14 May 2026 18:09
106
Mədəniyyət
A- A+
Adil Kərimli ICESCO ilə mədəni irs üzrə yeni əməkdaşlıq təşəbbüslərini açıqlayıb

Adil Kərimli ICESCO ilə mədəni irs üzrə yeni əməkdaşlıq təşəbbüslərini açıqlayıb


Mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyası Tatarıstan Respublikasının Kazan şəhərində keçirilən ICESCO Baş Konfransının 15-ci sessiyasında iştirak edir.

Nazirlikdən AZƏRTAC-a məlumat verilib ki, sessiyada çıxış edən Adil Kərimli yenidən ICESCO-nun baş direktoru vəzifəsinə seçilən Salim bin Məhəmməd əl-Malikə ölkəmiz adından təbriklərini çatdırıb, fəaliyyətində uğurlar arzulayıb. Bildirib ki, Prezident İlham Əliyev Azərbaycan-ICESCO əməkdaşlığını yüksək qiymətləndirir və təşkilatla əlaqələrin daha da dərinləşməsinə öz töhfəsini verir.

Azərbaycanın Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunması, Ağdamın "İmarət" Kompleksi və Şuşa Şəhər Dövlət Qoruğunun ötən il ICESCO-nun İslam Dünyasının İrs Siyahısına daxil edilməsi, həmçinin işğaldan azad olunmuş ərazilərimizə ICESCO tərəfindən həyata keçirilən beynəlxalq texniki missiyalar sıx əməkdaşlığın bariz nümunəsidir.

"Biz ICESCO-nun müvafiq sahədə təcrübəsinin İslam dünyasının digər münaqişələrdən təsirlənmiş ərazilərində tətbiq etməyin əhəmiyyətli olduğuna inanırıq. Münaqişə zamanı zərər görmüş maddi və qeyri-maddi mədəni irsin bərpası və bu istiqamətdə bir yol xəritəsi, hərtərəfli konsepsiya hazırlamaq üçün ICESCO və digər beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq edirik. ICESCO da daxil olmaqla beynəlxalq tərəfdaşlarımızla birlikdə bu mövzu ilə bağlı xüsusi sessiya keçirməyi və gələn həftə Bakıda təşkil olunacaq Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində bir təhlükəsizlik modeli təqdim etməyi planlaşdırırıq", - deyə nazir bildirib.

ICESCO-nun Bakıda Regional Ofisinin açılmasını Azərbaycanın regional tərəfdaşlar Özbəkistan, Tacikistan, Qazaxıstan və Qırğızıstanla daha sıx əlaqə qurmasına imkan verən çox vacib addım kimi dəyərləndirən Adil Kərimli qeyd edib ki, Regional Ofis İslam dünyası üçün strateji əhəmiyyətə malik bu bölgədə təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlığın gücləndirilməsi üçün işçi platforma rolunu oynayır.

Nazir çıxışında Heydər Əliyev Fondu və ICESCO-nun birgə təsis etdiyi “Natəvan Mədəni İrs Mükafatı” haqqında da söz açıb. Deyib ki, bu mükafat mədəni dialoq üçün möhkəm təməl və yeni imkanlar yaradır.

Adil Kərimli ICESCO-nun 2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə əsası qoyulan "Bakı Prosesi"nin əsas tərəfdaşlarından olduğunu bildirib, tədbir iştirakçılarını bu platforma çərçivəsində cari il oktyabrın 27-dən 29-dək Bakıda keçiriləcək VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Beyin hüceyrələri qorxulu xatirələrin silinməsinə necə kömək edir?

18:51
14 May

Pekində tarixi görüş

18:13
14 May

Sahibə Qafarova: Azərbaycanda qadın hüquqlarının təmin olunması dövlət siyasətinin prioritetlərindəndir  

18:11
14 May

Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracının daha da artırılması imkanları nəzərdən keçirilib  

18:11
14 May

Sabahdan WUF13 ilə bağlı çəkilmiş avtobus zolaqlarına daxil olan nəqliyyat vasitələri cərimələnəcək  

18:10
14 May

Adil Kərimli ICESCO ilə mədəni irs üzrə yeni əməkdaşlıq təşəbbüslərini açıqlayıb

18:09
14 May

Bakıda keçirilən Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyasına yekun vurulub YENİLƏNİB 2 

18:08
14 May

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

18:07
14 May

Azərbaycan BMT-Turizmin Avropa üzrə Regional Komissiyasının 72-ci iclasında təmsil olunub

18:03
14 May

"Bakı-Xankəndi" Azərbaycan beynəlxalq velosiped yarışı başa çatıb

17:58
14 May

İsveçin “Global Bar Magazine” nəşri Bakıda keçiriləcək WUF13 haqqında məqalə dərc edib

17:57
14 May

Kiberdələduzluq məqsədilə saxta “cərimə ödənişi” saytları yayılır – ETX-dən xəbərdarlıq

17:56
14 May

Mərkəzi Bank dayanıqlı maliyyə hesabatı açıqlayıb

17:54
14 May

"EFES - 2026” təlimi davam edir

17:53
14 May

Pakistanın Baş naziri Azərbaycanın ədliyyə nazirini qəbul edib

17:52
14 May

Mayın 15-i gündüzdən 18-i axşamadək bəzi yerlərdə hava fasilələrlə yağıntılı olacaq – XƏBƏRDARLIQ

17:51
14 May

Xətai rayon prokurorluğunda “Açıq Qapı” günü təşkil olunub

17:46
14 May

Almaniyadan xəbərdarlıq: Süni intellekt kibercinayətkarlığı artırır

17:39
14 May

Körfəz ölkələri minlərlə yük maşını ilə quru yoluna keçir

17:31
14 May

Cey Di Vens: Görüləcək işlərimiz çoxdur  

17:23
14 May

Avropa dron müdafiəsini gücləndirməyə çalışır

17:08
14 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!