29 Avqust 2024 22:21
167
İDMAN
A- A+

Heydər Əliyev adına İdman-Konsert Kompleksində fəaliyyət göstərən idman bölmələrinə baxış keçirilib

Fərid Qayıbov Heydər Əliyev adına İdman-Konsert Kompleksinə baxış keçirib

Gənclər və idman naziri Fərid Qayıbov Heydər Əliyev adına İdman-Konsert Kompleksində fəaliyyət göstərən bir sıra idman bölmələrinə baxış keçirib. "Report" xəbər verir ki, kompleksin buz meydançasında qızlardan ibarət fiqurlu konkisürmə, oğlanlardan ibarət hokkey bölmələrinin məşq proseslərini izləyən nazir Fərid Qayıbov və nazir müavini Mariana Vasileva mütəxəssislər, məşqçilər və gənc idmançılarla söhbət ediblər. Həmçinin ölkəmizdə ilk dəfə yaradılan körlinq idman növü ilə də maraqlanıblar. Bildirilib ki, “Ocaq” sport klubunun nəzdində açılan körlinq bölməsi idman ləvazimatları ilə təmin edilib və yaxın vaxtlarda bu idman növü ilə məşğul olmaq istəyənlər qruplara yazıla biləcəklər.
MMA, cüdo, gimnastika və stolüstü tennis bölmələrində də idmançıların məşq prosesi ilə maraqlanan nazir onlarla söhbət edib, məşqçiləri ilə fikir mübadiləsi aparıb, müvafiq tövsiyələr verib.
Qeyd edək ki, hazırda İdman-Konsert Kompleksində idmanın müxtəlif növləri ilə məşğul olmaq üçün əlverişli şərait yaradılıb. Burada peşəkar və həvəskar konkisürmə, hokkey, körlinqlə yanaşı, bədii gimnastika, kişi idman gimnastikası, qadın idman gimnastikası, batut gimnastikası və tamblinq, akrobatika gimnastikası, aerobika gimnastikası, gimnastika hamı üçün, parkur, TeamGym, hava gimnastikası, xüsusi olimpiya gimnastikası, cüdo, MMA, stolüstü tennis, şahmat və fitnes bölmələri də mövcuddur. Azərbaycanda ən böyük trenajor zalı da məhz bu kompleksdə fəaliyyət göstərir. Hər yaş qrupundan olan insanlar burada həvəskar və peşəkar idmanla məşğul ola bilərlər.

"Azərbaycan"


 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video