14 Avqust 2025 08:30
542
CƏMİYYƏT
A- A+
Hüquqi islahatların təməli, milli həmrəyliyin rəmzi

Hüquqi islahatların təməli, milli həmrəyliyin rəmzi


Azərbaycan Respublikasının Konstitusiyasının qəbulu müstəqil dövlətçiliyin möhkəmləndirilməsi yolunda xüsusi əhəmiyyət kəsb edən tarixi bir mərhələdir. Konstitusiyanın qəbulu Ümummilli Lider Heydər Əliyevin dövlət quruculuğu sahəsində ən dəyərli xidmətlərindən biridir. Bu baxımdan Prezident İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli sərəncamına əsasən, 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi, hüquqi dövlət quruculuğu prosesinin daha da inkişaf etdirilməsi, suverenliyin möhkəmləndirilməsi istiqamətində atılan addımların davamı kimi mühüm əhəmiyyət daşıyır.

1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev ilk növbədə ölkədə ictimai-siyasi sabitliyi bərpa etdi, müasir dövlət quruculuğu üçün möhkəm əsas yaratdı. Ulu Öndərin qayıdışı həmçinin xalqımız üçün dönüş nöqtəsi oldu, uzaqgörən siyasəti milli müstəqilliyin qorunmasına, hüquqi dövlətin əsaslarının yaradılmasına və dövlət institutlarının möhkəmləndirilməsinə zəmin yaratdı. Heydər Əliyevin birbaşa rəhbərliyi ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də qəbul edilən müstəqil Azərbaycanın ilk Konstitusiyası genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını qoydu. Bu hadisə dövlətçiliyimizin inkişafında tarixi mərhələ idi. Ulu Öndər qeyd edirdi: "...Mən bugünkü günü tarixi bir gün sayıram. Çünki Azərbaycan xalqının, Azərbaycan dövlətinin, Azərbaycan Respublikasının bütün tarixi ərzində ilk dəfə olaraq öz məsələlərimizi müstəqil, suveren şəkildə həll etmək imkanına malikik və bu zəmin əsasında müstəqil və suveren Azərbaycanın Konstitusiyasının layihəsini hazırlaya bilmişik".

Heydər Əliyevin də qeyd etdiyi kimi, Konstitusiya vətəndaşların layiqli həyat şəraitinin təmin edilməsi, dünya dövlətləri ilə sülh və əməkdaşlıq münasibətlərinin qurulması kimi ali məqsədlərin reallaşdırılması üçün əsas hüquqi baza rolunu oynayır. Əsas Qanunun milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, Ümummilli Liderin 1996-cı il 1 noyabr tarixli fərmanına əsasən, hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başladı. Bu gün Konstitusiyamız dövlətçilik ənənələrinin təntənəsi, hüquqi islahatların təməli və milli həmrəyliyin rəmzidir. Konstitusiyamızın müddəaları sırasında dövlətin ərazi bütövlüyünün qorunması xüsusi yer tutur.

Heç şübhəsiz ki, Azərbaycan Respublikasının Konstitusiyası əsas hüquqi sənəd kimi, dövlətin sosial-iqtisadi inkişaf strategiyasının ideoloji və elmi təməlini təşkil edir. Bu sənədin mahiyyəti hüquqların qorunması, ölkənin idarə olunmasında və iqtisadi qərarların qəbulunda konseptual və  istiqamətverici rol oynayır. Dövlətin iqtisadi siyasəti, sosial təminat mexanizmləri və struktur islahatları Konstitusiyada təsbit olunan prinsiplərə əsaslanaraq formalaşdırılır. Eyni zamanda qəbul edilən qərarların ideoloji əsası milli dövlətçilik ideyalarına, ədalət və bərabərlik prinsiplərinə söykənir. Bu ideoloji baza həm hüquqi, həm də iqtisadi müstəvidə uzunmüddətli inkişafın təmin olunmasında mühüm əhəmiyyət daşıyır.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, "...Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin 30 ilə yaxın işğal altında qalması Azərbaycan Respublikasının suveren hüquqlarının həmin ərazilərdə tətbiqinə imkan verməmişdir. Ermənistanın işğalçılıq siyasətinə son qoyulması və ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin bərpa edilməsi Azərbaycan xalqının milli ideyasının əsas məqsədlərindən birinə çevrilmiş, cəmiyyətimizin bütün resursları bu taleyüklü vəzifənin həllinə yönəldilmişdir". Bu qələbə suverenliyin təmin edilməsinin, hüquqi prinsiplərin reallıqda həyata keçirilməsinin bariz nümunəsidir.

Bu gün işğaldan azad olunmuş torpaqlarımızda həyata keçirilən quruculuq prosesi sürətlə davam edir. Vətəndaşlarımızın  doğma torpaqlarına qayıdışı ilə onların sosial, iqtisadi və mədəni hüquqları yenidən təmin olunur. Prezident İlham Əliyev tərəfindən tətbiq olunan yeni dövlət idarəçiliyi texnologiyaları, innovasiyalara uyğun formalaşdırılan sistem Azərbaycan Respublikasının sosial siyasətinin reallaşdırılması və insanların rifahının təmin olunması naminə iqtisadi imkanlardan səmərəli istifadə sahəsində ölkəmiz regional lider, qlobal aktora çevrilib. 

Təbii ki, qazanılan bu və digər tərəqqiyə yol açan uğurların əsasında Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş və Prezident İlham Əliyev tərəfindən yaradıcılıqla təkmilləşdirilən və yeni səviyyəyə qaldırılan inkişaf strategiyası durur. 

Azərbaycan özünün mühüm rolunu və nüfuzunu 44 gündə əldə etdiyi Zəfərlə təsdiqlədi. Ölkəmizin tarixinin inkişaf, rifah və zəfər dövrü Prezident İlham Əliyevin adı ilə bağlıdır. Dövlət başçısının liderlik keyfiyyətləri, səmərəli dövlət idarəçiliyi sahəsində zəngin təcrübəsi bütün uğurların danılmaz əsasıdır. 

Əldə edilən nailiyyətlər və qazanılan zəfərlər Azərbaycan dövlətinin və onun vətəndaşının rifahına hesablanıb. Qələbələrə aparan mübarizə yolu zəfərlə tamamlandı və sülhlə yekunlaşdı. Həm müharibəni, həm də sülhü qazandıq. Qazanılan qələbə ölkənin milli inkişafının keyfiyyətcə yeni mərhələsi üçün əsas yaratdı. 

Prezident İlham Əliyevin yürütdüyü siyasi kursun prioriteti Azərbaycanın dünya dövlətləri arasında rəqabətədavamlı, effektiv və sabit inkişaf sahəsində layiqli yer tutmağı, keyfiyyətə əsaslanan iqtisadi yüksəlişə nail olmağı və vətəndaşlar üçün yüksək həyat standartları təmin etməsidir. Bu hədəfə çatmaq üçün əsaslı institusional tədbirlər görülüb və ilk növbədə cəmiyyətin inkişafı insan potensialına və intellektə əsaslanıb. Prezident İlham Əliyev dövlətin idarəetmə sistemini müasir standartlara uyğun çalışmağa istiqamətləndirməklə yanaşı, yeni məzmun dəyişikliyi mədəniyyətinin əsasını qoyub. Dövlət başçısının həyata keçirdiyi idarəçilik strategiyasının təməlində də məhz elmi-intellektual insan potensialının formalaşması və milli dəyərlərin dəstəklənməsi dayanır. 

"Konstitusiya və Suverenlik İli" milli həmrəylik və dövlətçilik ideyalarının güclənməsi üçün strateji əhəmiyyətə malikdir. İl ərzində həyata keçirilən layihələr və tədbirlər Azərbaycan dövlətinin müasir dövrdəki çağırışlara cavab verməsini təmin etmək, hüquqi dövlətin inkişafına, milli birliyə və sosial rifaha xidmət etmək məqsədi daşıyır.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyası (AƏSMA) olaraq biz də "Konstitusiya və Suverenlik İli" çərçivəsində demokratik dəyərlərin təbliği və hüquqi maarifləndirmə istiqamətində tədbirlər həyata keçiririk. Bu məqsədlə tələbələr və gənclər üçün hüquqi biliklərin aşılanması, onların konstitusion hüquqları barədə məlumatlığının artırılması üçün müxtəlif seminarlar, açıq dərslər və müzakirələr təşkil edirik. Bu tədbirlər hüquqi dövlət quruculuğu prosesi, gənc nəslin vətəndaş məsuliyyətinin güclənməsi baxımından əhəmiyyətlidir.

Azərbaycanın uğurlarının təməlində, heç şübhəsiz, ölkədə reallaşdırılan innovativ iqtisadiyyatın formalaşmasına əsaslanaraq sosial sahədə inkişafın təmin olunması, əhalinin rifahına yönəlik iradə, strategiya və uğurlu idarəçilik dayanır. 

Qalib ölkənin hər bir vətəndaşı üçün Konstitusiyaya hörmət etmək, qanunlara riayət etmək və müstəqilliyimizi qorumaq ali vəzifədir. Bu vəzifəni layiqincə yerinə yetirmək gələcək nəsillərə ötürəcəyimiz ən dəyərli mirasdır.


Yusif AĞAYEV, 

AHİK-in Əmək və Sosial Münasibətlər Akademiyasının rektor vəzifəsini icra edən, dosent

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

AHİK sədri: Bu günədək 2 milyona yaxın işçinin müqaviləsi əmək və məşğulluq alt sistemində rəsmiləşdirilib  

15:23
16 Dekabr

Sahib Məmmədov: Azərbaycan Həmkarlar İttifaqları üzvlərinin sayı bir milyondan çoxdur  

14:39
16 Dekabr

Gürcüstan mediası Prezident İlham Əliyevin amnistiya təşəbbüsünü geniş işıqlandırıb  

14:38
16 Dekabr

Növbəti köç karvanı Xocavəndin Sos kəndinə çatıb  

14:29
16 Dekabr

Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda təmsil olunub  

14:09
16 Dekabr

Baş nazir Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin qubernatoru ilə görüşüb  

14:08
16 Dekabr

Kəmaləddin Heydərov: Ötən illər ərzində 1134 xüsusi texnika alınıb  

14:07
16 Dekabr

IDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib  

14:05
16 Dekabr

Milli Məclisin növbəti iclasının vaxtı məlum olub  

14:00
16 Dekabr

“Sony”dən unikal yenilik  

13:33
16 Dekabr

Böyük qayıdış: Xocalının Seyidbəyli və Təzəbinə kəndlərinə növbəti köç yola salınıb  

13:14
16 Dekabr

CNN Türk telekanalı: Zəngəzur dəhlizi sayəsində Ankara ilə Bakının siyasi və iqtisadi çəkisi artacaq  

13:13
16 Dekabr

Aktau limanı Trans-Xəzər marşrutunun mühüm elementi kimi tanınıb  

13:12
16 Dekabr

Özbəkstanlı politoloq: 2030-cu ildə Avropanın yaşıl enerjisi türk dövlətləri tərəfindən təmin olunacaq  

13:11
16 Dekabr

Azərbaycanın rayonlarında yağıntılar sabah tədricən kəsiləcək

13:10
16 Dekabr

Şəhid ailələri və müharibə əlilləri mülkiyyət hüquqlarının qeydiyyatına görə rüsumdan azad edilir  

13:03
16 Dekabr

“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanuna yeni anlayışlar əlavə edilir  

12:37
16 Dekabr

Nazirlik: Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 2, mobil internetin sürəti isə 4 faizdən çox artıb  

12:35
16 Dekabr

Həştərxan vilayətinin nümayəndə heyəti Bakıda “Qardaşlıq məzarlığı”nı və Rixard Zorgenin abidəsini ziyarət edib  

12:32
16 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

12:30
16 Dekabr

Həştərxan vilayətinin qubernatoru Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıb  

12:29
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!