03 Sentyabr 2025 13:03
631
DÜNYA
A- A+
Fransa potensial iğtişaşlarla üz-üzədir

Fransa potensial iğtişaşlarla üz-üzədir


Makron sentyabrda hakimiyyətini itirmək riski ilə üzləşir


 Sentyabrın 10-da, hökumətə qarşı planlaşdırılmış etimadsızlıq səsverməsindən iki gün sonra, radikal onlayn qruplar tərəfindən yayılan ümummilli boykot çağırışları əsas siyasi partiyaların dəstəyini qazanıb.

Kütləvi nümayişlərə və xidmətlərin tamamilə boykot edilməsinə dair çağırışlar, iyul ayında Baş nazir Fransua Bayru tərəfindən açıqlanan, iki dövlət bayramının ləğvi və sosial müavinətlərin və pensiyaların dondurulmasını nəzərdə tutan çox mübahisəli qənaət tədbirlərinə cavab olaraq səsləndirilir.

Bu, siyasi böhrana səbəb olub və Bayru hökumətinin gələn bazar ertəsi etimadsızlıq səsverməsi ilə devrilməsi ehtimalı var.

“Hər şeyi bağla” şüarı ilə keçirilən kampaniyanın təşəbbüskarları siyasətdən kənar olduqlarını və onların narazılıqlarının qanuni olaraq bir çox Fransa vətəndaşının şikayətlərini əks etdirdiyini iddia edirlər.

Hərəkat həmçinin Fransa Prezidenti Emmanuel Makronun vergi və təqaüd planlarının səbəb olduğu 2018-ci il “Sarı jiletlilər” etirazları ilə də müqayisə edilir. Ovaxtkı etirazların da məqsədi “ölkəni dayandırmaq” idi.

Sentyabrın 8-də Fransua Bayru parlamentdə etimad səsverməsi sınağından keçəcək. Uğursuzluq ehtimalı çox yüksəkdir: avqustun sonunda bir çox partiyalar (solçu “France Insoumise”, ifrat sağçı “Milli Birlik” və Sosialistlər) Bayruya dəstək verməyəcəklərini bəyan ediblər. Etibar qazanmaq üçün baş nazirə ən azı 288 səs lazımdır ki, bu da hazırda qeyri-real görünür.

Fransanın baş naziri etiraf edib ki, onun Nazirlər Kabinetinə etimad səsverməsi öncəsi siyasi partiyalarla kompromis əldə etmək cəhdləri uğursuzluğa düçar ola bilər. Bu, onun işini itirmək bahasına başa gələ bilər.

Maraqlıdır ki, Fransada sosial-iqtisadi gərginliyin artması fonunda Bayru özü etimad səsverməsinin keçirilməsini təklif edib. Onun müxalifətlə dialoqunda büdrəmə 2026-cı ilin büdcə planı olub. Bu plan kəsirin 2024-cü ildəki 5,8%-dən 4,6%-ə qədər kəskin şəkildə azaldılmasını nəzərdə tutur ki, bu da xərclərin əhəmiyyətli dərəcədə azaldılmasını, indeksasiyaların dondurulmasını və ola bilsin ki, yeni vergilərin tətbiqini tələb edir. Bayru xəzinəyə təxminən 44 milyard avro qənaət etmək niyyətindədir. Onun planının ən çox bəyənilməyən məqamlarından biri də 11 bayramdan 2-nin ixtisar edilməsi olub.

Baş nazir borcun "davamlı səviyyədə" saxlanılması üçün planını zəruri hesab edir, lakin parlament bunu həddən artıq sərt və sosial cəhətdən ədalətsiz adlandırır. Sentyabrın 10-u və 18-i üçün ölkədə kütləvi etiraz aksiyaları elan edilib. Bəzi siyasətçilər daha da irəli getməyə hazırdırlar. Məsələn, "Yenilməz Fransa" lideri Jan-Lük Melanşon sentyabrın 23-də Emmanuel Makronun prezidentlikdən uzaqlaşdırılması proseduruna başlayacağını açıqlayıb. 

Xatırladaq ki, hazırkı baş nazir Makronun hakimiyyəti dövründə artıq altıncıdır. Bayru istefa verərsə, prezident ya yenisini təyin etməli, ya da parlamenti buraxmalı olacaq.

Bayrunun sələfi Mişel Barnye də xərcləri azaltmağa çalışırdı, bu da ona postu bahasına başa gəldi. Nazirlər Kabinetinin bir ildən az müddətdə ikinci mümkün istefası ictimaiyyətdə icra hakimiyyətinə və şəxsən prezident Makrona inamsızlığı artırır. 

Bayrunun məğlubiyyəti 2026-cı il büdcə qanun layihəsini avtomatik bloklayır. Yeni kabinet adi qanunvericilik prosesindən sonra yenidən işlənmiş variantı təqdim edə bilər.

Hökumət etimad səsverməsini uduzarsa, Makronun nüfuzu daha da sarsılacaq. Lakin Makron özü dəfələrlə bildirib ki, üzləşməli olacağı siyasi böhranların sayından asılı olmayaraq 2027-ci ilə qədər işləyəcək. O, bir müddət Yelisey sarayında qala bilər, amma onun prezidentliyi dönməz şəkildə zəifləyəcək.

 Fransa aylarla küçə iğtişaşları və maliyyə sarsıntıları ilə üz-üzədir.

Rizvan CƏFƏROV,

“Azərbaycan”

.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Hörmüzdən keçən gəmilərin sayı münaqişənin başlanğıcından bəri ən aşağı göstəriciyə düşüb

17:11
25 Avqust

DSMF: Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib

17:09
25 Avqust

Strateji tərəfdaşlıq, müttəfiqlik və əbədi dostluq  

16:58
25 Avqust

Azərbaycanla Pakistan arasında hərbi əlaqələr barədə fikir mübadiləsi aparılıb

16:55
25 Avqust

Bəzi dağ çaylarından qısamüddətli sel keçəcək - XƏBƏRDARLIQ

16:52
25 Avqust

Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında “yaşıl” körpü olacaq  

16:51
25 Avqust

“Brent” neftinin qiyməti 90 dollardan aşağı enib

16:50
25 Avqust

Baş prokuror Şəkidə sakinlərin müraciətlərini dinləyib, yeni xidməti mənzillər istifadəyə verilib

16:47
25 Avqust

Azərbaycan-Özbəkistan iqtisadi əlaqələrində yeni hədəf – illik 1 milyard dollarlıq ticarət  

16:38
25 Avqust

Yemək vaxtı ömür uzunluğuna və ürək sağlamlığına necə təsir edir?  

16:20
25 Avqust

Avstraliyanın musiqi hit-paradında süni intellekt qadağası  

16:18
25 Avqust

“Amazon” şirkətinə süni intellektə görə məhkəmə iddiası qaldırılıb  

16:15
25 Avqust

Çində robot inqilabı sürətlə yayılır  

16:12
25 Avqust

ABŞ ölkəyə sığınmaq üçün müraciət edən 200 min əcnəbinin vizasını ləğv etməyə hazırlaşır  

16:09
25 Avqust

Laçında Azərbaycanla Ermənistan arasında elektrik enerjisinin idxalı və ixracı imkanları müzakirə edilib

15:08
25 Avqust

Son yeddi ayda 83 uşaq övladlığa verilib

15:07
25 Avqust

Günay Əfəndiyeva: Elm və təhsil sahəsində əməkdaşlıq Türk dünyasının inteqrasiya prosesinə mühüm töhfə verir

15:06
25 Avqust

Laçının yeni siması uğurlu bərpa siyasətinin göstəricisidir   

15:03
25 Avqust

Xalq artisti Tofiq Bakıxanov II Fəxri xiyabanda dəfn edilib

15:01
25 Avqust

Xocavənddə daha 43 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

14:56
25 Avqust

Yeddi ayda sığorta bazarı 7,3 faiz artıb

14:51
25 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!