19 Aprel 2024 08:25
279
SİYASƏT
A- A+

Fransa özünü gülünc vəziyyətə salıb

 

 

"Fransanın öz səfirini geri çağırması  bu ölkənin Azərbaycana qarşı qərəzli münasibətini bir daha sübuta yetirir. Ermənistanın silahlanmasını həyata keçirən, bölgədə militarizmi təşviq edən Fransanın bu addımları regionda vəziyyəti gərginləşdirməyə xidmət edir.  Gün kimi aydındır ki, Paris revanşistləri təşviq edən bu hərəkətləri ilə Azərbaycanla Ermənistan arasında sülh prosesinin formalaşmasına mane olmağa çalışır".
Bu fikirləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib. Deputat qeyd edib ki, Fransa elə 25 ilə yaxın vasitəçilik etdiyi müddətdə də ölkəmizə qarşı davamlı riyakarlıq nümayiş etdirib, işğalçının müdafiəsinə qalxıb: "Lakin 2020-ci il Vətən müharibəsində və 2023-cü il antiterror tədbirlərində Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra Fransanın anti-Azərbaycan mövqeyi daha kəskin xarakter alıb. Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı yaydığı bəyanatda da qeyd olunduğu kimi, Fransanın BMT Təhlükəsizlik Şurasında, Avropa İttifaqı, Frankofoniya kimi təşkilatlarda və digər beynəlxalq platformalarda dəfələrlə Azərbaycan əleyhinə sənəd layihələrinin təşəbbüskarı olması bu ölkənin bitərəf vasitəçi iddialarının tamamilə əsassız olduğunu sübuta yetirib. Son vaxtlar Azərbaycanın Fransa müstəmləkəçiliyindən azad olmaq istəyən xalqlara dəstəyi, fransız casus şəbəkələrinin tərəfimizdən ifşa olunması bu ölkəni daha da aqressivləşdirib. Çünki Makron hakimiyyəti xüsusilə kiçik dövlətlərin onların sözü ilə oturub-durmasına öyrəşib".
Deputatın sözlərinə görə, səfirin geri çağırılması Fransanın Azərbaycanla münasibətləri korlamaq üçün atdığı addımlardan biridir: "Əzəldən münasibətlərin pozulmasına yönəlmiş bütün addımları atan Parisin indi "küskün" obraz yaratmaq cəhdləri gülüncdür. "Təhdid, təzyiq dili ilə danışmaq Fransaya heç nə qazandırmayacaq. Azərbaycan öz milli maraqlarının qorunması üçün bütün zəruri tədbirləri görəcəyini dəfələrlə bəyan edib. Riyakar və qərəzli dövlət və ya təsisatların Ermənistanı militarlaşdırmaq, revanşistləri həvəsləndirmək cəhdləri nəticə verməyəcək", - deyə Cavanşir Paşazadə vurğulayıb.

Nəzrin QAFARZADƏ,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video