22 Sentyabr 2024 08:00
1274
SİYASƏT
A- A+
Suverenliyin gerçəkliyi

Suverenliyin gerçəkliyi


Və bir ilin möcüzəsi


"8 Noyabr - Zəfər Günümüzdür, Şuşanın azad olunması, Ermənistanın kapitulyasiyası və ondan sonrakı tarix artıq göz qabağındadır. Əgər 2020-ci ilin noyabrından 2023-cü ilin sentyabrına qədər bizim bütün addımlarımızı və gördüyümüz işləri təhlil etsəniz, görərsiniz ki, hər bir addım əvvəlki addımın məntiqi davamı idi və hər bir addımın son məqsədi 20 Sentyabr - Dövlət Suverenliyi Günü idi".

Sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edən Prezident İlham Əliyev bu təhsil ocağının müəllim və tələbə heyəti ilə görüşdə Şanlı Zəfərimiz və antiterror tədbirlərinin yaratdığı reallığı dəyərləndirərkən qarşıya qoyulan məqsədin nəticəsini belə qiymətləndirdi.  

Bu qərar Azərbaycanın 1991-ci ildə müstəqilliyinin bərpası ilə başlayan hadisələrin kulminasiya nöqtəsi olan ərazi bütövlüyü və suverenlik uğrunda onilliklər boyu gedən mübarizənin rəmzi sonunu əks etdirir.


Qanla yoğrulan torpağa suverenlik yaraşır


Müzəffər Ali Baş Komandanın bu tarixi əhəmiyyətli fikirləri hər bir azərbaycanlıya şərəf, qürur hissi yaşatdı. İlham Əliyevin məhz Dövlət Suverenliyi Günündə Xankəndiyə səfər etməsi, Qarabağ Universitetinin ilk müəllim, tələbə heyəti qarşısında çıxışı Zəfərin növbəti təntənəsi oldu. 

Azərbaycan xalqı məhz bu gün üçün 35 il səbir etdi, məşəqqətlərə, ağrı-acılara dözdü, təzyiqlərə, ikili standartların yalanlarına, iftiralarına sinə gərdi, Ulu Öndər Heydər Əliyevin siyasi məktəbinin ən layiqli yetirməsi İlham Əliyevin siyasətinə inandı, güvəndi və sonunda Şanlı Zəfərinə nail oldu. 

Azərbaycan tarixinin ən qüdrətli Sərkərdəsi kimi İlham Əliyev xalqına verdiyi vədi gerçəkləşdirib, 200 illik münaqişəyə, 30 illik müharibəyə böyük Qələbəmizlə yekun vurdu və Qarabağdakı separatizmi birdəfəlik məhv etdi.  Prezidentin də söylədiyi kimi, İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı imkan verdi ki, Azərbaycan nəinki beynəlxalq hüququ bərpa etsin, nəinki öz milli qürurunu dirçəltsin, eyni zamanda bütün dünyaya ədalətsizliyin əbədi davam edə bilməyəcəyini nümayiş etdirsin. 

Reallıq budur ki, qalib komandan kimi cənab İlham Əliyev öncə Azərbaycanın ərazi bütövlüyünün və ardınca bütün ərazilərində suverenliyinin tam bərpasına nail oldu. Hazırda Xankəndidə, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda bayrağımız əzəmətlə dalğalanır. 

Başqa sözlə desək, Qarabağın separatçı xunta cilovundan azad olunması kimi mürəkkəb, hətta bəziləri tərəfindən həlli mümkünsüz görünən problem də həll olundu və üstəlik, Cənubi Qafqazda dünyanı heyrətə salan yeni reallıqlara imza atıldı.

Məhz İlham Əliyevin əsl Sərkərdə məharəti ilə düşməndən təmizlənən Qarabağ və Şərqi Zəngəzurda hazırda misli görünməyən quruculuq işləri görülür və illərdən sonra soydaşlarımızın bu torpaqlara böyük köçü başlayıb. Minlərlə insan doğma yurduna qayıdaraq yeni xoşbəxt həyata başlayıb. Böyük qayıdış planına uyğun olaraq, azad edilmiş torpaqlarda ilin sonuna qədər 5 şəhərə və 15 kəndə 20 min keçmiş məcburi köçkünün yerləşdirilməsi planlaşdırılır. Yüzdən çox şəhərin və kəndin baş planları hazırlanıb, təsdiqlənib. Bir sıra şəhər və kəndlərdə isə inşaat işləri davam edir. Böyük qayıdış proqramının birinci mərhələsi 2026-cı ilin sonunda başa çatdırılacaq və o vaxt 140 min köçkün öz dədə-baba torpaqlarına qayıdacaq. 


Bir gündə 14 obyektin açılışı, 2 təməlqoyma, 3 tikinti-quruculuq işləri ilə tanışlıq oldu


Sentyabrın 20-də İlham Əliyevin Qarabağa səfəri çərçivəsində Ağdamda, Xankəndidə açılışlarını etdiyi, tikinti prosesi ilə maraqlandığı, təməlini qoyduğu mühüm sosial-iqtisadi obyektlər yalnız antiterror tədbirlərindən sonra reallaşan layihələrdir. Yəni cəmi bir il ərzində Azərbaycan həmin ərazilərdə möhtəşəm tikinti-quruculuq işləri həyata keçirib. 

Öncə Prezdident İlham Əliyev Ağdam rayonunun Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak edib, Kəngərli və Xıdırlı kəndlərində aparılan bərpa işləri, Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda görülən işlərlə tanış olub. Dövlət başçısı Ağdam Sənaye Parkında görülən işlərlə də tanış olub, yeni zavodların açılış mərasimlərində iştirak edib.

Ümumiyyətlə, İlham Əliyev tərəfindən ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin ən vacib istiqamətlərindən biri sənaye sektorunun, xüsusilə də qeyri-neft sənayesinin sürətli inkişafıdır. İqtisadiyyatımızın inkişaf vektorlarının dayanıqlı mənbələr hesabına qlobal çağırışlara uyğunlaşdırılması qeyri-neft sənayesinin gücləndirilməsinin önəmini artırır. Hazırda ölkədə 8 sənaye parkı fəaliyyət göstərir. Ağdam Sənaye Parkında sahibkarlıq fəaliyyətinin inkişafı üçün dövlət tərəfindən əlverişli investisiya mühiti yaradılır. 

Prezident sənaye parkında "BAFCO İnvest" MMC-nin müxtəlif təyinatlı ayaqqabıların istehsalı zavodunun, "Eel Electric" MMC-nin elektrik paylayıcı avadanlıqların, elektrik yuvalarının və beton yarımstansiyalarının istehsalı zavodunun, "Rail Trans Service" MMC-nin avtomatlaşdırma və telemexanika sistemlərinin istehsalı zavodunun, "Mister Decor"un divar kağızları istehsalı zavodunun, həmçinin "Metkons" MMC-nin havalandırma, yanğınsöndürmə avadanlıqları və metal məmulatları istehsalı zavodunun, eləcə də "Prof-Dam" MMC-nin dam örtükləri istehsalı zavodunun açılışlarında iştirak edib.

Prezident eyni zamanda Ağdam şəhərində İmarət Kompleksinin, "Aghdam City Hotel"in açılış mərasimlərinə qatılıb, Ağdam şəhərində "İmarət" stadionunun təməlini qoyub. 

 Xankəndidə Qarabağ Universitetinin və ali təhsil ocağının tələbə yataqxanasının təmirdən sonra açılışında iştirak edib. Həmçinin şəhərdə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib, 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışı olub. 

Prezident İlham Əliyev Şuşada Üzeyir bəy Hacıbəylinin ev-muzeyinin bərpadan sonra, həmçinin Şuşa Bayraq Meydanının açılış mərasimlərinə də qatılıb. 

Göründüyü kimi, bütün bunlar Zəfərin yaratdığı reallıq, daha doğrusu, bir ilin möcüzəsidir. 

İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzura hər səfəri zamanı möhtəşəm sosial-iqtisadi iaşə müəssisələrinin, yeni obyektlərin açılışı və təməlqoyma mərasimləri  keçirilir. Bütün bunlar Prezidentin 2024-cü il və ondan sonrakı dövrdə işğaldan azad olunan ərazilərimizin əsas inkişaf istiqamətini və hədəfləri müəyyənləşdirən yol xəritəsinə uyğun həyata keçirilir. 


Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 25 iyun tarixli 1184-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında 

01:59
27 Sentyabr

Azərbaycan Respublikasının 2025-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2025-ci il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri haqqında

01:57
27 Sentyabr

UEFA Avropa Liqası: “Tottenhem” – “Qarabağ” oyununun start heyətləri məlum olub

22:39
26 Sentyabr

Energetika naziri Belqradda bir sıra görüşlər keçirib

22:34
26 Sentyabr

Bakıda Çin Xalq Respublikasının yaradılmasının 75 illiyi münasibətilə rəsmi qəbul təşkil edilib

22:32
26 Sentyabr

Assosiasiya prezidenti: Azərbaycan bazarı Qətər üçün mühümdür

22:30
26 Sentyabr

Şahin Mustafayev: Çinlə tranzit daşımaları əməkdaşlığımızın əsas istiqamətlərindən biridir

22:29
26 Sentyabr

Şuşa şəhərində Vüqar Həşimov Memorialının açılış mərasimi olub

22:26
26 Sentyabr

Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib

22:20
26 Sentyabr

Azərbaycan və Ermənistan qısa müddətdə sülh sazişinin yekunlaşdırılması üçün əlavə səylərin göstərilməsi barədə razılığa gəliblər YENİLƏNİB 

22:19
26 Sentyabr

Qırx ölkənin təmsil olunduğu “ADEX-2024” və “Securex Caspian” sərgilərinə yekun vurulub

20:12
26 Sentyabr

"ADEX-2024" və "Securex Caspian" sərgiləri çərçivəsində bir sıra sənədlər imzalanıb

20:10
26 Sentyabr

Bakıda növbəti ağacəkmə aksiyası təşkil olunub

19:32
26 Sentyabr

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

19:31
26 Sentyabr

Azərbaycan Müdafiə Nazirliyinin və Çinin dövlət şirkətinin rəhbərlikləri arasında görüş keçirilib

19:30
26 Sentyabr

Nazir: “COP29 gündəliyində olan 14 təşəbbüsü BMT-də təqdim etdik”

19:29
26 Sentyabr

Şəhid olan prokurorluq əməkdaşlarının ailə üzvləri, prokurorluğun veteranları və Vətən müharibəsində iştirak edən prokurorluq işçiləri ilə görüş keçirilib

19:28
26 Sentyabr

Vüqar Həşimov Memorialı start götürüb

19:27
26 Sentyabr

Fransada Milli Assambleyanın yenidən buraxılacağına dair çağırışlar səslənir

19:26
26 Sentyabr

Kir Starmer Avropa İttifaqı ilə əlaqələri yenidən qurmaq istəyir

19:25
26 Sentyabr

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın iştirakı ilə sahilyanı təmizlik aksiyası keçirilib

19:22
26 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!