31 Iyul 2024 13:56
96
İDMAN
A- A+

Hidayət Heydərov: Rəqiblərim mənə böyük təhlükə kimi baxırdılar

 

Sevincimdən bütün gecə yata bilməmişəm. Ağır döyüşlər keçirməyimə baxmayaraq yorğunluq hiss etmirəm. Çempionluq mənə enerji verib. Hətta müəllimim Elnur Məmmədliyə deyirəm ki, yenə olsa, bir daha güləşərəm.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Paris-2024” Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan cüdoçusu Hidayət Heydərov deyib.

Olimpiya çempionu 73 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançılar arasındakı rəqabətdən bəhs edib: “Hər idmançı olimpiada kimi vacib turnirə ciddi hazırlaşır. Amma 73 kiloqramda çıxış edən bütün cüdoçular mənə fokuslanmışdı. Çünki mən bu çəkidə dünya reytinqinin ilk pilləsindəyəm. Bununla yanaşı, may ayında dünya çempionu tituluna da yiyələndiyim üçün rəqiblərim mənə böyük təhlükə kimi baxırdılar. Hər biri mənimlə döyüşə olduqca ciddi yanaşırdı. Elə rəqiblərim var idi ki, digər turnirlərdə dəfələrlə məğlub etdiyim halda, Olimpiadada onlarla yarışmaq çətin oldu. Özümə çox inanırdım. Amma bilirdim ki, heç vaxt arxayınlaşmaq olmaz. Çünki mənim yarışımdan bir gün öncə 52 kiloqramda lider olan cüdoçu uduzdu. Ona görə bir az içimə qapandım və fikirləşdim ki, çox riskə getmək olmaz”.

“Şanslıyam ki, yanımda Elnur Məmmədli kimi təcrübəli bir Olimpiya çempionu var. Düşünürəm ki, illər öncə o da özü kimi birindən dəstək alsaydı, yenidən çempion ola bilərdi. Çox xoşbəxtəm ki, yanımda belə bir insan var. Məndə demək olar ki, hər şey hazır vəziyyətdə idi, potensialım da yüksək idi. Amma o, mənim bu sahədə ən yaxşı olmağıma səbəb oldu”, - deyə 28 yaşlı idmançı vurğulayıb.

Xatırladaq ki, olimpiadada mübarizəyə səkkizdəbir final mərhələsindən qoşulan H.Heydərov birinci görüşdə İsrail idmançısı Tohar Butbulu, dörddəbir finalda isə kanadalı Artur Margelidonu ipponla məğlub edib. O, yarımfinalda kosovolu Akil Qyakovaya, finalda isə fransalı Con Benjamin Qabaya qalib gələrək Olimpiya çempionu adını qazanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video