Fransa paytaxtını genişmiqyaslı etiraz aksiyaları bürüyüb
Fransa paytaxtında iyul-avqust aylarında Parisdə keçirilməsi planlaşdırılan Olimpiada dövründə ağır iş şəraitinə görə etiraz aksiyaları keçirilib. Bununla əlaqədar təşkil olunan nümayişlərə minlərlə insan qoşulub. Belə ki, əməkdaşları məzuniyyətsiz, hətta bir neçə ay istirahət günləri olmadan ağır iş gözləyir. Və bütün bunlar layiqli maaş olmadan…
Parisdə müxtəlif peşə sahibləri öz hüquqlarını müdafiə etmək üçün fişənglər yandırıb, məşəl yürüşü təşkil ediblər. Həmkarlar ittifaqları səriştəsiz hökuməti olimpiada zamanı da tətil keçirəcəkləri ilə hədələyirlər. Çünki Fransa prezidenti vətəndaşların problemlərini bir kənara atıb. Qeyd edilir ki, Makronu indi daha çox beynəlxalq imici maraqlandırır. Lakin onun çoxdan korlanmış reputasiyası hər növbəti düşüncəsiz bəyanatı və hərəkəti ilə daha da pisləşir.
Emmanuel Makron 2024-cü ilin reytinq sorğularında acınacaqlı nəticələrlə üzləşib. Ekspertlərin fikrincə, bu, onu iflas dərəcəsinə gətirib çıxarır və Avropa Parlamentinə iyunda keçiriləcək seçkilərdə ifrat sağçıların qələbəsinə imkan yaradacaq.
Bir müddət əvvəl İspaniyanın "ABC" qəzeti xəbər vermişdi ki, fransızların 67-68 faizinin öz prezidentləri haqqında fikirləri "pis" və ya "çox pis"dir. Bu da onu bütün əsas sosial sektorlardan - qadınlardan, fəhlələrdən, fermerlərdən və ya orta sinifdən uzaqlaşdırır, onun liberal peşələr, kiçik və orta biznes, nüfuzlu biznesmenlər və pensiyaçılar arasında dəstəyini azaldır və hökumət böhranını sürətləndirir.
Son vaxtlar yerli mətbuat, radio və televiziya təmsilçiləri prezidentin böhrana və hökumət dəyişikliyinə səbəb olduğunu açıq şəkildə bildirirlər. Davam edən bir sıra böhranlarla qarşılaşan fransızların 70-80 faizi isə hesab edir ki, Fransada "işlər pis gedir" və "hər şey daha da pisləşə bilər".
Bu günlərdə Fransanın "Les Echos" qəzeti Elabe sosioloji xidmətinin sorğusuna istinadla məlumat yayıb ki, Makrona ictimai etimad 25 faizə düşüb. Bu da 2022-ci ildən bəri qeydə alınan ən aşağı səviyyədir.
Qəzet yazır ki, buna səbəb Makronun iqtisadiyyatdakı problemlər və Ukrayna ilə bağlı açıqlamalarıdır. Dövlət başçısından ən böyük məyusluğu qadınlar, kənd təsərrüfatı, səhiyyə, təhsil işçiləri və yaşlı nəslin nümayəndələri yaşayıb. Apreldə bu qrupdan olan respondentlərin yalnız 27 faizi dövlət başçısına etimadı saxlayıb, martda isə bu göstərici 36 faiz olub.
Rizvan CƏFƏROV,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
"Yeni Tərtər"in səsi 90 illik tarixdən gəlir
01 May
Azərbaycan COP29-a ev sahibi kimi körpülər yaradacaq
01 May
COP29 öz çağırışları ilə "yaşıl dünya"ya səs salacaq
01 May
Sülhə gedən yol...
01 May
ABŞ Azərbaycanın iradəsi ilə yaranan reallıqları qəbul edir
01 May
Qərb bir daha anladı ki, Azərbaycan güclü və etibarlı dövlətdir
01 May
İrəvan Bakının haqlı tələbləri ilə barışır
01 May
Almaniya Azərbaycanla əməkdaşlığa böyük önəm verir
01 May
Heydər Əliyev müstəqil Azərbaycanın təməl prinsiplərini formalaşdırıb
01 May
Zamana sığmayan liderin idarəçilik və varislik fəlsəfəsinin konseptual salnaməsi
01 May
DİQQƏT ÇƏKƏNLƏR
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
Möhkəm təmələ əsaslanan müttəfiqlik24 Aprel 2024
ÇOX OXUNANLAR
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
Azərbaycan və Rusiya prezidentlərinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir...22 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!