26 Sentyabr 2024 08:45
394
İQTİSADİYYAT
A- A+
İqlim dəyişikliyi ilə mübarizə böyük savaşdır

İqlim dəyişikliyi ilə mübarizə böyük savaşdır


COP29 bu döyüşdə qalib gəlməyə qərarlıdır


BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) noyabrda Bakıda keçirilməsi ölkəmiz qarşısında bir sıra öhdəliklər qoyub. 

Ona görə də Azərbaycan həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələri bir araya gətirməyi, ümumi öhdəlik və mənəvi vəzifə qismində iqlim çağırışlarını həll etmək məqsədilə əməkdaşlıq ruhunu təşviq etməyi hədəfə alıb.

COP29-un Azərbaycanda keçirilməsi iqlim dəyişikliyi ilə mübarizədə ölkəmizin iradə və qabiliyyəti ilə yanaşı, liderlik rolunu nümayiş etdirir. Bu konfrans dünyada  gərginliyin azaldılmasına, sülhün bərqərar olunmasına da təsir göstərəcək. Sülhün əldə olunması həmçinin iqlim dəyişmələrinin fəsadlarının aradan qaldırılmasına töhfə olacaq. 

İqlim dəyişmələrinə qarşı mübarizədə ekoloq və meteoroloqlar  öndə getsələr də, bu gün daha çox dünya güclərinin birləşməsinə ehtiyac var. Bəşəriyyəti bu bəladan qurtarmaq onların əlindədir, əks halda iqlim dəyişmələri bitməyəcək və daha ağrılı bəlaya çevriləcək. Bu, COP29-un çağırışıdır və kökündə  beynəlxalq sülhə dəstək vermək  dayanır.

Qeyd edək ki, COP29 sədrliyi və Beynəlxalq Miqrasiya Təşkilatının birgə təşkilatçılığı ilə BMT-nin baş qərargahında "İqlim, sülh və miqrasiya" mövzusunda sentyabrın 23-də keçirilən yüksəksəviyyəli "dəyirmi masa"da noyabrın 15-i COP29 çərçivəsində "Sülh, yardım və bərpa günü" kimi müəyyənləşib. Bu məqsədlə bir sıra yüksəksəviyyəli tədbir keçirilməsi nəzərdə tutulub ki, onlardan biri də  adıçəkilən tədbirdir. "Dəyirmi masa"da bildirilib ki, COP29 çərçivəsində Bakı İqlim və Sülh Mərkəzinin təsis edilməsi və fəaliyyətə başlaması gözlənilir. Mərkəzin yaradılmasında Azərbaycanla birlikdə təşəbbüskar ölkələr, eyni zamanda BMT agentlikləri, beynəlxalq inkişaf qurumları və bankları iştirak edəcəklər. 

BMT Baş Assambleyası çərçivəsində keçirilən bu tədbir həm də COP29 sülh gününə hazırlıq məqsədi daşıyırdı. COP29-un "Sülh, yardım və bərpa günü"nün gündəliyində 3 əsas və 1 bağlantı mövzu olacaq. Bunlar su qıtlığı, qida təhlükəsizliyi və torpaq deqradasiyası mövzuları, onların törətdiyi fəsadlar nəticəsində iqlimlə bağlı miqrasiya məsələsidir. Sülh günündə bu məsələlərlə əlaqədar strategiya, siyasət və praktiki addımların atılması nəzərdə tutulur. Belə addımlardan biri də COP29-un Rəyasət Heyətinin bütün tərəfləri siyasi çağırışları aşmağa, birlikdə olmağa və tədbirin keçiriləcəyi ay ərzində atəşkəsə sadiq olmağa çağırışdır. Artıq dünyanın hər yerindən partiyalar və maraqlı tərəflər öz dəstəklərini bildirərək müraciəti  təsdiq ediblər. 

İqlim dəyişmələri ilə mübarizə bir savaş və gərgin döyüşdür. Bu savaşda sülhə nail olmaq planetin sabahını təhlükələrdən, faciə və fəlakətlərdən  xilas etmək deməkdir. İqlim savaşı dünya ölkələrinin gündəliyində olan ən vacib məsələdir və ondan qaçmaq mümkün deyil. Bu və digər məsələlər ekologiya və təbii sərvətlər naziri, COP29-un  müəyyən edilmiş Prezidenti Muxtar Babayevin imzaladığı müraciətdə yer alıb: "COP29 Qafqazda ilk dəfə keçiriləcək və biz regionumuzu dünyada təmsil etməkdən şərəf duyuruq. İqlim dəyişikliyi hər kəsə fərqli təsir göstərir. Xəzər dənizində həyatımıza və dolanışıq vasitələrimizə birbaşa təsir edən həddindən artıq isti, su qıtlığı və suyun səviyyəsinin azalması ilə üzləşirik. Lakin biz həm də bərpaolunan enerji landşaftında mühüm rol oynaya bilən, aşağı emissiyalara keçidi və iqlimə davamlı inkişafı dəstəkləyən zəngin külək və günəş potensialımız kimi həllər və imkanlar mənbəyiyik. Regional və qlobal səviyyədə biz nümunə göstərməkdə qərarlıyıq".

Xarici işlər naziri Ceyhun Bayramov da BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksəksəviyyəli həftəsində iştirakı çərçivəsində BMT-nin baş qərargahında təşkil olunan "Gələcəyin Sammiti"ndə çıxış edərkən bildirib ki, iqlim dəyişmələri, dağıdıcı münaqişələr, geosiyasi gərginliklər və artan bərabərsizlik kimi presedentsiz çağırışlarla qarşı-qarşıya qalan dünya həlledici yolayrıcındadır. Bu kritik dönəmdə gələcəyin sammiti aktual çağırışların həll olunması, uçurumların aradan qaldırılması və çoxtərəfli sistemin bir vahid şəklində irəlilədiyini nümayiş etdirmək üçün bir fürsətdir. Nazir çıxışında vurğulayıb: "Münaqişələr və iqlim böhranı kimi məsələlərin kəsişdiyini nəzərə alaraq, bir neçə gün əvvəl bəyan edilən barışıq çağırışında əksini tapmış COP29 naminə flaqman barışıq təşəbbüsünü təqdim edib. Biz COP29 ayı ərzində birliyə və barışığa hörmət etməyə çağırırıq. Bir daha iqlim davamlılığı və dayanıqlı inkişafın, sülh və təhlükəsizliyin, sadəcə, arzu, istək deyil, hamı üçün reallıq olduğu daha yaxşı gələcəyə sadiqliyimizi təsdiq etməliyik. Biz yalnız cəsarətli, inklüziv və əməkdaşlıq fəaliyyəti vasitəsilə buna nail ola bilərik".


Züleyxa ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 25 iyun tarixli 1184-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında 

01:59
27 Sentyabr

Azərbaycan Respublikasının 2025-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2025-ci il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri haqqında

01:57
27 Sentyabr

UEFA Avropa Liqası: “Tottenhem” – “Qarabağ” oyununun start heyətləri məlum olub

22:39
26 Sentyabr

Energetika naziri Belqradda bir sıra görüşlər keçirib

22:34
26 Sentyabr

Bakıda Çin Xalq Respublikasının yaradılmasının 75 illiyi münasibətilə rəsmi qəbul təşkil edilib

22:32
26 Sentyabr

Assosiasiya prezidenti: Azərbaycan bazarı Qətər üçün mühümdür

22:30
26 Sentyabr

Şahin Mustafayev: Çinlə tranzit daşımaları əməkdaşlığımızın əsas istiqamətlərindən biridir

22:29
26 Sentyabr

Şuşa şəhərində Vüqar Həşimov Memorialının açılış mərasimi olub

22:26
26 Sentyabr

Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib

22:20
26 Sentyabr

Azərbaycan və Ermənistan qısa müddətdə sülh sazişinin yekunlaşdırılması üçün əlavə səylərin göstərilməsi barədə razılığa gəliblər YENİLƏNİB 

22:19
26 Sentyabr

Qırx ölkənin təmsil olunduğu “ADEX-2024” və “Securex Caspian” sərgilərinə yekun vurulub

20:12
26 Sentyabr

"ADEX-2024" və "Securex Caspian" sərgiləri çərçivəsində bir sıra sənədlər imzalanıb

20:10
26 Sentyabr

Bakıda növbəti ağacəkmə aksiyası təşkil olunub

19:32
26 Sentyabr

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

19:31
26 Sentyabr

Azərbaycan Müdafiə Nazirliyinin və Çinin dövlət şirkətinin rəhbərlikləri arasında görüş keçirilib

19:30
26 Sentyabr

Nazir: “COP29 gündəliyində olan 14 təşəbbüsü BMT-də təqdim etdik”

19:29
26 Sentyabr

Şəhid olan prokurorluq əməkdaşlarının ailə üzvləri, prokurorluğun veteranları və Vətən müharibəsində iştirak edən prokurorluq işçiləri ilə görüş keçirilib

19:28
26 Sentyabr

Vüqar Həşimov Memorialı start götürüb

19:27
26 Sentyabr

Fransada Milli Assambleyanın yenidən buraxılacağına dair çağırışlar səslənir

19:26
26 Sentyabr

Kir Starmer Avropa İttifaqı ilə əlaqələri yenidən qurmaq istəyir

19:25
26 Sentyabr

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın iştirakı ilə sahilyanı təmizlik aksiyası keçirilib

19:22
26 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!