10 Yanvar 2022 19:11
1092
İQTİSADİYYAT
A- A+
Hansı məhsullarda texniki pasport mütləq olmalıdır?

Hansı məhsullarda texniki pasport mütləq olmalıdır?

 

Texniki pasport deyəndə adətən yaşayış evlərinə çıxarış alınan zaman verilən sənəd yada düşür. Daha dəqiq desək, ev üçün “Çıxarış” alanda bizdən bu sənəd tələb edildiyindən onun varlığından xəbərdar oluruq. Lakin bu sənəd tək daşınmaz əmlak üçün yox, müxtəlif əşyalar üçün də ən azı o qədər vacibdir. Fərq yalnız ondadır ki, bu dəfə həmin sənədi qarşı tərəf yəni alıcı tələb etməlidir. Belə məhsullara mürəkkəb texniki mallar hesab edilən məişət əşyaları, elektrik cihazları, musiqi alətləri, saatlar, foto və kino aparatları, rabitə vasitələri və digərləri aiddir.

AZƏRTAC xəbər verir ki, satıcı mütləq istehlakçıya onun tələbindən asılı olmayaraq məhsulun texniki quruluşu, keyfiyyəti, komplektliyi, istismar təlimatları barədə məlumat verməyə və mala aid texniki pasportu və ya onu əvəz edən sənədi təqdim etməyə borcludur. Nəzərə alsaq ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunda təsbit olunmuş əsas hüquqlardan biri də məhz mal haqqında məlumat almaq hüququdur. Çünki sözügedən məhsulların quruluşu, işləmə mexanizmi barədə məlumatlar məhz onun texniki pasportunda göstərilir. Malın texniki pasport olmadan satılması isə malın qüsurlu olmasına şübhə yaradır. Alış-veriş zamanı satıcı həmin sənədi müxtəlif səbəbdən vermirsə və ya alıcı bunu ondan tələb etmirsə, sonda daha çox problemi məhz istehlakçının özü yaşayır. Səbəbi isə çox sadədir. Məhsul alarkən texniki pasportun verilməməsi səbəbindən yararsız olan məhsulu geri qaytarmaqda çətinlik yaranır. Belə ki, zəmanət müddətli mallar üzrə texniki pasport və ya onu əvəz edən digər sənəd təqdim edilmədikdə şikayətə baxılmır. Digər tərəfdən isə qarşı tərəf günahı istehlakçıda görərək alıcının malı düzgün istifadə etmədiyindən xarab olduğunu səbəb gətirir.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildiriblər ki, bu tipli şikayətlərin əksəriyyəti texniki pasportların verilməməsi və ya Azərbaycan dilində olmaması ilə bağlı olub.

Dövlət Xidmətində sahibkarlarla keçirilən görüşlərdə istehsalçılara mürəkkəb texniki mallar satılan zaman kassa çeki ilə yanaşı, Azərbaycan dilində tərtib olunmuş texniki pasportun verilməli olduğu, bu mümkün olmadıqda məhsulun əsas xüsusiyyətləri barədə Azərbaycan dilində qısa mətn hazırlanaraq istehlakçılara təqdim olunmasının zəruriliyi bildirilib. Belə hallara qanunvericiliyin tələblərinə gəlincə isə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 446-cı maddəsinə əsasən, mürəkkəb texniki qrup malların texniki pasportsuz satılmasına və ya texniki pasportların düzgün tərtib edilməməsinə görə fiziki şəxslər 350 manatdan 500 manatadək, vəzifəli şəxslər 1650 manatdan 2200 manatadək cərimə edilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Leyla Əliyeva ÜST-nin Avropa üzrə Regional Ofisinin xüsusi nümayəndəsi ilə görüşüb  

20:17
18 Dekabr

Belarus Prezidenti: Minsk ölkənin qapalı və təcrid olunması barədə Qərbin formalaşdırdığı mifi məhv edib  

19:11
18 Dekabr

Aleksandr Lukaşenko: Dünyada üç güc qütbü var – Çin, Rusiya və ABŞ  

19:03
18 Dekabr

BMT-nin rezident-əlaqələndiricisi minatəmizləmə fəaliyyəti barədə məlumatlandırılıb  

18:59
18 Dekabr

YAP Gənclər Birliyi hesabat verib  

18:51
18 Dekabr

MDB iştirakçısı olan dövlətlərin Statistika Xidmətləri Rəhbərləri Şurasının 74-cü iclası keçirilib  

18:48
18 Dekabr

Kreml Amerika tərəfi ilə Mayamidə görüşə hazırlığı təsdiqləyib  

18:41
18 Dekabr

Daha iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub  

18:33
18 Dekabr

Ekspert: Azərbaycandan Ermənistana neft yükünün tədarükü Vaşinqtonda sülhə dair əldə edilmiş razılığı təsdiqləyir  

18:23
18 Dekabr

Rəqəmsal inkişaf və nəqliyyat naziri Naxçıvanda səfərdədir  

18:18
18 Dekabr

Laçın və Xocavənd rayonlarının meşə örtüyü və relyefinin 3D modelləri hazırlanıb  

18:02
18 Dekabr

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!