14 Mart 2025 09:26
246
SİYASƏT
A- A+
Heç kim Azərbaycana təzyiq göstərə bilməz

Heç kim Azərbaycana təzyiq göstərə bilməz


Xalqımıza qarşı çoxsaylı cinayətlər törədən erməniəsilli şəxslər layiqli cəzalarını alacaqlar


“Son vaxtlarda Avropa ölkələrinin parlamentlərinin, o cümlədən Avropa Parlamentinin özlərinin qəbul etdikləri dəyərlər sistemini necə kobud surətdə pozaraq ayaqlar altına atmasının şahidi olmaqdayıq. Bir yandan qanunun aliliyindən bəhs edir və məhkəmənin işinə qanunsuz müdaxiləni məhkəməyə təzyiq kimi dəyərləndirir, digər tərəfdən isə özləri qəbul etdikləri konvesiyaların və beynəxalq hüququn təməl prinsiplərinə zidd olaraq başqa ölkənin daxilinə işinə kobudcasına müdaxilə edirlər. Erməni lobbisinin əlində alət olan Avropa Parlamentinin martın 12-də Bakıda  mühakimə olunan erməniəsilli hərbi cinayətkarlarla bağlı müzakirəsi bunun bariz nümunəsidir”.

Bunu Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib. Onun sözlərinə görə, Avropa Parlamentinin insanlığa qarşı hərbi cinayət törədən və bunu da etiraf edən caniləri müdafiə etməsi beynəlxalq hüquqla əks mütənasiblik təşkil etməklə yanaşı, Azərbaycanın daxili işinə, o cümlədən məhkəmənin gedişinə müdaxilədir. “Avropa ölkələrinin və strukturlarının işğalçılıq, soyqırımı və hərbi cinayət törədənləri müdafiə etməsi rüsvayçılıqdan başqa bir şey deyil. İnsanlığa sığmayan cinayət əməlləri faktlarla sübut edilən cinayətkar dəstəni açıqca müdafiə etmək həm də Avropa ölkələrinin ilk növbədə bəyan etdikləri prinsipləri tapdalaması deməkdir”, - deyə deputat qeyd edib.

Müşfiq Məmmədli əlavə edib ki, Avropa Parlamentinin erməni separatçılarının, müharibə canilərinin Azərbaycan xalqına qarşı törətdiyi cinayətləri təmizə çıxarmaq istiqamətindəki hərəkətləri təkcə Cənubi Qafqazda deyil, bütövlükdə dünyada separatizmi, işğalçılığı, soyqırımı təşviq etmək kimi dəyərləndirilməlidir: “Bunun başqa adı yoxdur. Avropa indiyədək bir dəfə də olsun Ermənistanın Azərbaycan ərazilərini işğal etməsinə və bu işğal siyasəti zamanı xalqımıza qarşı insanlığa sığmayan saysız-hesabsız hərbi cinayətlər, etnik təmizləmələr və soyqırımı həyata keçirməsinə səsini çıxarmayıb.  Əksinə, ermənilərin törətdiyi cinayətləri görməzlikdən gələrək, Ermənistanın işğalçılıq siyasətinə bəraət qazandırmaq məqsədilə müxtəlif metodlarla Azərbaycana davamlı təzyiqlər edib. Bu təzyiqlərə baxmayaraq, Azərbaycan öz gücü hesabına və beynəlxalq hüquq norma və prinsiplərinə əsaslanaraq öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Eyni zamanda erməni hərbi caniləri də ədalət mühakiməsinə cəlb edib. Hazırda həmin canilər məhkəmə qarşısında mühakimə olunmaqdadırlar. Bu canilər məhkəmə ifadələrində cinayət əməllərini törətdiklərini, eyni zamanda kimlərdən və hansı mərkəzlərdən tapşırıq aldıqlarını etiraf etməkdədirlər. Azərbaycan nəinki bu gün Bakıda mühakimə olunan hərbi caniləri, digərlərinin də gec-tez məhkəməyə çıxarılmasına nail olacaq. Onlar layiq olduqları cəzanı alacaqlar və kimsə bu məsələdə Azərbaycana təzyiq edə bilməz. Onsuz da bu cəhdlərin nəticəsi olmayacaq. Onların bu fəaliyyəti “dəyirmanın çax-çax daşına bənzər”. 

Deputat bildirib ki, Avropa ölkələrinin və strukturlarının Azərbaycana qarşı qaralama kampaniyasını çox görmüşük. Heç bir xarici təzyiq bizim qanunun aliliyini qorumaq və ölkəmizə qarşı törədilmiş cinayətlərə görə məsuliyyəti təmin etmək əzmimizə xələl gətirə bilməz: «Hər kəs bu reallığı qəbul etməlidir. Azərbaycan öz xalqını və ərazisini işğaldan və separatizmdən qorumaq üçün suveren hüquqları daxilində hərəkət edib. Xalqımıza, dövlətimizə qarşı cinayətlərdə təqsiri olanlara haqq qazandırmaq üçün göstərilən bütün  bu cəhdlər əbəsdir. Onlar layiq olduqları cəzanı alacaqlar və buna kimsənin şübhəsi olmasın”.


«Azərbaycan»


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 973-VIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik və bəzi qərarlarının ləğv edilməsi haqqında

01:19
15 Mart

Azercell abunəçilərinin nəzərinə

01:17
15 Mart

Heydər Əliyev Mərkəzində heykəltaraş Andrey Ostaşovun “Qızılgülün sirri” sərgisi açılıb

23:57
14 Mart

Leyla Əliyeva və Arzu Əliyeva şəhid anaları ilə iftar məclisində iştirak ediblər  

23:53
14 Mart

Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə danışıqların başa çatmasını alqışlayır  

23:50
14 Mart

Leyla Əliyeva və Arzu Əliyeva UNEC-də distant Çin dili təhsili alan tələbələrlə görüşüblər

23:47
14 Mart

Arayik Harutyunyan məhkəmədə Ruben Vardanyanla bağlı danışıb

21:16
14 Mart

Arayik Harutyunyan: Qondarma rejimdə “bank sistemi” Ermənistan Mərkəzi Bankı tərəfindən idarə olunurdu - MƏHKƏMƏ  

21:11
14 Mart

ADA Universitetində 11-ci Bahar Gənclik Festivalı keçirilib

21:07
14 Mart

Anisa Bahiti: Azərbaycan və Albaniya arasında diplomatik əlaqələr möhkəmlənir

21:05
14 Mart

Qlobal Forum çərçivəsində “COP29: Belem üçün Sıçrayış – Transformasiyanın sürətləndirilməsi” mövzusunda panel iclas keçirilib  

21:04
14 Mart

Azərbaycan ilə İtaliya arasında tərəfdaşlığın inkişafı məsələsi müzakirə edilib  

21:02
14 Mart

DİN kibertalama cinayətləri ilə bağlı növbəti dəfə vətəndaşlara müraciət edib  

20:59
14 Mart

Qlobal Bakı Forumunda "Sülh-münaqişə sonrası yenidənqurma və regional sabitliyin bərpası" mövzusunda müzakirələr aparılıb  

20:55
14 Mart

Milli Məclisin iclasında Nazirlər Kabinetinin hesabatı dinlənilib YENİLƏNİB

20:54
14 Mart

Prezident: Tramp administrasiyası dövründə ABŞ-la güclü tərəfdaşlığımızın yenidən qurulmasına çox nikbin baxırıq

19:47
14 Mart

İqtisadi Əməkdaşlıq Təşkilatının Azərbaycanda keçiriləcək Zirvə görüşünə hazırlıq işləri müzakirə edilib  

19:19
14 Mart

Azərbaycan Prezidenti: Biz növbəti hərbi qarşıdurmanı istisna edəcək əhatəli təhlükəsizlik mexanizmləri yaratmalıyıq

19:15
14 Mart

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb  

19:11
14 Mart

Prezident İlham Əliyev: Qarabağda olan münaqişə beynəlxalq hüquq, tarixi ədalət əsasında həllini tapmış yeganə münaqişədir  

19:10
14 Mart

Vəkillər Kollegiyasının rəhbərliyi növbəti vətəndaş qəbulu keçirib

19:09
14 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BEÇAÇəCAŞəBz
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31      

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!