici işlər naziri Çunq Eu-yonq çıxışında qeyd edib ki, mədəniyyət sadəcə keçmişi əks etdirmir, eyni zamanda gələcəyimizi formalaşdıran dinamik qüvvədir. Sonra o, mədəni irsin qorunmasının və bu istiqamətdə fəaliyyətlərin təşviqinin cəmiyyətlərin inklüzivliyini effektiv şəkildə artıra biləcəyinə və sosial birliyi gücləndirəcəyinə əminliyini ifadə edib.

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli isə çıxış edərək ICAPP Asiya Mədəniyyət Şurasının 4-cü iclasının Bakıda keçirilməsinin ölkəmizə göstərilən etimadın və YAP-ın beynəlxalq aləmdə etibarlı tərəfdaş olmasının göstəricisi olduğunu bildirib. Deyib ki, bu qurum regional əməkdaşlığın və mədəni dialoqun inkişafında mühüm rol oynayır. Nazir daha sonra bildirib: "Prezident İlham Əliyevin rəhbərliyi ilə mədəniyyət dövlətin beynəlxalq siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən olunmuşdur. Azərbaycan həm öz zəngin mədəni irsini qoruyur, həm də müasir qlobal mədəni proseslərin fəal iştirakçısına, multikulturalizmin ünvanına çevrilir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, "Multikulturalizm bizim dövlət siyasəti olmaqla yanaşı, Azərbaycanda bir həyat tərzidir". 

ICAPP-ın baş katibi, Koreya Respublikasının Monqolustandakı və Portuqaliyadakı sabiq səfiri Oh Sonq ICAPP Asiya Mədəniyyət Şurasının Fəaliyyət qaydalarına dəyişiklikləri və büro üzvlüyünə namizədləri təqdim edib. Asiya Mədəniyyət Şurasının sədri seçilən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov şuranın 4-cü iclasının yekun hesabatını iştirakçılara təqdim edib. Bildirib ki, tədbir Asiyanın mədəni potensialının yalnız keçmişə deyil, gələcəyə yönəlmiş strateji imkanı olduğunu göstərdi: "Çıxışların ümumi təhlili onu deməyə əsas verir ki, mədəniyyət təkcə tarixi və irsi yaddaş deyil, həm də müasir dövrün iqtisadi və siyasi proseslərinə təsir edən vacib amildir".

Sonda çıxış edən ICAPP Daimi Komitəsinin həmsədri və xüsusi məruzəçisi, Pakistan Müsəlman Liqası Nəvazın üzvü Muşahid Hüseyn Sayed Azərbaycan ilə Pakistan arasında səmimi dostluq, qardaşlıq və çoxşaxəli əməkdaşlıq münasibətlərinin olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, Bakıda keçirilən ICAPP Asiya Mədəniyyət Şurasının 4-cü iclası qarşılıqlı fikir mübadiləsi aparmaq və əməkdaşlıq etmək üçün mühüm platformadır.


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp İŞİD-ə ciddi ziyan verəcəyini elan edib  

23:31
14 Dekabr

Dünya Türk Dili Ailəsi Günü münasibətilə TDT-dən təbrik mesajı  

23:02
14 Dekabr

ABŞ və Ukrayna nümayəndə heyətləri Berlində sülh danışıqlarını müzakirə edirlər  

22:53
14 Dekabr

Azərbaycanın beynəlxalq arenadakı güclü mövqeyinin göstəricisi

22:42
14 Dekabr

BMT ilk dəfə Dünya Türk Dili Ailəsi Gününü qeyd edəcək  

22:35
14 Dekabr

Heydər Əliyev Mərkəzində Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib VİDEO  

21:18
14 Dekabr

Fövqəladə Hallar Nazirliyi soyuq hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

19:32
14 Dekabr

Ukrayna Prezidenti sülh danışıqlarının müzakirəsi üçün Almaniyaya səfərə gəlib  

18:58
14 Dekabr

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!