Füzuli rayonundakı hərbi hissədə “Açıq qapı” günü keçirilib
Füzuli rayonunda yerləşən hərbi hissədə "Açıq qapı” günü keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, "Açıq qapı” günündə Milli Məclis Sədrinin müavini Bahar Muradova, rayon icra hakimiyyətinin rəhbərliyi, ictimaiyyət nümayəndələri, əsgər valideynləri, Qarabağ müharibəsi veteranları və şəhid ailələri iştirak edib.
Milli Məclis Sədrinin müavini Bahar Muradova "Açıq qapı” günü ilə bağlı keçirilən tədbirdə əsgər və zabitləri Novruz bayramı münasibətilə təbrik edib, onlara vətənimizin müdafiəsində möhkəm dayanmağı arzulayıb. Ölkəmizdə həyata keçirilən ordu quruculuğundan danışan Milli Məclis Sədrinin müavini bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən ordumuzun güclənməsi istiqamətində uğurlu siyasət həyata keçirilir. Bu gün Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqaz regionunun ən güclü, nizam-intizamlı və müasir silahlarla təchiz olunan, hərbi-texniki strukturlara, bacarıqlı hərbçi kadr potensialına malik ordusuna çevrilib.
"Biz bütün imkanlarımızı səfərbər edərək, müasir müstəqil Azərbaycan dövlətini qura bilmişiksə, Azərbaycan dünyada sayılan-seçilən bir dövlətə çevrilibsə və dünyanın bütün nöqtələrindən getdikcə daha aydın, daha parlaq görünürsə, buna görə, ilk növbədə, xalqa və ordumuza borcluyuq. Xalqla ordunun birliyi Azərbaycanı bütün çətinliklərdən aydın sabahlara aparan əsas amildir”, - deyə B.Muradova vurğulayıb.
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev üçrəngli, ay-ulduzlu bayrağımızın Qarabağda dalğalanmasının hər bir azərbaycanlının ən böyük arzusunun olduğunu bildirib. O, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ordumuzun qüdrəti ilə buna nail olacağımıza, hazırda işğal altında olan bütün torpaqlarımızda Novruz tonqallarının yenidən qalanacağına inamını ifadə edib.
Milli Məclis Sədrinin müavini Bahar Muradova əsgər valideynləri, Qarabağ müharibəsi veteranları və şəhid ailələri ilə görüşüb. Xidmətdə fərqlənən hərbi qulluqçulara hədiyyələr təqdim edilib.
Qonaqlar şəxsi heyətin xidməti, yaşayış və məişəti üçün yaradılan şəraitlə maraqlanıb, qida rasionuna daxil olan ərzaqlar, əşyalar və geyimlərlə tanış olub, hərbi hissənin ərazisində ağac əkib, əsgərlərlə birgə nahar ediblər.
Tədbirdə bayram tonqalı qalanıb. İncəsənət ustalarının ifasında rəngarəng konsert proqramı əsgər və valideynlərdə əsl bayram əhvali-ruhiyyəsi yaradıb.Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Hayastanda etirazlar səngimir
05 May
"Xalq Bank"ın "Xalq Əmanəti" layihəsinin 24-cü nəşri Cahid Camala həsr olunub
05 May
QƏZƏLLƏR
05 May
"Şərq şairlərinin günəşi"
05 May
Anamın gözünün nuru, əlinin sığalı hopmuş xalça
05 May
Həyatı filmə bənzəyən aktyor
05 May
Məğrur, qürurlu Şuşa
05 May
Fironun məzarının "öldürücü" sirri
05 May
Tovuz kümçüləri bu il də bol məhsul götürmək əzmindədirlər
05 May
Dini konfessiyaların nümayəndələri Tərtərdə olmuşlar
05 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!