19 İyun 2025 09:05
1104
Oxucu məktubları
A- A+
Hər bir işin uğuru diqqətdən başlayır

Hər bir işin uğuru diqqətdən başlayır


Sumqayıtın böyük yaşayış massivlərindən biri də yaşadığımız 8-ci mikrorayondur. Sakini olduğumuz  9/25-ci bina ötən əsrin 80-ci illərində tikilib. Fərqli layihə ilə inşa edildiyindən  onu  "eksperimental bina" adlandırırlar. Şəhərimizdə cəmi üç belə yaşayış binası var.

Biz  90-cı illərdən burada yaşayırıq və ötən  dövrdə  demək olar ki, kommunal sahədə heç bir problem yaşamamışdıq. Bu ilin aprel ayında isə  evin zirzəmisindən  gələn xoşagəlməz qoxu bizi narahat etməyə başladı. Binada təxminən 180 sakin yaşayır. Yaranmış problem isə təkcə  sakinləri deyil,  yaxınlıqdan ötüb keçən hər kəsi narahat edirdi.    

Əlaqədar təşkilatlar dərhal səsimizə səs verdilər və nümayəndələrini göndərdilər. Binanın giriş-çıxış boruları yoxlanıldı. Qərara alındı ki, kanalizasiya xətləri yenilənməlidir. Vəziyyət  nəzərə alınaraq vaxt itirilmədən işə başlanıldı. Ustalar cəmi bir həftə ərzində bütün çürümüş boruları yeni xətlərlə əvəzlədilər. Hətta gələcəkdə problem yarada biləcək xətlər də dəyişdirildi. Mənzil Kommunal İstismar İdarəsinin işçiləri zirzəmidəki çirkabı da xüsusi maşınlara yükləyib apardılar. 

Demək istədiyimiz odur ki, görüləcək hər bir işin  uğuru diqqətdən başlayır. Məhz işini bilən, ona məsuliyyətlə yanaşan  insanların  problemə  diqqətlə yanaşması  sayəsində bizi narahat edən məsələ tezliklə həll olundu. Buna  görə sakinlərimiz onlara minnətdarlıqlarını   bildirirlər.


Məhəbbət SƏFƏROV,

Müşfiq ƏHMƏDOV,

Sumqayıt şəhəri, 8-ci mikrorayon sakinləri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Trans-Xəzər marşrutu üzrə tranzit həcmi 5 il ərzində 6 dəfə artıb  

22:34
15 İyul

Şamaxıda “Müasir informasiya məkanı və dini etiqad azadlığı” mövzusunda konfrans işə başlayıb

20:49
15 İyul

Zəfər parkı ərazisində Zəfər muzeyinin tikintisi sürətlə davam edir

20:26
15 İyul

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib  

19:41
15 İyul

Hindistanın “ONGC Videsh Limited” şirkətinin nümayəndə heyəti Səngəçal terminalında olub

19:01
15 İyul

Rumıniyalı siyasi şərhçi: Azərbaycan Cənubi Qafqazda, sadəcə, iştirakçı deyil, həm də oyunun qaydalarını dəyişən ölkədir  

18:37
15 İyul

Dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib  

18:01
15 İyul

Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib  

17:57
15 İyul

Niderland səfirinin Azərbaycandakı fəaliyyəti başa çatır  

17:31
15 İyul

İşğaldan azad olunmuş Ağdamda Baş Prokurorluq tərəfindən regional konfrans keçirilib - YENİLƏNİB

17:30
15 İyul

Ukraynanın Baş naziri istefa verib

17:27
15 İyul

Sumqayıt Kimya Sənaye Parkının rezidenti Yunanıstana məhsul ixrac etməyə başlayıb  

17:25
15 İyul

Bolqarıstan mediası: SOCAR İsrailin enerji bazarına strateji çıxış əldə edir  

16:54
15 İyul

Çində təbii fəlakətlərin vurduğu iqtisadi zərər 7 milyard dollardan çoxdur  

16:44
15 İyul

Azərbaycanın Baş prokuroru və İraqın Ali Məhkəməsinin sədri əməkdaşlıq məsələlərini müzakirə ediblər  

16:40
15 İyul

Azərbaycan və İraq arasında məhkəmə-hüquq sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi müzakirə olunub  

16:24
15 İyul

Financial Times: Tramp Ukraynaya Moskvaya hücum təklifi verib  

16:12
15 İyul

UEFA Azərbaycanın 9 klubuna ödəniş edib

16:02
15 İyul

Bəzi dağlıq və dağətəyi rayonlarda leysan xarakterli yağış yağacaq, dolu düşəcək  

15:43
15 İyul

Vətəndaşların şəxsi məlumatlarını xarici kiberbunkerlərə ötürməkdə şübhəli bilinən şəxs saxlanılıb  

15:37
15 İyul

Ersin Tatar Kipr üzrə danışıqlarda Lefkoşanın şərtlərini açıqlayıb

15:29
15 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!