Gözümün işığını qaytardılar
1937-ci ildə Qubadlı rayonunda doğulmuşam. Sumqayıtın yaranışının ilk illərindən taleyimi bu şəhərə bağlayıb, bu şəhərdə yaşamışam, işləmişəm. Günü-gündən böyüyən, inkişaf edən Sumqayıtın hər daşında, hər yerində mənim kimi minlərlə insanın zəhməti, əməyi olub.
İndisə ömrümün ahıl çağlarını yaşayıram. Elə oldu ki, sağlamlığımda müəyyən problemlər yarandı. Bir gözüm təmiz zəiflədi, digərində isə görmə 15 faizə düşdü.
Mənim də vətənə, dövlətə xidmətim boş yerə getmədi. Əmək veteranı kimi ötən ayın əvvəllərində gözlərim yoxlamadan keçirildi. Vəziyyət ürəkaçan olmadığına görə həkimlər tezliklə əməliyyat keçirməyi qərarlaşdırdılar.
Sumqayıtda "Azərikimya" İstehsalat Birliyinin etilen-polietilen zavodunun ərazisində yeni poliklinika binasının əsaslı təmirdən sonra açılışı olmuşdu. Bir qədər sonra isə həmin poliklinikada neftçilər xəstəxanasının həkim briqadası xüsusi aksiya keçirdi. Xeyriyyəçilik tədbirində bir neçə əmək veteranının gözlərində yaranan problemlər cərrahiyyə əməliyyatı vasitəsilə aradan qaldırıldı. Aparılan həmin əməliyyatlar dövlətimizin öz vətəndaşlarına göstərdiyi qayğı idi. Çox yerdən əlim üzülüb, ümidim kəsiləndə mənə Vətənim, dövlətim qahmar çıxdı. Təcrübəli həkimlər gözümün işığını qaytardılar. Nəcib və xeyirxah insanların əhatəsində, qayğıkeş ölkədə yaşamaq əsl xoşbəxtlikdir.
Raya RZAYEVA,
əmək veteranı,
Sumqayıt şəhəri
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
"Əgər torpaq uğrunda şəhid olsam..."
27 Aprel
Muğam ifaçılığı sahəsində sənət estafeti etibarlı əllərdədir
27 Aprel
Böyük ehtiramın ifadəsi
27 Aprel
Bizi kəmiyyət yox, keyfiyyət qane etmir
27 Aprel
Ölkəmiz sürətlə Çin bazarına daxil olur
27 Aprel
Ölkəmiz qlobal dəhliz layihələrinin də əsas iştirakçılarındandır
27 Aprel
"COP29 bütün dünya üçün faydalı olacaq"
27 Aprel
Qərb fırıldaqçı milyarderi niyə müdafiə edir?!
27 Aprel
"Nobel şousu" Vardanyanı xilas edə bilməz
27 Aprel
Azərbaycanın Zəfəri Avropa Parlamentinin yuxusunu ərşə çəkib
27 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!