04 May 2024 09:00
579
Mədəniyyət
A- A+

Gənc rəssamın rənglər dünyası

 

"Əsasən yağlı boya ilə - pastel və akvarellə işləyirəm, o texnikaları, rəngləri çox xoşlayıram, mənə daha yaxındır. Mövzular da fərqli, rəngarəng olur, öz həyatımdan epizodları və qlobal problemlərin doğurduğu məqamları kətan üzərində əks etdirməyə çalışıram... Ən çox bənövşəyi rəngin cazibəsindəyəm, həm geyimlərimdə, həm də işlərimdə ondan geniş bəhrələnirəm. Rəsmlərimdə hər kəs bir mövzu görə bilər, kimin nə duyduğu, hansı fikrə, nəticəyə gəldiyi məndən ötrü çox maraqlıdır. Ən başlıcası, hər əsərimdə bir söz, mesaj var..." 
Bu sözləri gənc rəssam Aydan Nəbizadə yaradıcılığı ilə, təqdim etdiyi sərgilərlə bağlı söhbətində deyib. 
Yeri gəlmişkən xatırladaq ki, bir neçə gün öncə Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində istedadlı rəssamın ilk fərdi sərgisi açılıb. Sərgidə "Snowy Baku", " The power of love", "Dream" , "Mother Nature", "Equality" kimi tabloları daxil, ümumilikdə 20-dən çox əsəri nümayiş olunub.
Aydanın sözlərinə görə, ilk fərdi sərgisinin açılmasında əsas məqsədi əsərlərini diqqətli və tələbkar sənətsevərlərə təqdim etməklə yanaşı, boyalarla reallaşdırmağa nail olduğu hiss və düşüncələrini onlara ötürməkdir: "Uzun illərdir ki, bu sənətin vurğunuyam. Hansı ki, daxili aləmimdə bir sevgi və sakitlik yaradır".
Fırça ustası uşaqlıq, yeniyetməlik yaşlarından sənətə meyillənməsi və yeni yaradıcılıq nailiyyətlərinə ruhlanmasının bir səbəbini də dövlətin, ölkə rəhbərliyinin bu sahəyə diqqət və qayğısında görür. Ulu Öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin ötən əsrin doxsanıncı illərində sosial problemlər üzündən vətəni tərk etmək məcburiyyətində qalmış sənətkarlara sahib çıxmalarından, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın milli sənətə qayğısı və mədəni irsimizi dünya miqyasında tanıtdırmasından məmnunluğunu bildirir: "Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın mənə xeyir-duası, sərgimə təşrif buyurması və rəngkarlıq işlərim haqqında xoş sözləri ən böyük mükafatımdır. Məhz belə lütfkar münasibət sənət adamlarını Vətəni, xalqı sevməyə, ali dəyərlər naminə mühüm işlər görməyə ilhamlandırır".  
A.Nəbizadə qazandığı uğurlarda müəllimi, Əməkdar rəssam, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Rusiya İmperator Rəssamlıq Akademiyasının fəxri üzvü Rəşad Mehdiyevin də böyük rolunu vurğulayır və ustada minnətdarlığını bildirir. Aydanı istedadlı rəssam kimi xarakterizə edən R.Mehdiyev tam əminliklə söyləyir ki, o, əsərləri ilə Azərbaycan incəsənətinə böyük töhfələr verəcək və ölkəmizi dünyada layiqincə təmsil edəcək. Qeyd edək ki, gənc rəngkarın sərgisinin təşkilatçısı və kuratoru məşhur rəssam Vasif Nəcəfzadədir. Sərgi üçün rəng strukturu, ekspozisiya və əsas konsepsiya onun tərəfindən təşkil edilib.
Nəbizadə Aydan Elçin qızı 2001-ci il sentyabrın 9-da Bakıda dünyaya gəlib. 9-cu sinfə qədər 23 saylı məktəbdə təhsil alıb. Daha sonra Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını bitirib. Azərbaycan dilindən əlavə, rus, ingilis, italyan dillərini bilir. Sinqapur, Yunanıstan, Çin, BƏƏ, Türkiyə, Rusiya, Qırğızıstan və digər ölkələrdə çoxsaylı sərgilərə qatılıb. 2018-ci ildə Sankt-Peterburqda keçirilən "Nevskaya Palitra" beynəlxalq rəsm müsabiqəsinin (1-ci yer) qalibidir. 

Qurban MƏMMƏDOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video