07 İyun 2024 10:00
1281
Təhsil
A- A+
GDU-da fənn olimpiadasının qalibləri mükafatlandırılıb

GDU-da fənn olimpiadasının qalibləri mükafatlandırılıb

 

Gəncə Dövlət Universitetinin (GDU) təşkilatçılığı ilə Azərbaycan dili və ədəbiyyat  üzrə orta ümumtəhsil məktəblərinin XI sinif şagirdləri arasında keçirilən olimpiadaya yekun vurularaq qaliblərin mükafatlandırılması mərasimi keçirilmişdir.
Tədbirdə universitetin tədris məsələləri üzrə prorektoru Şahin Xurşudov, elm və innovasiyalar üzrə prorektoru, Milli Məclisin deputatı Pərvin Kərimzadə, humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva, Təcrübə və karyera şöbəsinin müdiri Cabbar Qarayev, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin nümayəndələri, məktəb direktorları, fənn müəllimləri, şagirdlər və valideynlər iştirak etmişlər.
Mərasimi Şahin Xurşudov açaraq Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunan fənn olimpiadasında uğur qazanan məktəbliləri təbrik etmiş, onlara gələcəkdə daha böyük qələbələr arzulamışdır. Bildirmişdir ki,  olimpiadanın əsas məqsədi istedadlı şagirdlərin aşkar edilməsi və onlarda müxtəlif fənlərə olan marağın artırılması olmuşdur.
Tədbirdə universitetdə tədris olunan ixtisaslar, fakültələr və GDU-nun beynəlxalq əlaqələri haqqında ətraflı məlumat verildikdən sonra olimpiadanın nəticələrinə əsasən yüksək bal toplayan şagirdlərin adları açıqlanmışdır. Qeyd olunmuşdur ki, Gəncə şəhər 16 nömrəli tam orta məktəbin şagirdi Nuray Sadıqova və Göygöl rayon Üçtəpə kənd orta məktəbin şagirdi Firdus Tağıyeva I, Gəncə şəhər 21 nömrəli tam orta məktəbin şagirdi Şəfa Quliyeva II, 24 nömrəli tam orta məktəbin şagirdi Telli Məmmədova isə III yeri tutmuşlar.
Bilik yarışında yüksək bal topladığına görə 11 şagirdə və olimpiadanın təşkilində fəallıq göstərən bir qrup universitet əməkdaşına Fəxri fərmanlar və mükafatlar təqdim olunmuşdur. 

Sabir ƏLİYEV,
 "Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!