16 Dekabr 2024 19:40
103
DÜNYA
A- A+
Fransanın yeni baş naziri hökumətin formalaşdırılması ilə bağlı məsləhətləşmələr aparır

Fransanın yeni baş naziri hökumətin formalaşdırılması ilə bağlı məsləhətləşmələr aparır


 

 Fransanın yeni baş naziri Fransua Bayru hökumətin tərkibi ilə bağlı qərar vermək üçün müxtəlif siyasi partiyaların liderləri ilə görüşlər keçirir. Bu barədə BFMTV kanalı xəbər verir.

Bazar ertəsi baş nazirin iqamətgahına ilk gələnlər  ifrat sağçı Milli Birlik partiyasının lideri Cordan Bardella və bu partiyanın parlament fraksiyasının rəhbəri Marin Le Pen olublar. Le Penin sözlərinə görə, Bayru Milli Assambleyada təmsil olunan bütün siyasi qüvvələrin fikirlərini nəzərə almağı planlaşdırır.

Daha sonra Matinyon sarayında baş nazirlə Milli Assambleyadakı “Respublika Naminə Birlikdə” prezident qüvvələri blokunun sədri, keçmiş baş nazir Qabriel Attal arasında danışıqlar olub. O, görüşün nəticəsini şərh etməyib.

Bundan sonra Sosialist Partiyasının nümayəndələri Olivye For, Patrik Kanne və Boris Vallo baş nazirlə məsləhətləşməyə gəliblər.

Öz növbəsində ifrat solçu “Yenilməyən Fransa”nın parlament fraksiyasının lideri Matilda Pano baş nazirlə görüş təklifindən imtina edib. Pano sosial şəbəkədə yazıb: “Baş nazir hələ hökuməti formalaşdırmayıb və özünü Milli Assambleya üzvlərinə təqdim etməyib, biz bu məsləhətləşmələrdə iştirak etməyəcəyik”.

 

Rizvan CƏFƏROV,

"Azərbaycan"

 

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev və Tatarıstanın Rəisi Rüstəm Minnixanov birgə nahar ediblər

15:59
17 Dekabr

Rusiyanın Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovun “Dostluq” ordeni ilə təltifedilmə mərasimi olub

15:58
17 Dekabr

Rabatda Azərbaycan və ICESCO-nun dinlərarası dialoq mövzusunda beynəlxalq konfransı keçirilir  

15:57
17 Dekabr

On ay ərzində Azərbaycanda 86 mindən çox körpə doğulub

15:54
17 Dekabr

R.N.Minnixanovun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında

15:53
17 Dekabr

Prezident İlham Əliyev Rusiyanın Tatarıstan Respublikasının Rəisi ilə görüşüb YENİLƏNƏCƏK  

15:52
17 Dekabr

Azərbaycanın neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi açıqlanıb

15:51
17 Dekabr

Sənaye məhsulunun 64,4 faizi mədənçıxarma sektorunda istehsal edilib

15:50
17 Dekabr

Yanvar-noyabr aylarında Azərbaycanda neft kəmərləri ilə 35 360 min ton neft nəql edilib  

15:48
17 Dekabr

Həkimlərin maaşı 3600 manata yüksəlib  

15:47
17 Dekabr

Media: Tramp ilk mərhələdə ölkədən bir milyon miqrantı çıxaracaq  

15:42
17 Dekabr

Gürcüstanın Baş naziri: Avropa İttifaqının qərarı anti-Gürcüstan siyasətinin nümunəsidir  

15:41
17 Dekabr

DGK sədrinin birinci müavini: Bu il gömrük qanunvericiliyinin pozulması ilə bağlı 33 mindən çox fakt aşkar edilib  

15:15
17 Dekabr

İrakli Kobaxidze: “Gürcü Arzusu” dördüncü dəfə ölkədə inqilabın qarşısını aldı  

15:09
17 Dekabr

Bakı-Tbilisi-Ərzurum kəməri ilə 20 milyard kubmetrdən çox təbii qaz ixrac edilib  

15:08
17 Dekabr

Azərbaycanda əhalinin sayı 10 milyon 218 mini ötüb

15:07
17 Dekabr

Erməni separatçılarının cinayət işi məhkəməyə göndərilib

15:05
17 Dekabr

Çində 3 milyard yuanlıq korrupsiya əməlində təqsirli bilinən sabiq məmur edam edilib

15:03
17 Dekabr

Dövlət Əmək Müfəttişliyi Xidməti beynəlxalq müsabiqədə ali mükafata layiq görülüb

15:01
17 Dekabr

İcbari Tibbi Sığorta üzrə Agentliyin 2024-cü il üzrə fəaliyyətinin yekunları təqdim edilib

14:53
17 Dekabr

Milli Məclisin sədri Türkiyəyə rəsmi səfərə gedib

14:42
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!