04 Fevral 2026 09:10
574
DÜNYA
A- A+
Fransa hökuməti aylarla davam edən müzakirələrdən sonra milli büdcəni qəbul edib

Fransa hökuməti aylarla davam edən müzakirələrdən sonra milli büdcəni qəbul edib


Bir gündə daha iki etimadsızlıq səsverməsindən sonra Sebastyan Lekornünün hökuməti 2026-cı ilin dövlət büdcəsinin qəbul olunmasını təmin edə bilib. Bu, Fransanın dövlət büdcə kəsirini ÜDM-in 5 faizindən aşağı salmağa kömək etməlidir.

Baş nazir Sebastyan Lekornü sosial mediada yazıb: "Nəhayət, Fransanın büdcəsi var - aydın qərarları və əsas prioritetləri əks etdirən bir büdcə, dövlət xərclərini məhdudlaşdıran, ev təsərrüfatları və müəssisələr üçün vergi artımlarını nəzərdə tutmayan bir büdcə".

"Bütün fraksiyaların düzəlişlərini əhatə edən parlament kompromisinin nəticəsi" olan büdcənin Fransanın dövlət büdcə kəsirini ümumi daxili məhsulun (ÜDM) 5,4 faizindən 5 faizdən aşağı salacağı gözlənilir. AFP-nin məlumatına görə, S. Lekornünun ilkin planlaşdırdığı qənaət tədbirləri əvvəlcə elan ediləndən daha az radikal olub. Bundan əlavə, müdafiə büdcəsi 6,7 milyard avro artırılaraq 57,1 milyard avroya çatdırılacaq.

Milli büdcənin qəbul edilməsindən əvvəl hökumətə qarşı daha iki etimadsızlıq səsverməsi keçirilib. Bu dəfə o, parlamentdəki solçu düşərgə tərəfindən Milli Assambleyaya təqdim edilib və tələb olunan 289 səs əvəzinə 260 səs toplayıb. Marin Le Penin ifrat sağçı "Milli Birlik" partiyasından daxil olan ikinci oxşar təklif isə cəmi 135 səs alıb. Ümumiyyətlə, son həftələrdə hökumət büdcənin müəyyən hissələri ilə bağlı artıq dörd etimadsızlıq səsverməsinə məruz qalıb. 

Hədəfinə çatsa belə, Fransa yenə də Aİ-nin 3 faizlik dövlət kəsiri hədəfindən xeyli geridə qalacaq. Bundan əlavə, AFP-nin qeyd etdiyi kimi, ölkənin dövlət borcu yeni büdcə ilə artmağa davam edəcək. Hökumət bunun 2025-ci ildə ÜDM-in təxminən 116 faizindən 2026-cı ildə təxminən 118 faizə yüksələcəyini gözləyir.

Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makron 10 oktyabr 2025-ci ildə Sebastyan Lekornünü hökumət başçısı vəzifəsinə yenidən təyin edib. 4 ay ərzində Parisdəki parlament üzvləri büdcə ilə bağlı kompromisə nail olmağa çalışıblar. S.Lekornü vəzifəyə başladıqdan sonra verdiyi sözün əksinə gedərək Fransa Konstitusiyasının 49.3-cü maddəsini tətbiq etməyə məcbur olub. Bu maddə hökumətin sonrakı etimadsızlıq səsverməsindən "sağ çıxacağı" halda qanunvericiliyin qəbul edilməsinə imkan verir.

İki ildən az müddətdə Prezident E.Makron dörd baş nazirə büdcə kəsirini azaltmaq və dövlət maliyyəsini tarazlaşdırmaq vəzifəsini tapşırıb. Hazırda Avropa İttifaqında Yunanıstan və İtaliyadan sonra üçüncü ən böyük dövlət borcu olan ölkə Fransadır.


Rizvan CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa çempionatı: Azərbaycan minifutbol millisinin rəqibləri bəlli olub

22:23
27 Fevral

Gəncənin Baş planı Nazirlər Kabinetinə təqdim edilib, Xocalının planı üzrə razılaşdırma davam edir  

20:51
27 Fevral

Efiopiyanın Baş naziri “AI Academy” ilə tanış olub  

20:41
27 Fevral

Vaşinqtonda Xocalı soyqırımının qurbanları anılıb  

20:29
27 Fevral

Premyer Liqa: “Zirə” “Araz-Naxçıvan”a qalib gəlib

20:14
27 Fevral

Şamaxıda yenidən zəlzələ olub

20:03
27 Fevral

MM-in komitə sədri: Azərbaycanda tibbi turizmin inkişafı üçün geniş imkanlar var  

19:57
27 Fevral

Gürcü nazir: Azərbaycandan Gürcüstana ümumi investisiyalar 3,1 milyard dolları keçib  

19:42
27 Fevral

Prezident Administrasiyasının rəhbəri COP32-nin Prezidenti ilə görüşüb  

19:41
27 Fevral

Azərbaycan və Türkmənistan arasında əməkdaşlıq məsələləri müzakirə olunub  

19:29
27 Fevral

ABŞ-nin müvəqqəti işlər vəkil: Azərbaycanla iqtisadi əməkdaşlığın günü-gündən inkişaf etməsindən çox məmnunuq  

19:16
27 Fevral

Finlandiyada Xocalı həftəsi

18:59
27 Fevral

Xocavəndə Böyük Qayıdış: 1485 nəfər doğma yurduna qovuşub

18:35
27 Fevral

Parisdə Xocalı soyqırımı ilə bağlı məlumatlandırıcı aksiya keçirilib

18:23
27 Fevral

Hüquq fakültəsi tələbələrinin fotolarını yaydığına görə saxlanılan şəxs barəsində cinayət işi başlanılıb

18:09
27 Fevral

Efiopiyanın Baş naziri Abiy Əhməd Əli Səngəçal neft terminalında olub  

17:46
27 Fevral

Azərbaycanın turizm potensialı Mərkəzi Asiya və Rusiyada təqdim edilib

17:35
27 Fevral

Zəlzələdən sonra ərazilərdə monitorinqlər aparılır – Şamaxı RİH-dən AÇIQLAMA 

17:28
27 Fevral

Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə Mentorluq proqramının yekunlarına dair görüş keçirib  

17:23
27 Fevral

İqtisadi Şuranın növbəti iclası keçirilib

17:21
27 Fevral

Efiopiyanın Baş naziri “ASAN xidmət”də

17:20
27 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!