03 Fevral 2026 08:25
406
CƏMİYYƏT
A- A+
"Gənc həmkarlarla inkişafa doğru" mövzusunda tədbir keçirilib

"Gənc həmkarlarla inkişafa doğru" mövzusunda tədbir keçirilib


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyi tərəfindən 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş "Gənc həmkarlarla inkişafa doğru" adlı tədbir keçirilib.

Səməd Vurğun adına Sağlamlıq və İstirahət Mərkəzində təşkil olunan tədbirdə AHİK-in və dövlət qurumlarının nümayəndələri, həmkarlar ittifaqlarının gənc üzvləri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov Ulu Öndər Heydər Əliyevin uğurlu gənclər siyasətindən, cənab Prezident İlham Əliyevin Azərbaycan gəncliyinə göstərdiyi xüsusi diqqət və qayğıdan bəhs edib, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun reallaşdırdığı sosial, mədəni və humanitar layihələrin gənclərin inkişafına və cəmiyyətdə rolunun artırılmasına mühüm töhfə verdiyini vurğulayıb.

Konfederasiya sədri ölkəmizdə həyata keçirilən gənclər siyasətinə dəstək olaraq AHİK-in həyata keçirdiyi məqsədyönlü və sistemli tədbirləri də qeyd edib. 

Gənclər və idman nazirinin müavini İndira Hacıyeva çıxışında ölkəmizdə gənclərin fiziki, mənəvi və sosial inkişafının təmin olunması məqsədilə həyata keçirilən dövlət proqramları və layihələrdən danışıb. Nazir müavini gənclərin sağlam həyat tərzinin təşviq olunmasının, idman infrastrukturlarının genişləndirilməsinin, onların cəmiyyətin ictimai-siyasi və sosial həyatında fəal iştirakının təmin edilməsinin gənclər siyasətinin əsas istiqamətlərindən olduğunu qeyd edib.

Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə gənclərin inkişafında təhsilin strateji roluna toxunaraq bildirib ki, Azərbaycanın müasir təhsil sistemi gənclərin bilik və bacarıqlarının, yaradıcılıq qabiliyyətinin və peşəkar kadr potensialının formalaşmasına xidmət edir, onları məsuliyyətli vətəndaş kimi yetişməyə yönəldir.

Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev isə gənclərin təşəbbüslərinin stimullaşdırılması, onların sosial, innovativ və ictimai əhəmiyyət daşıyan ideyalarının layihələr vasitəsilə dəstəklənməsi istiqamətində görülən işlərdən danışıb, fondun gənclərin fəallığının artırılmasına, liderlik bacarıqlarının inkişafına və onların cəmiyyətin müxtəlif sahələrində daha aktiv iştirakına verdiyi töhfəni qeyd edib.

Tədbir çərçivəsində AHİK tərəfindən həmkarlar ittifaqları sistemində aparılan islahatları, həyata keçirilən layihələri və tətbiq olunan yenilikləri əks etdirən videoçarx nümayiş olunub.

Daha sonra gənclər - "Uğur yolu" müsabiqəsinin qalibi, İqtisadiyyat Nazirliyinin İnsan resurslarının inkişafı şöbəsinin əməkdaşı Hüriyyə Məmmədova, 3-cü "Yüksəliş" müsabiqəsinin qalibi, Mərkəzi Bankın şöbə rəisi İlahə Baxışova Tahirli və Yeni Azərbaycan Partiyası Həmkarlar İttifaqı Komitəsinin əməkdaşı Camo Əliyev çıxış edərək uğur hekayələrini iştirakçılarla bölüşüblər.

Sonra "Rəqəmsallaşma və innovasiyaların tətbiqində gənclərin rolu" mövzusunda panel müzakirə aparılıb.

Tədbir bədii hissə ilə davam edib.


Nərminə ƏSGƏROVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa çempionatı: Azərbaycan minifutbol millisinin rəqibləri bəlli olub

22:23
27 Fevral

Gəncənin Baş planı Nazirlər Kabinetinə təqdim edilib, Xocalının planı üzrə razılaşdırma davam edir  

20:51
27 Fevral

Efiopiyanın Baş naziri “AI Academy” ilə tanış olub  

20:41
27 Fevral

Vaşinqtonda Xocalı soyqırımının qurbanları anılıb  

20:29
27 Fevral

Premyer Liqa: “Zirə” “Araz-Naxçıvan”a qalib gəlib

20:14
27 Fevral

Şamaxıda yenidən zəlzələ olub

20:03
27 Fevral

MM-in komitə sədri: Azərbaycanda tibbi turizmin inkişafı üçün geniş imkanlar var  

19:57
27 Fevral

Gürcü nazir: Azərbaycandan Gürcüstana ümumi investisiyalar 3,1 milyard dolları keçib  

19:42
27 Fevral

Prezident Administrasiyasının rəhbəri COP32-nin Prezidenti ilə görüşüb  

19:41
27 Fevral

Azərbaycan və Türkmənistan arasında əməkdaşlıq məsələləri müzakirə olunub  

19:29
27 Fevral

ABŞ-nin müvəqqəti işlər vəkil: Azərbaycanla iqtisadi əməkdaşlığın günü-gündən inkişaf etməsindən çox məmnunuq  

19:16
27 Fevral

Finlandiyada Xocalı həftəsi

18:59
27 Fevral

Xocavəndə Böyük Qayıdış: 1485 nəfər doğma yurduna qovuşub

18:35
27 Fevral

Parisdə Xocalı soyqırımı ilə bağlı məlumatlandırıcı aksiya keçirilib

18:23
27 Fevral

Hüquq fakültəsi tələbələrinin fotolarını yaydığına görə saxlanılan şəxs barəsində cinayət işi başlanılıb

18:09
27 Fevral

Efiopiyanın Baş naziri Abiy Əhməd Əli Səngəçal neft terminalında olub  

17:46
27 Fevral

Azərbaycanın turizm potensialı Mərkəzi Asiya və Rusiyada təqdim edilib

17:35
27 Fevral

Zəlzələdən sonra ərazilərdə monitorinqlər aparılır – Şamaxı RİH-dən AÇIQLAMA 

17:28
27 Fevral

Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə Mentorluq proqramının yekunlarına dair görüş keçirib  

17:23
27 Fevral

İqtisadi Şuranın növbəti iclası keçirilib

17:21
27 Fevral

Efiopiyanın Baş naziri “ASAN xidmət”də

17:20
27 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!