14 Yanvar 2025 08:35
204
SİYASƏT
A- A+
Fransa-Əlcəzair münasibətləri daha da gərginləşib

Fransa-Əlcəzair münasibətləri daha da gərginləşib


XVII əsrdən Fransanın Əlcəzairdə başlatdığı zülm, zillət hələ də nə bitir, nə tükənir. Tarixi məlumatlara görə, Fransa Əlcəzairdə XVII əsrdən XIX əsrin 30-cu illərinədək 4 milyon nəfərdən çox, 1890-cı ildə isə 2 milyon 500 min insanı qətlə yetirib. Fransızlar bu ölkədə yerli sakinləri ərəb kimliyindən və islamdan imtina edərək Fransa təbəəliyini güc yolu ilə qəbul etdirməyə çalışıblar. 

XIX əsrdə başlayan qətllər İkinci Dünya müharibəsi başa çatandan sonra da davam etdirilib. Fransa KİV-in yazdığına görə, 1945-ci ildə Fransa qoşunları Əlcəzairin Setif və Guelma qəsəbələrində 45 mindən çox günahsız insanı qanına qəltan edib. Qanlı "keçmişi"ni unutmaq üçün rəsmi Paris son üç əsrdə törətdiyi soyqırımları ilə bağlı arxiv sənədlərini məhv etsə də, 140 il ərzində öz azadlığı uğrunda mübarizə aparan əlcəzairlilərin qətli faktını gizlətmək mümkün olmayıb. Tarixi mənbələrə əsasən, dünyanın müxtəlif ölkələrindən Fransaya gətirilən təxminən 18 min insanın kəllə sümüyü laboratoriyalarda analiz edilib. İdentifikasiyası aparılan 500 kəllə sümüyündən 36-sı XIX əsrdə Fransanın Əlcəzairdə törətdiyi soyqırımın qurbanlarına aid olduğu təsdiq edilib.

Başqa bir fakt. 1966-1996-cı illərdə Fransa Əlcəzairdə 210 dəfə nüvə sınağı həyata keçirib. Əlcəzair hökumətinin məlumatına əsasən, nüvə sınaqları zamanı 18 min hərbçi və mülki şəxsə ziyan dəyib. Nüvə sınaqlarından zərərçəkənlərin əksəriyyəti sonrakı bir neçə il ərzində həyatlarını itiriblər. 2010-cu ildə Fransada nüvə sınaqları qurbanlarına təzminatın ödənilməsi barədə qanun qəbul edilsə də, rəsmi Paris yalnız 20 nəfərə kompensasiya verib.

Fransanın Əlcəzairdə törətdiyi insanlığa sığmayan qatı cinayətlər əlcəzairliləri yalnız fiziki cəhətdən məhv etməklə yekunlaşmayıb. Dünya mətbuatının yazdığına görə, Fransanın müstəmləkə administrasiyası Əlcəzairin ərəb əhalisini assimilyasiya etmək və Afrika ölkəsinin yerli sakinlərini tarixi köklərindən mümkün qədər uzaqlaşdırmaq, cəmiyyəti maksimum şəkildə parçalamaq və əsarətdə saxlamaq, eləcə də əlcəzairliləri təhqiramiz soyadlarla alçaltmaq məqsədilə müvafiq qanun da qəbul etmişdi. Bu qanuna əsasən, ərəblərə heyvanların və ya insanın bədən hissələrinin adları verilirdi və ya onlar ərəb dilindəki təhqiramiz sözlərlə adlandırılırdı. 1882-ci ildən bəri Əlcəzairdə bütün adlar iki sözə endirilib, hərçənd ki, ərəbcə adlar dörd və daha çox komponentdən ibarət olub. Adların ərəb dilindən fransız dilinə transkripsiyası da ciddi təhriflərlə müşayiət olunduğuna görə, Əlcəzair soyadları heç bir məna daşımırdı. Bu səbədən də hər il orta hesabla 600 Əlcəzair vətəndaşı Fransa müstəmləkəçiliyindən miras qalan soyadlarının dəyişdirilməsi xahişi ilə dövlət qurumlarına müraciət edib soyadını dəyişdirir.

Fransa prezidenti Emmanuel Makronun 75 yaşlı yazıçı Buəlam Sansalın həbs edilməsinə dair bəyanatı onsuz da gərgin olan Əlcəzair-Fransa münasibətlərini bir qədər də gərginləşdirib. Əlcəzairin Xarici İşlər Nazirliyi Makronun Buəlam Sansalın həbs olunması ilə bağlı bəyanatını kəskin şəkildə qınayıb və bunu Əlcəzairin daxili işlərinə qəbuledilməz müdaxilə kimi qiymətləndirib. Əlcəzairin Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunur ki, Əlcəzair Makronun verdiyi bəyanatları böyük təəccüblə izləyib. Bu bəyanatlar, ilk növbədə, belə məsuliyyətsiz və qeyri-ciddi şəkildə fikir söyləməyi münasib bilən şəxsin özünə zərər yetirir. Nazirlik əlavə edib: "Bu cür bəyanatları yalnız qınamaq, rədd etmək və pisləmək olar, çünki bunlar Əlcəzairin daxili işlərinə açıq və qəbuledilməz bir müdaxilədir". Vurğulanıb ki, Fransa prezidentinin söz azadlığı adı altında böhtan və yalan söylədiyi məsələ, əslində, ölkənin ərazi bütövlüyünü pozmaqla bağlıdır və bu, Əlcəzair qanunlarına görə cəzalandırılmalı cinayətdir. Sansal Bumidin Hava Limanından Əlcəzairə daxil olarkən həbs edilib və dekabrın ortalarından bəri müalicə bölməsində saxlanılır. O, dövlət təhlükəsizliyini təhdid etməkdə ittiham olunur. 

Mətbuata verdiyi müsahibədə Fransa-Əlcəzair münasibətlərindən bəhs edən Fransanın daxili işlər naziri Bruno Retayo qeyd edib ki, "Biz Əlcəzair məsələsində son dərəcə narahatedici həddə çatmışıq. Əlcəzairlə bağlı əlimizdə olan bütün vasitələri araşdırmalıyıq". Fransalı nazir əlcəzairlilərə verilən vizaların sayının, eləcə də Əlcəzairə maliyyə yardımının azaldılmasının mümkün olduğunu da vurğulayıb. 

Xatırladaq ki, Fransanın cənubunda Monpelyedə yaşayış icazəsi əsasında yaşayan bloqçu yanvarın 4-də "Tik-Tok" sosial şəbəkəsində Fransa ərazisində zorakı hərəkətlərə çağırışlar etdiyi üçün həbs edilib. O, Fransadan deportasiya edilsə də, Əlcəzair onu qəbul etməyib, geri göndərib. Bloqçu qayıtdıqdan sonra Sena və Marna departamentində müvəqqəti saxlama mərkəzinə yerləşdirilib. Bloqçu videonu çəkərkən dərman vasitəsinin təsiri altında olduğunu qeyd edib. Əlcəzairin deportasiya edilmiş bloqçunu qəbul etməməsini Bruno Retayo Əlcəzair "Parisi alçaltmaq istəyir" kimi qiymətləndirib.

Fransanın daxili işlər naziri bu açıqlaması ilə əslində rəsmi Parisin düşdüyü durumu etiraf edib. Makronun yarıtmaz siyasəti Fransanı elə bir vəziyyətə gətirib ki, 250 ildən artıq qan gölündə boğduqları Əlcəzair də bu gün özünü dünyanın "supergücü" hesab edən dövləti alçalda bilir.


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında diplomatik, xidməti və rəsmi pasport sahiblərinin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

01:58
15 Yanvar

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 14 may tarixli 147 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xüsusi hərbi ixtisaslar üzrə vətəndaşların hazırlığını keçirən təhsil müəssisələrinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:57
15 Yanvar

Mərkəzi Seçki Komissiyasının 2025-ci il 8 yanvar tarixli iclas protokolunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

01:56
15 Yanvar

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

01:56
15 Yanvar

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 12 yanvar 2025-ci il tarixli 4 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

01:55
15 Yanvar

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 13 yanvar 2025-ci il tarixli 5 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

01:55
15 Yanvar

Rusiyalı məşqçi Bakıya gəlir  

23:23
14 Yanvar

"Mingəçevir" klubu ilə ASTA arasında tərəfdaşlıq müqaviləsi imzalanacaq  

23:22
14 Yanvar

Somalidə 20 DEAŞ terrorçusu öldürülüb

23:20
14 Yanvar

Pakistan ordusu 27 terrorçunu zərərsizləşdirib  

23:18
14 Yanvar

Suriyanın Latakiya vilayətində tərksilah əməliyyatı davam edir  

23:17
14 Yanvar

Tusk: Trampın Qrenlandiya ilə bağlı açıqlamaları narahatlıq doğurur

23:15
14 Yanvar

Suriyadakı yeni hökumətin yüksəksəviyyəli nümayəndə heyəti sabah Türkiyəyə səfər edəcək  

23:12
14 Yanvar

Elin Süleymanov britaniyalı nazirlə görüşüb

23:12
14 Yanvar

Türkiyənin ətraf mühit strukturları kömürdən imtinaya və bərpaolunan enerjidən istifadə etməyə çağırıb

20:52
14 Yanvar

İran: “Avroüçlük”lə Cenevrədə danışıqlar konstruktiv keçib

20:05
14 Yanvar

Milli Məclis Aparatının nümayəndə heyəti Ankarada səfərdədir

19:49
14 Yanvar

Yerli sahibkarlar və Türkiyənin regionları arasında biznes əlaqələrinin inkişafı müzakirə edilib  

19:47
14 Yanvar

Ağdam Sənaye Parkının rezidenti məhsul ixracına başlayıb  

19:45
14 Yanvar

Səudiyyə Ərəbistanı 4-cü Beynəlxalq Media Forumuna ev sahibliyi edəcək

19:44
14 Yanvar

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası yeni layihəyə start verib

18:56
14 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!