07 May 2024 09:10
344
İQTİSADİYYAT
A- A+
Göygöl rayonunun iqtisadiyyatında artımlar faizlə yox, dəfə ilə ölçülür

Göygöl rayonunun iqtisadiyyatında artımlar faizlə yox, dəfə ilə ölçülür

 

Regional inkişaf dövlət proqramlarında, habelə ayrı-ayrı rayon və şəhərlərin problemlərinin həllinə dair əlavə tədbirlərlə bağlı Prezidentin imzaladığı  sərəncamlarda nəzərdə tutulan vəzifələrin icrası ölkədə, ilk növbədə, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmiş,  xüsusən sahibkarlıq mühitinin yaxşılaşmasına və nəticədə  investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına, bununla əhalinin məşğulluğunun təminatına və yoxsulluq səviyyəsinin azalmasına təkan vermişdir. 
Bu baxımdan, Göygöl rayonu da istisna deyil. Keçən il rayonda ümumi məhsul istehsalı əvvəlki illərlə müqayisədə 5,6, sənaye məhsullarının həcmi 2,7, kənd təsərrüfatında ümumi məhsul istehsalı 2 dəfə artmışdır. 2022-ci il ərzində Sahibkarlığın İnkişafı Fondu vasitəsilə sahibkarlara 80 layihə üzrə 1,7 milyon manat güzəştli kredit verilmiş və həmin hesaba 27 yeni iş yeri açılmışdırsa, ötən il fond vasitəsilə sahibkarlar 107 layihə üzrə 2,9 milyon manat güzəştli kredit almışlar, yeni açılan iş yerlərinin sayı isə 38 olmuşdur. 2023-cü il ərzində iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışının dəyəri 266,9 milyon manata çatmış, bu göstəricinin hər nəfərinə düşən məbləğ isə 4124,1 manat təşkil etmişdir. Məhsul və xidmətlərin 71,1 faizi istehsal sahələrinin, 28,9 faizi isə xidmət sahələrinin payına düşmüşdür. Aqrar sektora gəldikdə, keçən il kənd təsərrüfatında istehsal edilən ümumi məhsulun faktiki qiymətlərlə dəyəri 69,4 milyon manat olmuşdur ki, onun da 47,7 milyon manatlığı heyvandarlıq, 21,7 milyon manatlığı bitkiçilik məhsullarının payına düşmüşdür. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə heyvandarlıq sahəsində məhsul istehsalı 6,3 faiz artmışdır. Ötən ilə dair daha müsbət fakt istehsal olunan sənaye məhsullarının həcmində qeyri-dövlət sektorunun xüsusi çəkisinin 74,3 faiz olmasıdır.
Məlum olduğu kimi, Göygöl həm də perspektivli turizm rayonudur. Odur ki, rayonda bu sahənin inkişafı həmişə  diqqət mərkəzində saxlanılır. Yeri gəlmişkən qeyd edək ki, keçən il Göygölə 113 mindən çox, Göygöl Milli Parkına isə 203 min turist səfər etmişdir ki, bu da  2022-ci ilin müvafiq dövrü ilə müqayisədə təxminən 30 min nəfər çoxdur. 
Göygöl  Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsi Prezidentin 9 oktyabr 2017-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı"nın icrasının təmin olunması üçün aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 2023-cü ildə 4, 2024-cü ilin 1-ci rübündə 2 dəfə olmaqla rayonda fəaliyyət göstərən iri müəssisələrdə görüşlər keçirmişdir. Bundan başqa, sahibkar və fermerlərin iştirakı ilə iclaslar keçirilmiş, qeyri-rəsmi məşğulluğun qarşısının alınması, rəsmiləşdirilməyən əmək münasibətləri, əlaqələndirmə komitəsinin işinin səmərəli təşkili, aidiyyəti dövlət qurumları ilə əlaqələndirmənin təmin edilməsi istiqamətində tədbirlər görülmüşdür.
Göygöl şəhərinin infrastrukturunun yaxşılaşdırılması istiqamətində də tədbirlər həyata keçirilir. Şəhərin bir çox küçələrinə səki daşları və bordürlər düzülmüş, yeni asfalt örtüyü salınmışdır. Eyni zamanda yaşayış və inzibati binaların fasadları təmir olunmuşdur.

Sabir ƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 25 iyun tarixli 1184-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında 

01:59
27 Sentyabr

Azərbaycan Respublikasının 2025-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2025-ci il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri haqqında

01:57
27 Sentyabr

UEFA Avropa Liqası: “Tottenhem” – “Qarabağ” oyununun start heyətləri məlum olub

22:39
26 Sentyabr

Energetika naziri Belqradda bir sıra görüşlər keçirib

22:34
26 Sentyabr

Bakıda Çin Xalq Respublikasının yaradılmasının 75 illiyi münasibətilə rəsmi qəbul təşkil edilib

22:32
26 Sentyabr

Assosiasiya prezidenti: Azərbaycan bazarı Qətər üçün mühümdür

22:30
26 Sentyabr

Şahin Mustafayev: Çinlə tranzit daşımaları əməkdaşlığımızın əsas istiqamətlərindən biridir

22:29
26 Sentyabr

Şuşa şəhərində Vüqar Həşimov Memorialının açılış mərasimi olub

22:26
26 Sentyabr

Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib

22:20
26 Sentyabr

Azərbaycan və Ermənistan qısa müddətdə sülh sazişinin yekunlaşdırılması üçün əlavə səylərin göstərilməsi barədə razılığa gəliblər YENİLƏNİB 

22:19
26 Sentyabr

Qırx ölkənin təmsil olunduğu “ADEX-2024” və “Securex Caspian” sərgilərinə yekun vurulub

20:12
26 Sentyabr

"ADEX-2024" və "Securex Caspian" sərgiləri çərçivəsində bir sıra sənədlər imzalanıb

20:10
26 Sentyabr

Bakıda növbəti ağacəkmə aksiyası təşkil olunub

19:32
26 Sentyabr

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

19:31
26 Sentyabr

Azərbaycan Müdafiə Nazirliyinin və Çinin dövlət şirkətinin rəhbərlikləri arasında görüş keçirilib

19:30
26 Sentyabr

Nazir: “COP29 gündəliyində olan 14 təşəbbüsü BMT-də təqdim etdik”

19:29
26 Sentyabr

Şəhid olan prokurorluq əməkdaşlarının ailə üzvləri, prokurorluğun veteranları və Vətən müharibəsində iştirak edən prokurorluq işçiləri ilə görüş keçirilib

19:28
26 Sentyabr

Vüqar Həşimov Memorialı start götürüb

19:27
26 Sentyabr

Fransada Milli Assambleyanın yenidən buraxılacağına dair çağırışlar səslənir

19:26
26 Sentyabr

Kir Starmer Avropa İttifaqı ilə əlaqələri yenidən qurmaq istəyir

19:25
26 Sentyabr

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın iştirakı ilə sahilyanı təmizlik aksiyası keçirilib

19:22
26 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!