16 İyul 2025 16:05
575
İQTİSADİYYAT
A- A+
Hanoyda Vyetnam-Azərbaycan biznes-forumu keçirilib – YENİLƏNİB

Hanoyda Vyetnam-Azərbaycan biznes-forumu keçirilib – YENİLƏNİB

Hanoyda Vyetnam-Azərbaycan iqtisadi-ticarət və elmi-texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 3-cü iclası ərəfəsində Azərbaycan-Vyetnam birinci biznes şurası və biznes-forumu keçirilib.

AZƏRTAC xəbər verir ki, biznes şurası və forumun açılışında Vyetnam Sosialist Respublikasının sənaye və ticarət nazirinin müavini Nquyen Hoanq Lonq və Azərbaycanın energetika naziri Pərviz Şahbazov çıxış ediblər.

Vyetnamın sənaye və ticarət nazirinin müavini Nquyen Hoanq Lonq deyib ki, Azərbaycan Qafgaz regionunda Vyetnamın ilk strateji tərəfdaşıdır. Bu da ölkələrmiz arasında dərin siyasi etimadı və əməkdaşlıq üçün geniş potensialı əks etdirir. Vyetnamın Sənaye və Ticarət Nazirliyi və müvafiq qurumlar Azərbaycanla sıx əməkdaşlıq etməyə, şirəktlərə şərait yaratmağa hazırdırlar.

Energetika naziri Pərviz Şahbazov isə bildirib ki, yarım əsrdən artıq tarixi olan Azərbaycan-Vyetnam dostluğu, eləcə də bu ilin may ayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın ölkəmizə səfəri zamanı qəbul olunmuş Birgə Bəyanatla strateji səviyyəyə yüksəlmiş münasibətlərimiz güclü iqtisadi tərəfdaşlıq üçün möhkəm baza təşkil edir. Bu əsas üzərində qarşılıqlı faydalı tərəfdaşlığın yeni mərhələyə yüksəldilməsi, ticarət dövriyyəsinin, investisiya axınlarının artırılması və iqtisadi əlaqələrin dərinləşdirilməsi üçün biznes şurası və forumu əhəmiyyətli platformalardır.

Azərbaycan iqtisadiyyatının şaxələndirmə mərhələsinə qədəm qoyduğu, xarici investorlar üçün rəqabətədavamlı və sabit mühit formalaşdırıldığı vurğulanaraq qeyd edilib ki, son 20 ildə ölkə iqtisadiyyatına qoyulmuş təqribən 350 milyard dollar məbləğində sərmayənin yarıdan çoxunun xarici investisiya olması bu etimadın bariz göstəricisidir. Bildirilib ki, sənaye parkları, azad iqtisadi zonalar, inkişaf etmiş nəqliyyat və logistika infrastrukturu, o cümlədən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, Orta Dəhliz və Şərq-Qərb, Şimal-Cənub nəqliyyat marşrutlarının Azərbaycan üzərindən keçməsi ölkəmizi geniş coğrafiyada strateji iqtisadi qovşağa və mühüm regional mərkəzə çevirib. Eyni zamanda, Azərbaycanın bir çox ölkələrin enerji təhlükəsizliyindəki rolu hazırda zəngin bərpaolunan enerji potensialı və yaşıl enerji dəhlizləri vasitəsilə daha da genişlənir.

“Vyetnam şirkətləri üçün Azərbaycan yalnız 10 milyonluq daxili bazar deyil, həmçinin Qafqaz, Mərkəzi Asiya və Avropa regionlarına çıxış üçün strateji qapıdır. Eyni zamanda, Azərbaycan şirkətləri üçün Vyetnam sürətlə inkişaf edən, innovasiyalara açıq və strateji əhəmiyyət kəsb edən Asiya bazarıdır. Sahibkarları Azərbaycan və Vyetnamda investisiya mühiti, iqtisadi zonalar, sənaye parkları, yüksək texnologiyalar, kənd təsərrüfatı, karbohidrogenlər və bərpa olunan enerji sahələrində informasiya mübadiləsinə qoşulmağa; qarşılıqlı biznes missiyaları təşkil etməyə; mövcud imkanlardan faydalanmağa; birgə müəssisələr yaratmağa və konkret layihələrə sərmayə yatırmağa dəvət edirik”, - deyə nazir Pərviz Şahbazov vurğulayıb.

Tədbir çərçivəsində  VINEN və AZPROMO,  “Phong Phu Corporation” və “GP Cotton Holdings”,  “Tuong Vu JSC. CO” və “Fresh – Meat”, “ANC Group” MMC və “7 Center”, həmçinin Azərbaycan Respublikası Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi ilə “ROX Group” SC arasında əməkdaşlıq sənədləri imzalanıb.  BOEMDA  ilə “ROX Group” SC arasında imzalanmış bərpaolunan enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu batareya saxlama sistemləri, şəbəkədən kənar və şəbəkəyə qoşulan günəş enerjisi sistemləri, quruda və dənizdə külək enerjisi, hidrogen və ammonyak istehsalı sahəsində əməkdaşlığı nəzərdə tutur.

Biznes şurası və forum İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Vyetnam Milli Sahibkarlıq Assosiasiyası (VINEN) və hər iki ölkənin şirkətlərinin iştirakı ilə panel müzakirələri və B2B görüşləri ilə davam edib.


13:05


Vyetnamın paytaxtı Hanoyda Vyetnam-Azərbaycan biznes-forumu və Vyetnam-Azərbaycan biznes şurasının ilk iclası keçirilir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının 3-cü iclası çərçivəsində keçirilən tədbirlərdə hər iki ölkədən dövlət rəsmiləri, müxtəlif sahələri təmsil edən iş adamları iştirak edir.

Tədbirin açılış mərasimində Vyetnam Hökumətlərarası Komissiyasının Azərbaycan tərəfdən həmsədri, energetika naziri Pərviz Şahbazov, iqtisadiyyat nazirinin 1-ci müavini Elnur Əliyev, Vyetnamın sənaye və ticarət nazirinin müavini Nquyen Hoanq Lonq, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və başqaları iştirak edirlər. Tədbir çərçivəsində panel müzakirələr, şirkətlərin təqdimatı, iş adamları arasında ikitərəfli görüşlər, əməkdaşlıq sənədlərinin imzalanması nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycan-Vyetnam biznes şurası Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın may ayında Azərbaycana olan səfəri zamanı KOBİA ilə Vyetnam Milli Sahibkarlıq Assosiasiyası (VINEN) arasında imzalanmış Anlaşma Memorandumuna əsasən yaradılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Məcburi audit subyektləri rəhbərlərinin nəzərinə!

01:42
17 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:40
17 Dekabr

Ağacan Abiyevin şərəfinə boks turnirinin açılış mərasimi olub

23:21
16 Dekabr

Qahirədə beynəlxalq konfransda Azərbaycandakı tolerantlıq mühitindən danışılıb

23:14
16 Dekabr

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

Zəngilanın Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib  

19:08
16 Dekabr

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

18:46
16 Dekabr

Baş katib: Əminik ki, Bakı 2026-cı ilin “Dünya İdman Paytaxtı” kimi yaxşı nümunə olacaq

18:43
16 Dekabr

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib 

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!