18 Aprel 2024 14:17
161
İDMAN
A- A+

Görüş bitdikdən sonra meydançaya kənar şəxslərin daxil olması paytaxt təmsilçisini 800 manat xərcə salıb.  AFFA beş klubu cəzalandırıb  

 

AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.

AZƏRTAC milli assosiasiya rəsmi saytına istinadən xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının XXX turunun matçlarında qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.

“Zirə” ilə oyunda “Sumqayıt”ın azarkeşləri pirotexniki vasitədən istifadə etdiyinə görə klub 1500 manat cərimələnib. Həmçinin qarşılaşma bitdikdən sonra meydançaya kənar şəxslərin daxil olması sumqayıtlıları 800 manat xərcə salıb.

“Turan Tovuz”la görüşdə “Qəbələ”nin 4 futbolçusunun sarı vərəqə alması klubun 700 manat cərimələnməsinə səbəb olub. Oyunun fasiləsində “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı hakimləri təhqir etdiyinə görə 3 oyun şərti olmaqla 5 oyun cəzalanıb, klub 4000 manat cərimə edilib, sınaq müddəti 3 ay təyin edilib. 5 futbolçusu sarı vərəqə alan Tovuz təmsilçisi 700 manat ödəyəcək.

“Kəpəz”lə matçda “Səbail”in futbolçusu Adi Mehremiç hakimi təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə aldığına görə 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb, “dənizçilər” 3000 manat ziyana düşüb. Sınaq müddəti 3 ay təyin edilib.

“Qarabağ”la oyunda 5 futbolçusu sarı vərəqə alan “Sabah” 700 manat cərimələnib. Görüş bitdikdən sonra meydançaya kənar şəxslərin daxil olması paytaxt təmsilçisini 800 manat xərcə salıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video