30 İyul 2025 08:18
583
SİYASƏT
A- A+
Fransadan növbəti təxribat

Fransadan növbəti təxribat


"Milli Assambleyanın qətnamə layihəsi müstəmləkəçi ölkənin öz geosiyasi maraqlarını Ermənistan üzərindən həyata keçirmək cəhdidir" 


Fransanın Milli Assambleyasında irəli sürülən, Azərbaycan əleyhinə yönəldilmiş əsassız ittihamlarla dolu qətnamə layihəsi bu ölkənin Cənubi Qafqaz regionundakı qərəzli və düşmənçilik siyasətinin növbəti göstəricisidir. Bu sənəd Fransanın sadəcə ikitərəfli münasibətləri böhran səviyyəsinə çatdırmaqla kifayətlənmədiyini, həm də sülh və münasibətlərinin normallaşması ərəfəsində olan iki ölkənin daxili işinə qarışmaqla regional sülh və sabitliyə ciddi zərbə vurmaq niyyətini nümayiş etdirir.

Milli Məclisin deputatı  Pərvanə Vəliyeva "Azərbaycan" qəzetinə açıqlamasında bildirib ki, qətnamə layihəsi iyulun 22-də Fransa Milli Assambleyasındakı "Sağ Respublikaçılar" qrupunun rəhbəri və Fransa-Ermənistan dostluq qrupunun sədri Loran Vokye, habelə həmin dostluq qrupunun sədr müavini Aleksandr Marten tərəfindən irəli sürülüb: "Qətnamədə Fransanın - Ermənistanın dostu, BMT Təhlükəsizlik Şurasının daimi üzvü və Avropa Qonşuluq Siyasətinin həyata keçirilməsində əsas oyunçu kimi tarixi və siyasi rola malik olduğu vurğulanır. Qətnamə sülhün təmin olunmasına yönəlmiş Ermənistanın səylərinə dəstək verilməli olduğunu qeyd edir və Fransa ilə Ermənistan arasında insan hüquqları, təhlükəsizlik, inkişaf və demokratiyaya əsaslanan strateji tərəfdaşlığı haqqında anlaşmanın imzalanmasına çağırış edir. Lakin burada "dəstək" və "sülh səyləri" pərdəsi altında Azərbaycan əleyhinə bir sıra qərəzli və təxribatçı müddəalar yer alır. Qətnamədə "Dağlıq Qarabağ respublikası" və "Artsax" kimi qondarma adlara yer verilir, bu torpaqlardan köçmüş erməni əhalisinin vəziyyəti ilə əlaqədar narahatlıqların olduğu qeyd edilir. Daha da irəli gedərək, Azərbaycan tərəfindən saxlanılan "siyasi məhbuslar olan erməni hərbi, siyasi və mülki şəxslər"in məhkəməsinin "qondarma" olduğu iddia edilir və onların dərhal azad olunması tələbi irəli sürülür. Bu ittihamlar tamamilə əsassızdır və beynəlxalq hüquq normalarına ziddir. Azərbaycan Vətən müharibəsi zamanı əsir götürdüyü erməniəsilli hərbçilərə münasibətdə humanizm nümayiş etdirərək onların hamısını azad edib. İstinad edilən şəxslər isə müharibədən 3 il sonra, fərqli qanun pozuntuları, habelə terrorçuluğu maliyyələşdirmə, dövlət sərhədini qanunsuz keçmə, həmçinin müharibə və insanlıq əleyhinə cinayətlərdə və s. ittiham olunaraq saxlanılıblar", - deyə P.Vəliyeva bildirib. 

Deputat qeyd edib ki, 30 il əvvəl Qarabağ və Şərqi Zəngəzurda yaşayan azərbaycanlılara amansız işğəncələr verərək, insanlıq adına bütün vəhşilikləri törədərək yüz  minlərlə soydaşımızı öz evindən, yurdundan didərgin salan, həmçinin etdikləri qanunazidd əməlləri, o cümlədən Azərbaycanın şəhərlərini raketlərlə atəşə tutaraq mülki əhalini qətlə yetirmələrini öz ifadələri ilə etiraf edənlər hərbi əsir hesab edilə bilməzlər. "Azərbaycanın öz ərazisindəki qanuni məhkəmə proseslərini "qondarma" adlandırmaq müstəqil bir dövlətin suverenliyinə açıq müdaxilədir. Qətnamədə Azərbaycanın əleyhinə yönəlik 7 bənddən ibarət tələblər irəli sürülür. Burada Azərbaycanla davam edən danışıqlar çərçivəsində Ermənistanın sülh səylərinə tam dəstək verilməsi və Avropa İttifaqının vasitəçilik rolunu qorumaq və gücləndirmək tələbi, Azərbaycanın Ermənistanın mövcudluğunu inkar etdiyi, bunun Azərbaycanın "Artsax"da və digər nəzarət etdiyi bütün ərazilərdə erməni əhalisini məhv etmək siyasətinin davamı olduğu, eləcə də ölkəmizin dini, mədəni və tarixi irsi məhv etdiyi kimi absurd iddialar irəli sürülür. Bu iddialar Fransanın işğal siyasətinə verdiyi dəstəyin göstəricisidir. Mədəni irsin qorunmasından dəm vuran Fransa öz ərazisində qoyulan və qadın azadlığının rəmzi sayılan Natəvanın heykəlinin təhqir olunmasının qarşısını almayıb", - deyə deputat bildirib.  

P.Vəliyeva vurğulayıb ki, son illər Fransanın siyasi dairələrinin, o cümlədən parlamentinin birbaşa Yelisey sarayından alınmış təlimatlar əsasında Azərbaycan əleyhinə fəaliyyəti səngimək bilmir. Loran Vokye 2023-cü ildə "Qarabağın blokadaya alınmasını" əsas gətirərək erməni sakinlərinə yardım edilməsinə çağırış edən kollektiv müraciətin təşəbbüskarlarından biri olmuş, qondarma rejimin "xarici işlər naziri" Sergey Kazaryanla görüşüb. Hətta Bakıda COP29-un keçirilməsinə qarşı kollektiv müraciətə də imza ataraq,  anti-Azərbaycan fəaliyyətinə görə Fransanın erməni icması tərəfindən "Cəsarət" medalı ilə təltif olunub. "L.Vokye kimi Azərbaycan əleyhinə "humanitar şou" və digər təlimatların icraçıları qismində Fransanın İl-dö-Frans regionunun prezidenti Valeri Pekressi və Paris şəhərinin meri An İdalqonu da vurğulamaq olar. V.Pekress Azərbaycanın işğal altında olan ərazilərinə səfər edib, A.İdalqo isə 2023-cü ildə qondarma rejim üçün "humanitar konvoyu" keçirtməyə çalışıb və Qarabağdan çıxanlara fəxri vətəndaşlıq verib. Parisin mərkəzində "Artsax respublikası"nın nümayəndəliyi bu gün də fəaliyyət göstərir", - deyə siyasətçi əlavə edib.

Deputatın sözlərinə görə, Fransa mətbuatında ölkəmizə qarşı aparılan qarayaxma kampaniyası çərçivəsində istifadə edilən tezislərin Milli Assambleyada irəli sürülmüş qətnamədə öz əksini tapması bu "orkestr"in arxasında Emmanuel Makron Administrasiyasının durmasının daha bir göstəricisidir: "Fransada media azadlığı sadəcə sözdən ibarətdir. Prezident E.Makron Azərbaycanın Vətən müharibəsindəki qələbəsini qəbul edə bilmir və ölkəmizə qarşı düşmənçilik siyasətində onun şəxsiyyətinin xüsusiyyətləri xüsusi rol oynayır. Makrona görə, Ermənistanın işğal siyasəti davam etməli idi, çünki bu, onun sələfləri tərəfindən uğurla dəstəklənirdi".

P.Vəliyeva qeyd edib ki, bu gün Afrikadakı keçmiş müstəmləkələrindən qovulan Fransa beynəlxalq aləmdə uğur hekayəsini "erməni kartı" ilə qazanmağa çalışır: "Rəsmi Paris Ermənistana silah ixrac etməklə və erməni revanşistlərini həvəsləndirməklə Qafqazda mövcud olan həssas və kövrək sülhə təhdid yaratmağa çalışır. Ermənistanı Fransanın vassalı kimi görmək arzusunda olan Makron Cənubi Qafqaz regionuna qayıtmaq, Azərbaycan və Ermənistan arasında gedən danışıqlar prosesində iştirak etmək üçün cəhdlər göstərir. Lakin Prezident İlham Əliyevin rəhbərliyi altında Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın yürütdüyü müstəqil siyasət nəticəsində Fransa bütün proseslərdən kənarda qalıb. Həmçinin Əbu-Dabidəki görüşün Fransanın iştirakı olmadan keçirilməsi E.Makronu qıcıqlandırır".

Deputat onu da bildirib ki, 121 ölkəni birləşdirən Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində XXI əsrdə davam edən müstəmləkəçilik və onun yeni təzahürlərinin aradan qaldırılmasını əsas xarici siyasət istiqamətlərindən biri kimi müəyyənləşdirən Azərbaycan müstəmləkə altında olan xalqlara bu dəstəyini davam etdirəcək: "Fransanın müstəmləkə cinayətlərinin ifşa edilməsi və ona qarşı mübarizədə Bakı Təşəbbüs Qrupunun yaradılması rəsmi Parisi ilk gündən ciddi narahat edib. Nəticədə dünyada ən güclü müstəmləkəçi ölkə kimi tanınan Fransa geri çəkilməyə məcbur olub, bir çox nüfuz dairələrində zəifləyib, yerli xalqlar üzərində öz imicini və gücünü itirib. Fransanın müstəmləkə altında saxladığı ölkələrin xalqları Azərbaycanı dekolonizasiya prosesinin mərkəzi kimi qəbul edirlər. Azərbaycan isə işğal altında olan dənizaşırı ərazilərin müstəqillik uğrunda mübarizəsini bundan sonra da dəstəkləməkdə qərarlıdır. 

İyulun 19-da Prezident İlham Əliyev Xankəndidə III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü zamanı Yeni Kaledoniya dövlətinin yaradılmasını bir başlanğıc olaraq qiymətləndirib. Bunlardan qıcıqlanan E.Makron Azərbaycana qarşı "qətnamə oyunu"na start vermək qərarı verib. Fransa regionumuzda militarizasiya siyasəti həyata keçirir, Ermənistanı müasir hücum təyinatlı silahlarla təmin edir. Fransa hesab edir ki, regionda qalmasının tək yolu Ermənistanın daxilinə daha dərindən inteqrasiya etməsidir. Nəticə etibarilə Fransa Milli Assambleyasının qətnamə layihəsi beynəlxalq hüquqa, ədalətə və regional sabitliyə hörmətsizliyin nümunəsidir. Bu qətnamə Fransanın öz geosiyasi maraqlarını Ermənistan üzərindən həyata keçirmək cəhdidir. Azərbaycan isə öz müstəqil siyasətini davam etdirəcək və heç bir xarici təzyiqə boyun əyməyəcək. Prezident İlham Əliyev bütün cəbhələrdə fransalı həmkarını açıq-aşkar üstələməyə nail olub. Bu həm Vətən müharibəsindəki zəfərdə, həm də dekolonizasiya məsələsində özünü göstərir".

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib VİDEO  

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

Fövqəladə Hallar Nazirliyinin yaranmasının 20 illiyi qeyd olunub

18:01
16 Dekabr

Regionun iqtisadi cəhətdən ən güclü dövləti olan Azərbaycan ABŞ-ın mühüm strateji tərəfdaşıdır - MÜSAHİBƏ 

17:59
16 Dekabr

Anton Leppik: AHİK təhlükəsiz əmək şəraitinin yaradılması istiqamətində daim ön sıralarda olub

17:47
16 Dekabr

Kənd Təsərrüfatı Nazirliyində İctimai Şuranın yeni seçilmiş üzvləri ilə görüş keçirilib  

17:29
16 Dekabr

Prezident Ərdoğan: Türkiyə 2026-cı ilin əvvəlindən Cənubi Qafqazla bağlı simvolik addımlar atacaq  

17:26
16 Dekabr

Biləsuvarda "44 Gün - Tarixi Zəfər" kitabının III və IV cildlərinin təqdimatı keçirilib  

17:18
16 Dekabr

Preventiv restrukturizasiya kreditorların itkilərini əhəmiyyətli dərəcədə azaldır 

17:11
16 Dekabr

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayı keçirilib YENİLƏNİB

17:07
16 Dekabr

Ukraynalı ekspert: Sülh planı ABŞ-ın daxili qanunvericiliyinin prinsiplərini pozmamalıdır  

16:56
16 Dekabr

Nazir: Fövqəladə hallar zamanı ümumilikdə 29 minə yaxın zərərçəkmiş xilas edilib  

16:43
16 Dekabr

İraqın Dəclə çayı yox olmaq təhlükəsi ilə üz-üzədir  

16:39
16 Dekabr

Hindistanda zəncirvari avtomobil qəzasında 15 nəfər yanaraq ölüb  

16:27
16 Dekabr

Elektron siqaretlərin və onların komponentlərinin topdan və pərakəndə satışı, istifadəsi qadağan edilir  

16:17
16 Dekabr

Siqaret tüstüsü 12 saat havada qalır  

16:13
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!