29 Sentyabr 2026 09:30
922
İDMAN
A- A+
"Formula-1" Azərbaycan Qran-prisinin qalibi Gorc Rassel oldu

"Formula-1" Azərbaycan Qran-prisinin qalibi Gorc Rassel oldu


Bakıda keçirilən "Formula-1" Azərbaycan Qran-prisi Bakı Şəhər Halqasında gərgin mübarizə getdi və bir çox maraqlı hadisələrlə yadda qaldı. 51 dövrəlik yarışın qalibi "Mercedes" pilotu Gorc Rassel olub. Britaniyalı sürücü startdan finişədək liderliyini qoruyaraq mövsümdə üçüncü qələbəsini qazandı. 

Rassel yarışa pole-pozişiyadan başlayıb və ilk dövrələrdən etibarən liderliyi əlində saxlayıb. Lakin iki dəfə təhlükəsizlik avtomobilinin (Safety Car) trasda görünməsi onun yaratdığı üstünlüyünə mane olub. Elə buna görə də son mərhələdə "Red Bull" pilotu Maks Ferstappen Rasselə ciddi təzyiq göstərib. 

Finiş xəttində Rassel ilə Ferstappen arasında cəmi 0,196 saniyə fərq olub. Beləliklə, Ferstappen ikinci, "Red Bull"un digər pilotu İsak Hadjar isə üçüncü yeri tutaraq komandasına ikiqat podium qazandırıb.


Rassel son dövrələrdə təzyiq altında olub


Yarışın ilk hissəsində Rassell rahat liderlik etsə də, iki Safety Car epizodu mübarizəni yenidən sıxlaşdırıb. Son restartdan sonra Ferstappen sürətlə Rasselə yaxınlaşıb.

"Mercedes"in məlumatına görə, Rassell son dövrələrdə avtomobilin idarə olunmasında əlavə təzyiqlə üzləşib və Boost sistemində problem yaşayıb. Buna baxmayaraq, o, Ferstappeni arxasında saxlamağı bacarıb. 

Rassel yarışdan sonra Bakıdakı həftəsonunu yüksək qiymətləndirərək son stintdə Ferstappenlə mübarizənin xüsusi gərgin keçdiyini bildirib. 


Ferstappen səkkizinci yerdən podiumun ikinci pilləsinə keçib


Maks Ferstappen yarışa yalnız səkkizinci yerdən başlayıb. Lakin buna baxmayaraq, "Red Bull" pilotu yarış ərzində ardıcıl ötmələrlə ön qrupla aradakı fərqi bağlayıb və sonda qələbə uğrunda Rasselə ciddi təzyiq göstərə bilib. 

"Red Bull" yarışdan əvvəl Ferstappenin mühərrikini dəyişib və komandanın məlumatına görə, dəyişiklik yarış tempinə müsbət təsir göstərib. Ferstappen xüsusilə son hissədə yumşaq təkərlərlə daha rəqabətli temp nümayiş etdirib. 


Hacar üçün uğurlu qayıdış


Podiumun üçüncü pilləsində İsak Hacar qərarlaşıb. "Red Bull" pilotu bu nəticə ilə komandasının ikiqat podiumuna töhfə verib.

Hacar üçün Bakı yarışı həm də fasilədən sonra "Formula-1"ə qayıdışı olub. O, yarışın sonunda üçüncü yeri qoruyaraq podiuma yüksəlib. 


"Ferrari" pilotları ilk altılıqda


Şarl Lekler yarışı dördüncü, Luis Hamilton isə altıncı yerdə başa vurub. "Mercedes"in digər pilotu Kimi Antonelli isə 16-cı start mövqeyindən beşinci yerə qədər yüksəlib.

Antonellinin nəticəsi xüsusilə diqqət çəkib: o, sıralanma turundakı çətinlikdən sonra yarış ərzində mövqelərini tədricən yaxşılaşdıraraq 10 xal qazanıb. 


"McLaren" üçün çətin gün


"McLaren" Azərbaycan Qran-prisində gözlədiyi nəticəni əldə edə bilməyib. Oskar Piastri yarışı 14-cü yerdə tamamlayıb, komanda yoldaşı Lando Norris isə finişə çata bilməyib.

Piastri yarışın əvvəlində ikinci yer uğrunda mübarizə aparıb və Ferstappeni arxasında saxlamağa çalışıb. Lakin Safety Cardan sonrakı restart zamanı birinci döngədə əyləcləmə səhvi edərək mövqelərini itirib. 

Norris isə 35-ci dövrədə yarışdan kənarda qalıb. Onun mübarizədən çıxması "Alpine" pilotları Franko Kolapinto və Piyer Qasli arasında baş verən insidentlə əlaqəli olub. 


Bakı yarışının çempionata təsiri


Azərbaycan Qran-prisində "Red Bull"un hər iki pilotunun podiuma çıxması komanda üçün əhəmiyyətli xal gətirib. Ferstappen və Hacar birlikdə 33 xal toplayıblar. "McLaren" isə Norrisin yarışdan çıxması və Piastrinin 14-cü olması səbəbindən bu yarışda xal qazana bilməyib.

2026-cı il Azərbaycan Qran-prisi "Formula-1"in Bakıdakı təqvimdə 10-cu ildönümünə təsadüf edib. Yarış həm iki Safety Car epizodu, həm çoxsaylı qəza, həm də son dövrələrdə Rassel-Ferstappen mübarizəsi ilə yadda qalıb.

Beləliklə, Bakı Şəhər Halqasında finiş xəttini birinci keçən Corc Rassel Azərbaycan Qran-prisinin qalibi olub. Maks Ferstappen 0,196 saniyə fərqlə ikinci, İsak Hacar isə üçüncü olub. Qeyd edə bilərik ki, Bakıdakı yarış "Formula-1" mövsümünün ən gərgin finişlərindən biri ilə başa çatıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nazir müavini: 2018-ci ildən bəri aktiv vergi ödəyicilərinin sayı iki dəfə artıb

12:54
11 Noyabr

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

12:51
11 Noyabr

Gələn il müdafiə və milli təhlükəsizlik xərcləri üçün 8,8 milyard manat ayrılacaq

12:51
11 Noyabr

Komitə: Azərbaycanda orta aylıq əməkhaqqı 8 faizə yaxın artıb

12:50
11 Noyabr

Yaşıl Enerji Dəhlizinə enerji təchizatçılarının və alıcılarının cəlbi nəzərdən keçirilib  

12:47
11 Noyabr

Sənaye sektorunda 58 milyard manatdan çox məhsul istehsal edilib

11:35
11 Noyabr

"ASAN xidmət"in tətbiqi ilə bağlı daha 3 memorandum imzalanıb

11:34
11 Noyabr

Azərbaycanın strateji valyuta ehtiyatları artıb

11:33
11 Noyabr

Azərbaycanın xarici dövlət borcu azalıb

11:31
11 Noyabr

Azərbaycanda ÜDM 1,7 faiz artıb

11:18
11 Noyabr

Rusiyanın Smolensk vilayətinə dron hücumları nəticəsində iki nəfər ölüb

11:18
11 Noyabr

Pirşağı-Novxanı-Xırdalan-M-4 avtomobil yolunun tikintisi ilə bağlı görülən işlər açıqlanıb  

11:17
11 Noyabr

“Azərbaycan Dəmir Yolları” tərəfindən daşınan yüklərin həcmi artıb

11:15
11 Noyabr

Dünya birjalarında qızıl və gümüş bahalaşıb

11:14
11 Noyabr

Azərbaycan nümayəndə heyəti Antalyada COP31-in rəsmi tədbirlərində iştirak edir

11:01
11 Noyabr

Birjalarda neft bahalaşıb

11:00
11 Noyabr

ABŞ Qida və Dərman Administrasiyası arıqlama iynələri ilə bağlı xəbərdarlıq edib  

10:44
11 Noyabr

Azərbaycan nefti 99 dollara satılır

10:02
11 Noyabr

İsrail Qəzzaya əlavə humanitar yardımın çatdırılmasına icazə verib

09:42
11 Noyabr

Almaniyada Çin dronlarının hərbi obyektlərdə istifadəsi qadağan edilib

09:32
11 Noyabr

“Bild”: Suriyalı qaçqınların Almaniyadan deportasiyası 3,5 il çəkə bilər

09:21
11 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!