16 Noyabr 2025 14:12
459
İQTİSADİYYAT
A- A+
“Huawei” rəsmisi azərbaycanlı gəncləri rəqəmsal həllərin yaradılması üzrə layihələrdə iştiraka dəvət edib

“Huawei” rəsmisi azərbaycanlı gəncləri rəqəmsal həllərin yaradılması üzrə layihələrdə iştiraka dəvət edib

Rəqəmsal bacarıqlar boşluğunu aradan qaldırmaq üçün gənclər yalnız faydalanan deyil, həm də həllərin həmmüəllifləri olmalıdırlar.

AZƏRTAC xəbər verir ki, bu fikirləri “Huawei” şirkətinin Strategiya və Sənaye İnkişafı üzrə baş direktoru Əhməd Riyad Bakıda keçirilən “Qlobal Gənclər Günü”nün sessiyasında çıxışında deyib.

Əhməd Riyad “Huawei” ilə Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən “Generation Connect Young Leadership Program” (GCYLP) proqramı haqqında məlumat verib. Onun sözlərinə görə, hər il müxtəlif ölkələrdən seçilən 30 gənc bu proqram vasitəsilə mentorluq, peşəkar təlimlər və ilkin maliyyə dəstəyi alır: “Onlar yalnız proqramın iştirakçıları deyil, həm də öz icmalarında rəqəmsal həllər hazırlayan liderlərdir. Burada azərbaycanlı gənclər də var. Biz inanırıq ki, innovasiya və bacarıqlar məhz yerli səviyyədə - problemi bilən gənclər tərəfindən formalaşdırılmalıdır”.

Tədbirdə, həmçinin “Huawei”nin ITU-nun “Partner2Connect” rəqəmsal koalisiyasına verdiyi öhdəliklərdən danışılıb. Şirkət 2025-ci ilədək 80 ölkədə, o cümlədən BMT-nin ən az inkişaf etmiş 44 ölkəsindən 34-də, ümumilikdə 120 milyon insanı internetə çıxışla təmin etmək niyyətindədir.

Ə.Riyad bildirib ki, artıq 90 milyon nəfər bu təşəbbüsdən yararlanıb.

Əhməd Riyad “Tech4All” və “Skills on Wheels” kimi layihələri də qeyd edərək, xüsusilə Günəş enerjili rəqəmsal tədris yük maşını – “DJ Truck” haqqında danışıb. Bu təşəbbüs çərçivəsində kənd və ucqar ərazilərdə gənclərə rəqəmsal bacarıqlar, kibertəhlükəsizlik və onlayn biznes təlimləri keçirilir.

“Huawei İKT Akademiyası” və “Seeds for the Future” proqramlarının da geniş şəkildə tətbiq olunduğunu vurğulayan Ə.Riyad 100-dən çox ölkədə 1000 universitetlə əməkdaşlıq edildiyini, gənclərə həm texniki bacarıqlar, həm də startap və karyera dəstəyi göstərildiyini bildirib.

“İnkişaf üçün beynəlxalq təşkilatlar qlobal problemləri müəyyənləşdirir, biz isə bu problemlərin texnoloji həllərini təklif edirik. ITU ilə strateji tərəfdaşlıq rəqəmsal uçurumun aradan qaldırılması və çoxtərəfli əməkdaşlıq üçün ideal platformadır”, - deyən Ə.Riyad fikirlərini yekunlaşdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib YENİLƏNƏCƏK  

15:41
06 Dekabr

“Türkiye” qəzeti: Türkiyənin sərhəd əyalətlərində Zəngəzur Dəhlizinin açılışına hazırdırlar  

15:40
06 Dekabr

Azərbaycan ilə Gürcüstan arasında təhsil və elm sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub  

15:37
06 Dekabr

Yalçın Rəfiyev: Bakıda yeni D-8 mərkəzləri açmaq niyyətindəyik  

15:35
06 Dekabr

Azərbaycan TDT-yə üzv və müşahidəçi ölkələrlə uğurlu təcrübələrin mübadiləsinə hazırdır  

15:31
06 Dekabr

Türk dünyasının animasiya irsi Bakıda nümayiş olunur  

15:30
06 Dekabr

Sabah hava yağmursuz keçəcək  

15:29
06 Dekabr

Gənclər texnoloji və yaradıcılıq imkanları vasitəsilə şəhərləri formalaşdırırlar  

15:27
06 Dekabr

Baş katib: Azərbaycanın D-8-ə qoşulması ilə iqlim sahəsində fəaliyyətlərimizi daha da genişləndirmişik

15:24
06 Dekabr

Kiyev vilayətinə hava zərbələri endirilib, dağıntılar var  

15:21
06 Dekabr

Azərbaycanın təhsil naziri Gürcüstanın aparıcı ali təhsil müəssisələrində olub  

15:14
06 Dekabr

Nazir: Əminəm ki, gənclər D-8 Gənclər Dialoqunda fəal iştirak edəcəklər  

15:13
06 Dekabr

D-8 ölkələrinin Gənclər Dialoqunun açılış mərasimi keçirilib YENİLƏNİB 

14:53
06 Dekabr

Aktiv ƏDV ödəyicilərinin sayı 9,8 faiz artıb  

13:47
06 Dekabr

Elm və təhsil naziri Gürcüstan Parlamentinin Təhsil, elm və gənclərlə iş komitəsinin sədri ilə görüşüb  

13:17
06 Dekabr

Türk İnvestisiya Fondunun əməliyyat fəaliyyətinə başlaması ilə bağlı qərar qəbul olunub  

12:02
06 Dekabr

Finlandiya Respublikasının Prezidenti Zati-aliləri cənab Aleksandr Stubba  

11:56
06 Dekabr

“Asienbrücke” Assosiasiyası ilə əməkdaşlıq perspektivləri müzakirə edilib  

11:29
06 Dekabr

Bu gün rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramıdır 

10:23
06 Dekabr

Umerov: Ukrayna və ABŞ nümayəndə heyətləri davamlı sülh üçün zəruri tədbirləri müzakirə ediblər  

10:20
06 Dekabr

Andrey Sibiqa: Ukrayna artıq boş vədlərə etibar etmir  

10:20
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!