“Gizli Omikron” peyda olub və sürətlə yayılmağa başlayıb
“SARS-CoV-2”nin ən sonuncu növü olan “Omikron”un sürətlə yayılması səbəbindən dünya üzrə koronavirusa həftəlik yoluxma sayında rekord göstəricinin təzələnməsi pandemiyanın gedişatının yenidən gərginləşdiyini göstərir.
Ötən həftə ərzində yoluxmanın artması nəticəsində dünyada indiyədək koronavirusa yoluxanların sayı 352,7 milyon nəfərə, virusdan ölüm hallarının sayı isə 5,6 milyona çatıb.
Ötən həftə ərzində aşkar edilmiş yoluxma hallarının sayı əvvəlki 7 günlə müqayisədə 5, ölüm halları isə 1 faiz artıb. Yoluxma hallarının əksəriyyəti ABŞ-da qeydə alınıb. Növbəti yerlərdə Hindistan, Braziliya, Fransa və Böyük Britaniya qərarlaşıb. Ən çox ölüm hadisəsi də ABŞ-da, daha sonra Braziliya, Hindistan, Rusiya və Meksikada qeydə alınıb.
Ümimilikdə isə dünyada yoluxanların sayında ən çox artım Şərqi Aralıq dənizində (39 faiz), Cənub-Şərqi Asiyada (36 faiz) və Avropada (13 faiz) müşahidə edilib. Avropada bir həftə ərzində yoluxanların sayı 10 milyon nəfəri ötüb ki, bu da dünyadakı bütün yeni yoluxma hallarının 47 faizini təşkil edir. Koronavirusdan ölüm halları Cənub-Şərqi Asiyada (44 faiz) və Şərqi Aralıq dənizində (15 faiz) daha da artıb.
Azərbaycanda da yeni ştama yoluxanların sayında çoxalma mıüşahidə edilir. Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi əhaliyə müraciətində bir daha nəzərə çatdırıb ki, koronavirusun yeni ştamına yoluxanların sayında artım davam edir. Lakin test nəticəsi müsbət çıxmış şəxslərin xəstəxanaya yerləşdirilməsi halları eyni dinamika ilə inkişaf etmir. Rəsmi qurumlar buna baxmayaraq, vətəndaşlara yeni ştamdan qorunmaq üçün ikinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan 5 ay sonra gücləndirici (“buster”) doza ilə peyvənd olunmağı tövsiyə edirlər.
Koronavirusun yeni ştamının 3 yeni qolu yaranıb
Dünya “Omikron”la mübarizəsini bitirməmiş onun yeni əlavə şaxəsi də yayılmağa başlayıb. “Omikron”un yeni qolu sayılan BA.2 artıq dünyanın 40 ölkəsində qeydə alınıb. Klassik Cənubi Afrika “Omikron”undan fərqli olan BA.2 ilk dəfə dekabrda aşkarlanıb. “Gizli Omikron” adlanan bu növ daha çox mutasiyaya uğrayıb.
Mütəxəssislərin sözlərinə görə, “Omikron” sanki bölünüb, ikiləşib. Alimlər “Omikron”un ikiləşməsinin vəziyyəti çətinləşdirdiyini bildirirlər. “Gizli Omikron”u yalnız genom ardıcıllığına görə aşkar etmək mümkündür.
İsrailli alim Şay Fleyşon hesab edir ki, BA.2 daha sürətlə yayılır. Lakin immunitetin virusun bu növünə qarşı necə reaksiya göstərməsi hələ məlum deyil. “Omikron” şaxələndikcə onun yeni qolları fevral ayında daha pik yoluxmaya səbəb olacaq. Aprelə doğru isə yoluxma nisbətən səngiyəcək. Alim hər şeyin insanların kütləvi immunitetinin hansı səviyyədə formalaşmasından asılı olacağını söyləyib.
“Omikron”un BA.2 qolundan başqa, üçüncü qolunun da ortaya çıxdığı deyilir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) artıq “Omikron”un üç əsas altnövünün (BA.1, BA.2 və BA.3) olduğunu təsdiqləyib. İlkin təhlillərə əsasən, xəstəxanaya yerləşdirilmə baxımından BA.2 ilə BA.1 arasında heç bir fərq müşahidə olunmayıb.
Hindistanın Banaras Hindu Universitetinin Tibb Elmləri İnstitutunun professoru Sunit Sinqh açıqlayıb ki, “Omikron”da çoxlu mutasiyalar səbəbindən monoklonal anticisimlərin əksəriyyəti təsirli deyil: “Artıq göründüyü kimi, daha çox infeksiya ola bilər, amma virusun daha şiddətli olma ehtimalı yoxdur. Bundan sonrakı proseslərin mənzərəsi indiki kimi ola bilər. Lakin insanlar peyvənd olunmalı və ehtiyat tədbirləri görməlidirlər”.
Bəzi ölkələrdə BA.2 növü dominanta çevrilir
Bəzi mütəxəssislər belə fikir yürüdürlər ki, “Gizli Omikron” yeni kəşf edilməyib. O, ümumilikdə “Omikron” variantı qədər köhnədir. Altnöv ilk dəfə Cənubi Afrikada noyabrın sonunda aşkarlanıb. BA.2-nin indi gündəmə gəlməsinə səbəb Avropa ölkələrində onun törətdiyi fəsadların sayının artmasıdır.
Artıq “Omikron”un BA.2 altvariantı tədricən onun klassik variantını, yəni BA.1-i əvəz edir. “Omikron”un BA.1, BA.2 və BA.3 üç variantı olsa da, BA.2, başqa sözlə “Gizli Omikron” son vaxtlar bir çox Avropa və Asiya ölkələrində dominant ştama çevrilir. Böyük Britaniya və Danimarkada aşkar edilmiş hallar göstərir ki, yoluxma sayına görə “Omikron”un BA.2 variantı BA.1-i keçə bilər.
Danimarkanın rəsmi qurumlarının ötən həftəki açıqlamalarına görə, BA.2 hazırda ölkədəki xəstəlik hallarının demək olar ki, yarısını təşkil edir və sürətlə dominant BA.1-i əvəz edir. Dekabrın sonunda ölkədəki yoluxmaların 20 faizini təşkil edən BA.2 yanvarın ortalarında yoluxmaların 45 faizini təşkil edib. Həmin dövrdə ölkədə yoluxmaların sayı da yüksək həddə çatıb. Danimarka səlahiyyətliləri həmçinin BA.2-nin İngiltərə, Norveç və İsveçdə sürətlə yayıldığını açıqlayıblar.
Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyi ötən həftə verdiyi açıqlamasında bu günə qədər yalnız BA.2-dən 426 hadisənin qeydə alındığını bildirib. Bu, nisbətən kiçik rəqəm olsa da, səlahiyyətlilər altvariantı araşdırmaya cəlb etmək qərarına gəliblər. Artıq Fransa və Hindistan alimləri virusun yeni BA.2 variantının sürətlə yayıldığını və əvvəlki “Omikron”u geridə qoyduğunu söyləyirlər.
İlhamə İSABALAYEVA,
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Ölkə ərazisindən siklonun keçməsi ilə əlaqədar yağan intensiv leysan yağışlar nəticəsində çaylarda s...
27 May
Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellendən
27 May
Gürcüstanın Baş naziri İrakli Qaribaşvilidən
27 May
Mayın 27-də Azərbaycanda COVID-19 əleyhinə 2 min 747 doza vaksin vurulub
27 May
Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 11 yoluxma faktı qeydə alınıb
27 May
Daxili terrorizmi hədəf alan qanun layihəsi Senatda qəbul edilməyib
27 May
İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyndən
27 May
Prezident İlham Əliyev: Postmünaqişə gündəliyinin formalaşmasında Azərbaycan öz sözünü deyir və bu s...
27 May
Dohanın mərkəzindəki qüllədə Müstəqillik Günü münasibətilə Azərbaycanın rəmzləri işıqlandırılıb VİDE...
27 May
Prezident: Biz qalib dövlətik, Ermənistan məğlub edilmiş dövlətdir, bu reallığı hər kəs qəbul etməli...
27 May
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
İlham Əliyevin Qafqazda uğurlu sülh modeli

Regionun inkişaf təminatçıları

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəriAzərbaycan və Türkiyə prezidentləri R...

Milli Məclisin plenar iclasında 20 məsələyə baxılıb

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının açılışı olub...

Tarixin, liderliyin və xilaskarlığın HEYDƏR ƏLİYEV zirvəsi

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!