02 May 2024 08:10
122
SİYASƏT
A- A+

Azərbaycan mədəniyyətlərarası dialoqa xüsusi önəm verir

 

"Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın müxtəlif mədəniyyətlərin inkişafına və mədəniyyətlərarasın körpünün yaradılmasına töhfəsini göstərir. "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna müxtəlif ölkələrdən olan dövlət, qeyri-dövlət, eləcə də müstəqil ekspertlər cəlb edilib. Bu da forumun əhəmiyyətini göstərən məqamlardan biridir".
Bu fikirləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Deputat bildirib ki, Azərbaycan mədəniyyətlər-arası və dinlərarası dialoqlara hər zaman dəstək verən ölkə kimi bu istiqamətlərdə konkret layihələr həyata keçirir: "Müxtəlif mədəniyyətlərin inkişafı ilə bağlı reallaşdırdığımız layihələr yalnız ölkə daxilində deyil, həm də xaricdə həyata keçirilir. Azərbaycan daim fərqli ölkələrdə təhsilə, mədəniyyətə xüsusi töhfələr verib. Bu istiqamətdə həm texniki, həm də digər formalarda dəstək nümayiş etdirib. Bu isə ondan xəbər verir ki, mədəniyyətlərarası dialoqun gücləndirilməsi və belə bir körpünün yaradılması ölkəmiz üçün çox vacibdir. Azərbaycan çox yaxşı başa düşür ki, sülh və əmin-amanlıq şəraitində yaşamaq üçün bu amillərə diqqət yetirmək lazımdır. Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan cəmiyyətində sülhün, sabitliyin, həmrəyliyin vacib amillərindən biri məhz mədəni müxtəliflik və qarşılıqlı hörmətlə bağlıdır".
Deputatın sözlərinə görə, Azərbaycan digər sahələrdə olduğu kimi, mədəniyyətlərin inkişafına verdiyi töhfələr baxımından da nümunəvi ölkə statusunu qoruyur. Forumun Bakıda keçirilməsi ilə ölkəmizin həm də bu istiqamətdəki rolunun, həyata keçirdiyi fəaliyyətinin dünyaya təqdimatına imkan verir. Regional və qlobal məsələlərin Bakıda müzakirəsi siyasi baxımdan da Azərbaycanın xeyrinədir. 
Vüqar Bayramov Prezidentin açılış mərasimindəki nitqinə də diqqət çəkib. Bildirib ki, dövlət başçısı Azərbaycanı əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan adlandırıb. Prezident çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik Azərbaycan cəmiyyətinin əsrlər boyu mühüm dəyərləri - tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlığı qoruduğunu bəyan edib. Verilən vacib mesajlar, dəyərli fikirlər 100-dən artıq ölkənin qatıldığı bu beynəlxalq forumun mühüm əhəmiyyət kəsb etdiyini təsdiqləyir".

Nəzrin QAFARZADƏ,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video