10 May 2025 08:15
392
SİYASƏT
A- A+
Heydər Əliyevin siyasi irsi: Azərbaycanın uğurlu sosial dövlət modeli

Heydər Əliyevin siyasi irsi: Azərbaycanın uğurlu sosial dövlət modeli


Müasir Azərbaycan dövlətinin banisi və qurucusu Ulu Öndər Heydər Əliyevin milli dövlətçilik tariximizdə xüsusi yeri, xidməti və rolu vardır. Azərbaycanın son 60 ildəki inkişafı və uğurları Ulu Öndər Heydər Əliyevlə və onun siyasi irsi ilə bağlıdır. Böyük dövlət xadimi Heydər Əliyevin siyasi həyatı öz doğma xalqının mənafeyi naminə haqq-ədalət uğrunda mübarizələrdə keçmişdir və o, bütün mübarizələrdə qalib gəlmişdir.

Dünyada öz dövrünün ən xarizmatik liderlərindən biri kimi tanınan və qəbul edilən Heydər Əliyevin uğurlarının əsasında bu böyük dövlət adamının digər şəxsi keyfiyyətləri ilə yanaşı, çoxşaxəli fəaliyyətində həmişə haqqa, ədalətə, dürüstlüyə, qanunçuluğa istinad etməsi durur.

Ulu Öndər bir-birinə zidd olan iki ictimai-iqtisadi formasiyada - sosializm və bazar iqtisadiyyatı zamanında, iki bir-birinə antaqonist məkanda - SSRİ kimi nəhəng diktaturanın bətnindən çıxmış birpartiyalı sistemin idarə etdiyi hökmran dövlətin tərkib hissəsi olan Sovet Azərbaycanında və müstəqilliyini elan etmiş, lakin onu qura bilməmiş, siyasi-iqtisadi, hərbi xaos içərisində olan Azərbaycan Respublikasında rəhbər kimi uğurlar qazanmışdır.

1969-cu ildə Azərbaycana rəhbər seçilən Heydər Əliyev respublikanın ictimai-siyasi həyatına görünməmış bir dinamizm gətirdi, Azərbaycanı SSRİ məkanında ən yüksək mərtəbəyə qaldırdı. SSRİ-nin aqrar xammal bazası olan, geridə qalmış, kasıb, mədəniyyəti və elmi tənəzzül edən, bütün göstəricilərinə görə 15 respublika arasında son yerlərdə gedən Azərbaycanı inkişaf etmiş sənaye mərkəzinə, müasir texnologiyanı tətbiq edərək yüksək göstəricilər əldə edən aqrosənaye kompleksinə malik respublikaya, yüksək mədəniyyəti və biliyi ilə seçilən tanınmış ziyalıları olan xalqın yaşadığı diyara çevirdi. Sovet Azərbaycanına rəhbərliyi dövründə Heydər Əliyevin xalq, dövlət və tarix qarşısında ən böyük xidmətlərindən biri də milli intibahın, tarixi şüurun oyanışına yönəlik qərarlar qəbul etməsi, fəaliyyət göstərməsi, 1977-ci ildə SSRİ-də aparılan Konstitusiya islahatları çərçivəsində Azərbaycan dilinin Azərbaycan SSR-nin Konstitusiyasına dövlət dili kimi təsbit edilməsi oldu. Prezident İlham Əliyevin sərəncamı ilə "Konstitusiya və Suverenlik İli" elan olunmuş 2025-ci ildən geriyə - 1977-ci ilə doğru boylanaraq fikir söyləmək o qədər də çətin deyildir. Ancaq Kommunist Partiyasının qılıncının dalı da, qabağı da kəsdiyi həmin dövrdə bir müsəlman ölkəsinin Konstitusiyasında Azərbaycan türklərinin dilini dövlət dili kimi təsbit etmək böyük siyasi iradə, dərin ağıl və cəsarət tələb edən tarixi bir addım idi.

Respublika rəhbərliyinə qayıtdıqdan sonra böyük siyasi, hərbi, iqtisadi çətinliklərə baxmayaraq, Ümummilli Lider Azərbaycanın inkişaf strategiyasını işləyib hazırladı. Müəllifi olduğu və 1995-ci ilin 12 noyabrında ümumxalq referendumu ilə qəbul olunmuş müstəqil Azərbaycanın ilk Konstitusiyasında ölkəmizin siyasi sistemi, insan hüquq və azadlıqları, iqtisadi münasibətlər və sosial təminatlar kimi mühüm müddəalar öz əksini tapdı. Əsas Qanunumuzda vətəndaşlarımızın sosial rifahına hüquq və azadlıqların qorunmasının mühüm tərkib hissəsi kimi böyük önəm verildi və dövlətin ali məqsədinin hədəfi kimi vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsi ön plana çəkildi. Konstitusiyamızın 16-cı maddəsində (Sosial inkişaf və dövlət) göstərilir ki, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalır. Azərbaycan dövləti mədəniyyətin, təhsilin, səhiyyənin, elmin, incəsənətin inkişafına yardım göstərir, ölkənin təbiətini, xalqın tarixi, maddi və mənəvi irsini qoruyur.

İlk milli Konstitusiyamızda və onun əsasında qəbul olunan qanunlarımızda Azərbaycanın inkişaf yolu siyasi müstəvidə hüquq və demokratiyanın aliliyi, iqtisadi müstəvidə bazar iqtisadiyyatı və sosial müdafiənin üstünlüyü, ideoloji müstəvidə milli birlik və azərbaycançılıq prinsipləri üzərində müəyyən olunmuşdur.

İqtisadi sahədə Azərbaycanın dövlət siyasətini şərh edərkən Ümummilli Lider Heydər Əliyev deyirdi: "Bir Prezident kimi mən iqtisadiyyatda dövlət siyasətini müəyyən etmişəm. Bu, islahatlar yoludur, islahatlar vasitəsilə istehsalın artırılması, inkişaf etdirilməsi, mülkiyyətin özəlləşdirilməsi, insanlara sərbəstlik verilməsi, sahibkarlığa, təşəbbüskarlığa şərait yaradılmasıdır". Ulu Öndər Heydər Əliyevin apardığı sosial-iqtisadi islahatların nəticəsində ölkəmiz 1996-cı ildən başlayaraq iqtisadi sabitlik və inkişaf dövrünə qədəm qoydu. 1995-2003-cü illərdə pensiya və müavinətlərin orta aylıq məbləği 8 dəfə, orta aylıq əməkhaqqı isə 6 dəfədən çox artdı.

Heydər Əliyevin müasir dövlətçilik siyasətinin başlıca prinsipi "dövlət xalq üçündür" ideyasıdır. Ümummilli Liderin müəllifi olduğu Konstitusiyamızda bu ideyanın sosial mahiyyəti bariz şəkildə öz təsdiqini tapmışdır. Ulu Öndərin qurduğu müasir Azərbaycan dövlətinin daxili siyasətində, sosial ədalət, sosial rifah, sosial müdafiə xətti həmişə prioritet istiqamət kimi müəyyən olunur. Heç təsadüfi deyildir ki, bizim dövlət büdcəmizdə sosial xərclərin payının yüksək olması artıq ənənə halını almışdır. Çünki Azərbaycanın dövlət quruculuğu və inkişafı strategiyasını müəyyən edərkən Heydər Əliyev sosial siyasəti prioritet istiqamətlərdən biri olaraq müəyyən etmiş, milli sərvətlərin xalqın bütün təbəqələrinə mənsub olması, sosial ədalət prinsipinin qorunması, əhalinin aztəminatlı hissəsinə dövlət qayğısının artırılması məsələlərini həmişə diqqət mərkəzində saxlamışdır. 

Sosial siyasətin təminatlı və əhatəli olması üçün möhkəm iqtisadi təməl və hüquqi bazanın olması mühüm şərtdir. Məhz buna görə də müstəqil Azərbaycanın sosial siyasət strategiyasını müəyyənləşdirən zaman Ümummilli Lider bir tərəfdən sosial siyasətin ölkənin real iqtisadi imkanlarına uyğunlaşdırılmasına, digər tərəfdən isə müvafiq normativ-hüquqi bazanın yaradılmasına ciddi önəm verirdi. Modern dövlət quruculuğu yoluna qədəm qoymuş müstəqil Azərbaycanın sosial siyasətinin təməlində iki klassik prinsip dayanırdı: sosial ədalət və sosial rifah. Heydər Əliyev sosial sahədə dövlətin vəzifəsini bunda görürdü: "Bir dövlət olaraq, hökumət olaraq biz xalqımızın, millətimizin, vətəndaşlarımızın sosial tələblərini təmin etməliyik".

Sosial ədalət hər bir cəmiyyətin demokratikliyinin lakmus kağızıdır, sosial ədalət pozulan cəmiyyətin digər dəyərləri də deformasiya olunur, fərdlər və qruplararası gərginlik daim münaqişə ocağına çevrilir. Sosial ədalətin çərçivəsi cəmiyyətin tələblərinə uyğun dəyişir və təkcə qanunlar və proqramlarla deyil, eyni zamanda mənəvi dəyərlər, ənənələr, liderin humanizmi və şəxsi nümunəsi ilə təmin olunur. Müəllifi Heydər Əliyev olan Konstitusiyamızda da sosial ədalət əsas prinsiplərdən biri kimi təsbit edilmişdir.

Sosial ədalət ölkənin maddi və mədəni sərvətlərinə bütün vətəndaşların əlçatanlığını təmin etmək siyasətidir. Elə bir siyasət ki, imkansıza, gücsüzə, köməyə ehtiyacı olana dövlət dəstək verir, eyni zamanda cəmiyyəti də bu xoş mərama təşviq edir. Azərbaycan sosial dövlət olaraq bütün vətəndaşların sosial müdafiəsini təmin etməyi öhdəlik kimi öz üzərinə götürmüşdür. Bununla yanaşı, xüsusi sosial müdafiəyə ehtiyacı olan qruplar var ki, müxtəlif qanunlar və proqramlar vasitəsilə onlara daim dəstək verilir. Bizim qanunvericilik yaşayış minimumu, ehtiyac meyarı, minimum əməkhaqqı, minimum pensiya kimi hədlər müəyyən etmişdir ki, vətəndaşımızın yaşam şərtləri o həddən aşağı səviyyəyə enməsin.

Ümummilli Lider dövlət quruculuğu prosesində vətəndaş cəmiyyətinin iştirakına böyük önəm verir, cəmiyyətin hər bir üzvünün qanunlara riayət etməklə yanaşı, hüquqlarını da bilməsini və təmin olunmasını tələb etməsini zəruri sayırdı: "Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə, ən böyük məmləkət qədər güclü olar".

Ulu Öndər Heydər Əliyev böyük uzaqgörənliklə deyirdi ki, mənim görüb başa çatdırmadığım işləri Azərbaycan xalqının dəstəyi ilə İlham Əliyev başa çatdıracaq. Cənab İlham Əliyev 2003-cü ildə öz seçki proqramında qarşıdakı beş il ərzində 600 min yeni iş yeri açılmasını təmin edəcəyini söyləyəndə bu cəsarətli çağırış çoxları üçün fantastik bir arzu kimi görünürdü. Çünki o zaman ölkədə işsizlik 50 faiz, yoxsulluq 49 faiz idi. İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə böyük sosial iqtisadi uğurlara imza atıldı. Qısa müddət ərzində ölkədə işsizlik 5 faizə, yoxsulluq isə 5,6 faizə endi. Prezident İlham Əliyevin rəhbərliyi altında 2003-2025-ci illərdə Azərbaycanda 2,2 milyon yeni iş yeri açıldı, minimum əməkhaqqı 44 dəfə artaraq 400, orta aylıq əməkhaqqı 13 dəfə artaraq 1010, minimum pensiya 16 dəfə artaraq 320, orta aylıq pensiya 22 dəfə artaraq 535 manata çatdı.

2019-cu ildən başlayaraq ölkəmizdə Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq 5 dərin sosial islahatlar zərfi qəbul edilmişdir. Bu paketlərin illik maliyyə dəyəri 8,5 milyard manatdır və onlar 4 milyon vətəndaşı əhatə edir.

 Bu illər ərzində Azərbaycan dünya miqyasında sabit və dayanıqlı iqtisadiyyatı, eləcə də böyük maliyyə resursları olan, mühüm geosiyasi və geoiqtisadi mövqe tutan, qlobal enerji təhlükəsizliyinin təminatında strateji rol oynayan dövlətə çevrilmişdir. Azərbaycan beynəlxalq və regional əməkdaşlığa sanballı töhfələr verir, ölkəmizin təşəbbüsü və iştirakı ilə qlobal layihələr uğurla icra edilir. Artan iqtisadi güc və beynəlxalq nüfuz Azərbaycana Cənubi Qafqazın və ətraf regionların iqtisadiyyatlarının mənzərəsini dəyişdirməyə qadir olan iri layihələrin təşəbbüskarı kimi çıxış etmək imkanı yaratmışdır. Bu layihələrin uğurla həyata keçirilməsi ölkəmizin regionda proseslərin inkişaf vektorunu müəyyən edən və dünya iqtisadiyyatında söz sahibi olan "qlobal oyunçu" statusunu təmin etmişdir.

Məhz bu məqsədlə "Azərbaycan-2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" təsdiq olunmuş və bu prioritetlərə söykənən "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" hazırlanmışdır. Bu strategiyanın reallaşması 2026-cı ilin sonuna ölkə iqtisadiyyatının simasında böyük dəyişikliklərə səbəb olacaq, iqtisadi artım tamamilə yeni keyfiyyət amilləri bazasında formalaşacaq, xüsusilə prioritet sahələrdə artım templəri sürətlənəcək, iqtisadiyyatın və məşğulluğun dayanıqlığı daha da güclənəcəkdir. Eləcə də əhalinin sosial müdafiəsi, xüsusilə həssas təbəqələrin sosial təminatı gücləndiriləcək, pensiya sistemində mühüm keyfiyyət dəyişikliyi baş verəcək. Nəhayət, ölkənin sosial-iqtisadi inkişafında tarixi dönüş dövrü və yeni strateji mərhələ olan işğaldan azad edilmiş ərazilərin bərpası və ölkə iqtisadiyyatına reinteqrasiyası əsasında bu regiona böyük qayıdış təmin ediləcək. Tarixdə az ölkə tapmaq olar ki, cəmi 30 il ərzində belə uğur hekayəsi yaza bilsin.

Ölkənin tarixi ərazi bütövlüyünün bərpası iqtisadiyyatın perspektiv inkişafı ideyalarının reallaşmasına zəmin yaratmışdır. Yeri gəlmişkən qeyd edək ki, Ulu Öndərin arzusunda olduğu, lakin başa çatdıra bilmədiyi ən birinci vəzifə məhz Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, torpaqlarımızın işğaldan azad edilməsi idi. Həmin dövrdə Ermənistan rəhbərliyinin təkəbbürlü nadanlığı, beynəlxalq güclərin ikiüzlülüyü, imperialist dövlətlərin Qafqazda maraqlarının toqquşması Qarabağ məsələsinin diplomatik yolla həllinə imkan vermədi. Müharibə yolu ilə məsələnin həlli üçün qüdrətli dövlət, güclü iqtisadiyyat və qalibiyyətli ordu yaratmaq, beynəlxalq ictimaiyyətin nüfuzunu və dəstəyini qazanmaq üçün uzun zaman, məqsədyönlü fəaliyyət, dəqiq proqram, böyük siyasi iradə, gərgin zəhmət lazım idi.

Tanrı bu şərəfli missiyanı Ali Baş Komandan İlham Əliyevin qismətinə yazmışdı. İlham Əliyev öz xalqı ilə birlikdə bu işi bacardı və müasir bütöv Azərbaycan dövlətinin qurucusu, torpaqları işğaldan azad edən və ərazi bütövlüyünü təmin edən sərkərdə kimi öz şərəfli adını qızıl hərflərlə tarixə yazdırdı.

Bu illər ərzində milli-psixoloji transformasiyamızda heç şübhəsiz ki, Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın böyük xidmətləri mütləq qeyd olunmalıdır. Məhz Mehriban xanım müstəqil Azərbaycan dövlətində Birinci xanım institutunu yaratdı, formalaşdırdı və mühüm dövlətçilik atributuna çevirdi. Məhz Mehriban xanım Əliyevanın yaratdığı və rəhbərlik etdiyi Heydər Əliyev Fondu təkcə Azərbaycanda deyil, eləcə də ölkə hüdudlarından kənarda humanizm, xeyirxahlıq, şəfqət, sosial dəstək ünvanına çevrildi.

Böyük qayıdışın təmin olunması və daha geniş miqyasda davam etdirilməsi məqsədilə son 4 ildə dövlət büdcəsindən 22 milyard manata yaxın vəsait ayrılmışdır. İşğaldan azad olunmuş şəhərlərimiz, kəndlərimiz yenidən qurulur, tikilir, məcburi köçkün soydaşlarımız uzun illər həsrət qaldıqları ata-baba yurdlarına dönürlər. Cari ilin sonuna 30 min soydaşımız Qarabağa və Şərqi Zəngəzura qayıdıb məskunlaşacaqdır. Bu qələbə, bu əzəmət, bu qürur, qayıdış sevinci üçün qəhrəman şəhidlərimizə və qazilərimizə borcluyuq.

Bu gün Ulu Öndər Heydər Əliyevin ruhu şaddır. Onun planlaşdırdığı, lakin həyata keçirməyə imkan tapa bilmədiyi bütün işləri, xüsusən torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün təmin olunması problemini siyasi varisi Prezident İlham Əliyev böyük uğurla həyata keçirmişdir və bu siyasət davam etməkdədir. Cənab İlham Əliyev tarixi qələbə əldə etməklə həm də regionun reallığını və taleyini dəyişdi, yeni çağırışlara imza atdı. Bu çağırış işıqlı sabahların, tərəqqinin, rifahın təntənəsi, qüdrətli dövləti olan xoşbəxt və qürurlu xalqın səsidir!

Bu gün Azərbaycan bölgənin titul dövləti və söz sahibidir. Azərbaycanın Prezidenti təkcə bölgə ilə bağlı deyil, dünyanın siyasət müstəvisində müxtəlif platformalarda qarşıya real məqsədlər qoyur və həll edir. Bu gün Cənubi Qafqazda zaman Azərbaycan saatı ilə ölçülür. 


Musa QULİYEV,

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Milli Məclisin komitə sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsi dünya əhəmiyyətli tarix-memarlıq abidəsinin bərpası və konservasiyası ilə bağlı tədbirlər haqqında

01:11
23 May

Azərbaycanda ətraf mühitin və təbii sərvətlərin qorunmasında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında

01:10
23 May

T.T.Məcidovun 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında

01:09
23 May

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, "İcra məmurları haqqında", "İcra haqqında", "İpoteka haqqında" və "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

01:09
23 May

"Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

01:07
23 May

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 11 fevral tarixli 463 nömrəli Fərmanı ilə təsdiq edilmiş "ASAN ödəniş" informasiya sistemi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə

01:07
23 May

"Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:06
23 May

"Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli 889-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə

01:05
23 May

"İstehlakçıların hüquqlarının müdafiəsi haqqında", "Üzümçülük və şərabçılıq haqqında", "Dərman vasitələri haqqında" və "Reklam haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

01:04
23 May

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 7 noyabr tarixli 174 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər”də dəyişiklik edilməsi haqqında

01:03
23 May

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə və 2001-ci il 19 yanvar tarixli 20 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edilməsi haqqında

01:02
23 May

Mərkəzi Seçki Komissiyasının 2025-ci il 18 mart tarixli iclas protokolunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı 

01:01
23 May

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

01:00
23 May

Psixologiya Elmi-Tədqiqat İnstitutu Elm və Təhsil Nazirliyinin rəsmi icazəsi ilə 2025-2026-cı tədris ili üçün Psixologiya ixtisası üzrə yenidənhazırlanma təhsilinə sənəd qəbulunu elan edir

00:59
23 May

PUA Akademiyasının buraxılış mərasimi keçirilib

23:31
22 May

Keçmiş münaqişə dövründə Ermənistanın Azərbaycanın suveren ərazilərinə hərbi müdaxilə etmə öhdəliyi götürmək barədə imzaladığı məxfi sənədlə bağlı material məhkəmədə tədqiq olunub  

21:28
22 May

Azərbaycan-Macarıstan əlaqələri strateji tərəfdaşlığa və qarşılıqlı etimada əsaslanır

21:00
22 May

Məşğulluq Strategiyasının icrası ilə bağlı monitorinqin nəticələri müzakirə edilib  

19:57
22 May

Məhkəmədə Şuşanın Ermənistan tərəfindən işğalı zamanı Levon Mnatsakanyanın da iştirak etməsini əks etdirən videomaterial nümayiş olunub

19:36
22 May

ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikdən

18:55
22 May

Azərbaycan İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısına ev sahibliyi edəcək  

18:54
22 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!