06 Avqust 2024 09:15
613
İQTİSADİYYAT
A- A+

Hacıqabulun elektrik təsərrüfatı müasir şəkildə yenidən qurulur

 

Respublikamızın şəhərlərində, qəsəbə və kəndlərində sənaye müəssisələrinin, sosial əhəmiyyətli obyektlərin, özəl şirkətlərin və əhalinin elektrik enerjisi ilə təminatında indi heç bir çətinlik və problem yoxdur. Ölkəmizin hər bir guşəsinə davamlı və keyfiyyətli elektrik enerjisi verilməkdədir. Bu isə dövlətimiz, onun başçısı İlham Əliyev tərəfindən ardıcıllıqla həyata keçirilən tədbirlər nəticəsində yaranmışdır.

Bir anlığa 2000-ci illərin əvvəllərinə qədərki dövrü göz önünə gətirək. 1990-cı illərdə respublikada yaranan xaos, özbaşınalıq nəticəsində digər sahələr kimi, elektrik enerji sistemi də bərbad hala düşmüşdü. Ayrı-ayrı yerlərdə elektrik məftilləri belə oğurlanırdı. Əhaliyə yalnız günün müəyyən vaxtlarında elektrik enerjisi verilirdi. Özü də keyfiyyətsiz halda. Gərginliyin az olması nəticəsində evlərdəki məişət cihazları tez-tez sıradan çıxırdı. O vaxt kondisioner, kombi istilik sistemi haqqında adamların çoxunda anlayış belə yox idi.

2004-cü ildən başlayaraq bu sahədə dirçəliş yaranmağa başladı. Neftdən gələn gəlirlərin bir hissəsi ölkəmizin elektrik enerji sisteminin yenidən qurulmasına yönəldildi. Yeni elektrik stansiyaları və digər lazımi qurğular inşa olundu. Hacıqabul rayonu ilə yaxın qonşu olan Şirvan şəhərindəki Cənub Elektrik Stansiyası da onlardan biridir. Həyata keçirilən genişmiqyaslı tədbirlərin nəticəsidir ki, respublikamız indi bir neçə xarici ölkəyə elektrik enerjisi ixrac edir.  Ölkə daxilində də işlər davam etdirilir. Enerji təchizatının dünya standartları səviyyəsində qurulması diqqət mərkəzində saxlanılır. Bunu Hacıqabul rayonunun timsalında da görmək olar. Cari ilin ötən 7 ayı ərzində burada 35 kilovoltluq 753 saylı hava xəttinin giriş yağ açarı və bölmə ayırıcısı, 35/6 kilovoltluq Atbulaq yarımstansiyasının 1 saylı 2,5 meqavoltluq transformatorlarında, 35 kilovoltluq 752 saylı yarımstansiyanın 6 kilovoltluq Nəvahı hava xəttində, 35/10 kilovoltluq Abdulabad yarımstansiyasının 35 kilovoltluq giriş açarı və 7,5 meqavoltluq transformatorunda əsaslı və cari təmir işləri aparılmışdır.

Abdulabad kəndinin ərazisində yeni inşa edilmiş 35/10 kilovoltluq yarımstansiyada cərəyan akkumlyatorları, Ələt və Hacıqabul arasında çəkilmiş 35 kilovoltluq ikidövrəli hava xəttində 110/35/10 kilovoltluq, Ələt yarımstansiyasında 2 ədəd 35 kilovoltluq elektrik yuvası quraşdırılmışdır. Eyni zamanda 110/35/10 kilovoltluq 15 saylı Darti yarımstansiyasında 10 meqavoltluq transformatorun soyutma sisteminin quraşdırılmasında "2x2,5 TTR" markalı kabeldən, 110/35/10 meqavoltluq transformatorun soyutma sisteminin quraşdırılmasında 2 ədəd sənaye tipli xüsusi məhluldan, 35/6 kilovoltluq Atbulaq stansiyasında cərəyan akkumlyatorunun quraşdırılmasında isə 9 ədəd "60 A" akkumlyatorundan və 18 ədəd klemadan istifadə edilmişdir.

Bunlardan başqa, 6 kilovoltluq Xilə, Hacıqabul şəhər, Çkalov, Hərbi Hissə, Meyniman və Axtaçı hava xətlərində, habelə 10 kilovoltluq Xilə-Mirzə hava xəttində yaşıl kütlədən təmizləmə işləri görülmüş, 35/6 kilovoltluq 753 saylı yarımstansiyadan çıxan 6 kilovoltluq hava xəttində dayaqlar dəyişdirilmişdir.

10 kilovoltluq Abdulabad-1 hava xəttində yenidənqurma ilə əlaqədar 157 ədəd aralıq və 37 ədəd söykənəcək dayaq basdırılıb. 6 kilovoltluq Rəncbər-Qubalı hava xəttində 52 ədəd aralıq dayaq basdırılıb. Digər ərazilərdə də elektrik xətləri keçən ərazilərdə yaşıl kütlədən təmizləmə işləri həyata keçirilib, Meyniman, Ağacanlı, Talış ərazilərində yararsız naqillər yenisi ilə əvəz olunmuşdur.

Abdulabad kəndində 1244 aralıq, 158 söykənəcək dayaq basdırılmış, 22 min 656 kilometr "4x35" markalı kabel çəkilmişdir. Rəncbər kəndində 629 aralıq, 27 söykənəcək dayaq basdırılmış, 3 min 940 kilometr "4x35" kabeli çəkilmişdir.

Qarasu, Rəncbər, Kompressor, Muğan ərazilərindəki transformatorlar təzələnmiş, yeni ayırıcılar və qoruyucular quraşdırılmışdır. Xarab olan transformatorlar təmirə göndərilmişdir.

Hacıqabulda elektrik təsərrüfatının yenilənməsi ilə əlaqədar görülən işlər hazırda davam etdirilir. Layihədə nəzərdə tutulan tədbirlərin hamısının cari ilin sonunadək başa çatdırılması üçün rayondakı Elektrik Şəbəkəsinin kollektivi səylə çalışır.

 

Seyran CAVADOV,

"Azərbaycan"

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video