14 May 2026 19:13
159
İQTİSADİYYAT
A- A+
“FINCA Azerbaijan” innovativ məhsula görə mükafat alıb

“FINCA Azerbaijan” innovativ məhsula görə mükafat alıb


1999-cu ildən fəaliyyət göstərən “FINCA Azerbaijan” ölkədə aparıcı maliyyə təşkilatlarından biridir və kənd təsərrüfatı sahəsində sahibkarlara dəstək göstərir. Bu günlər qurum  ölkədə aqrar sığorta təminatlı kredit məhsulu ilə innovativ yanaşmaya görə Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFO)  tərəfindən mükafata layiq görülüb. Mükafat AMFA-nın 18-ci İllik Təltif Şam Ziyafəti çərçivəsində təqdim olunub. Tədbirdə qeyd edilib ki, bu uğur FINCA komandasının peşəkar fəaliyyəti, müştərilərin etimadı və innovativ həllərə sadiqliyin nəticəsidir.

“FINCA Azerbaijan” ölkədə fəaliyyət göstərən BOKT-lar (Bank Olmayan Kredit Təşkilatı) arasında aqrar sığorta təminatlı kredit məhsulu təqdim edən ilk və yeganə təşkilatdır. Məhsul bitkiçilik və tərəvəzçilik fəaliyyəti ilə məşğul olan, həmçinin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçmiş fermerlər üçün nəzərdə tutulub.

AMFA-nın mükafatı məhsul çərçivəsində tətbiq olunan innovativ yanaşma və müştəriyönümlü həllərə görə verilib. Sürətli rəsmiləşdirmə prosesi və əlverişli ödəniş şərtləri fermerlərin maliyyə resurslarına çıxışını asanlaşdırır. “FINCA Azerbaijan” aqrar sığorta ilə inteqrasiya olunmuş kredit məhsulları vasitəsilə fermerlərin təbii fəlakətlərdən qorunmasına və əməyinin təhlükəsizliyinə dəstək olur. Məhsul Aqrar Sığorta Fondu (ASF) ilə əməkdaşlıq çərçivəsində əlavə təminat da təqdim edir.

Züleyxa ƏLİYEVA, 

“Azərbaycan


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın ilk ictimai bulud platforması “AZINCLOUD” istifadəyə verilib

19:36
14 May

Hantavirus COVID-19 qədər təhlükəli deyil  

19:33
14 May

Dünyada neft ehtiyatları azalır, qiymətlər isə artır

19:24
14 May

“FINCA Azerbaijan” innovativ məhsula görə mükafat alıb

19:13
14 May

Beyin hüceyrələri qorxulu xatirələrin silinməsinə necə kömək edir?

18:51
14 May

Pekində tarixi görüş

18:13
14 May

Sahibə Qafarova: Azərbaycanda qadın hüquqlarının təmin olunması dövlət siyasətinin prioritetlərindəndir  

18:11
14 May

Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracının daha da artırılması imkanları nəzərdən keçirilib  

18:11
14 May

Sabahdan WUF13 ilə bağlı çəkilmiş avtobus zolaqlarına daxil olan nəqliyyat vasitələri cərimələnəcək  

18:10
14 May

Adil Kərimli ICESCO ilə mədəni irs üzrə yeni əməkdaşlıq təşəbbüslərini açıqlayıb

18:09
14 May

Bakıda keçirilən Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyasına yekun vurulub YENİLƏNİB 2 

18:08
14 May

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

18:07
14 May

Azərbaycan BMT-Turizmin Avropa üzrə Regional Komissiyasının 72-ci iclasında təmsil olunub

18:03
14 May

"Bakı-Xankəndi" Azərbaycan beynəlxalq velosiped yarışı başa çatıb

17:58
14 May

İsveçin “Global Bar Magazine” nəşri Bakıda keçiriləcək WUF13 haqqında məqalə dərc edib

17:57
14 May

Kiberdələduzluq məqsədilə saxta “cərimə ödənişi” saytları yayılır – ETX-dən xəbərdarlıq

17:56
14 May

Mərkəzi Bank dayanıqlı maliyyə hesabatı açıqlayıb

17:54
14 May

"EFES - 2026” təlimi davam edir

17:53
14 May

Pakistanın Baş naziri Azərbaycanın ədliyyə nazirini qəbul edib

17:52
14 May

Mayın 15-i gündüzdən 18-i axşamadək bəzi yerlərdə hava fasilələrlə yağıntılı olacaq – XƏBƏRDARLIQ

17:51
14 May

Xətai rayon prokurorluğunda “Açıq Qapı” günü təşkil olunub

17:46
14 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!