28 Oktyabr 2025 08:10
476
İQTİSADİYYAT
A- A+
Fərqli region olsa da...

Fərqli region olsa da...


Azərbaycan və Qazaxıstan arasında iqtisadi əməkdaşlığın perspektivləri genişdir


Prezident İlham Əliyevin Qazaxıstan Respublikasına etdiyi son dövlət səfəri iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi baxımından mühüm tarixi mərhələ kimi qiymətləndirilə bilər. Dövlət başçılarının bəyanatları münasibətlərin artıq dostluq çərçivəsindən çıxaraq, qardaşlıq səviyyəsinə yüksəldiyini və bunun əsas dayağının iqtisadi-ticarət əlaqələri olduğunu bir daha təsdiqlədi. 

Bəyanatlar fonunda Azərbaycan ilə Qazaxıstan arasında son 20 il ərzində formalaşan və inkişaf edən iqtisadi əməkdaşlıq xüsusi vurğulanmalıdır. İki ölkə arasında iqtisadi əlaqələrin əsas istiqamətləri enerji, nəqliyyat-logistika, kənd təsərrüfatı, sənaye və investisiya sahələridir. Bu dövr ərzində Azərbaycanla Qazaxıstan arasında qarşılıqlı ticarət dövriyyəsində nəzərəçarpacaq artım müşahidə olunmuş, birgə layihələr və müqavilələr əməkdaşlığın praktik məzmununu daha da gücləndirmişdir. Faktlara müraciət edək. Son 6 ilin rəqəmləri göstərir ki, Azərbaycan ilə Qazaxıstan arasında ticarət əlaqələri həcminə və məzmununa görə tamamilə yeni mərhələyə qədəm qoyub. 2020-2025-ci illərdə iki ölkə arasındakı ticarət dövriyyəsi təxminən 3,8 dəfə artaraq iqtisadi əməkdaşlığın miqyasını və perspektivini aydın şəkildə göstərib. Təkcə 2025-ci ilin yanvar-avqust aylarında bu göstərici 547,6 milyon dollara çatıb ki, onun da 481,6 milyon dolları Qazaxıstandan Azərbaycana ixrac olunan malların payına düşüb.  66 milyon dollar  isə ixrac məhsullarını əhatə edir. Qazaxıstandan idxalda üç əsas məhsul qrupunun üstünlük təşkil etməsi ayrıca diqqət çəkir. Belə ki, qızıl (yarım emal formada) idxalın 54, buğda 25, xam neft və neft məhsulları isə 8 faizini təşkil edir. Bu rəqəmlər Qazaxıstanın Azərbaycan üçün önəmli bir enerji və xammal mənbəyi olduğunu təsdiqləyir.  

Azərbaycanın Qazaxıstana ixrac strukturunda isə tam fərqli bir dinamika müşahidə olunur. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri Vüsalə Cəfərovanın açıqlamasında bildirilir: "Azərbaycanın Qazaxıstana ixracında son illər sənaye və nəqliyyat sektoruna aid məhsulların payı artır. 2025-ci ilin 8 ayının göstəricilərinə görə, minik avtomobilləri ümumi ixracda təxminən 35, neft-qaz sənayesi üçün borular və avadanlıqlar 17, dizel mühərrikli avtomobillər 10 faiz təşkil edib. Bu ixrac strukturu Azərbaycanın Qazaxıstan bazarında re-eksport və sənaye təchizatçısı kimi rolunun möhkəmləndiyini göstərir".

Bu gün Azərbaycanla Qazaxıstan arasında ikitərəfli biznes əlaqələri sürətlə genişlənməkdədir. Hazırda Qazaxıstanda 1500-ə yaxın Azərbaycan kapitallı şirkət, Azərbaycanda isə təxminən 150 Qazaxıstan müəssisəsi fəaliyyət göstərir. V.Cəfərovanın fikrincə, bu göstəricilər yalnız rəqəm deyil, iki ölkə sahibkarları arasında artan etimadın və iqtisadi tərəfdaşlığın real ifadəsidir. Sərmayə axınlarına nəzər saldıqda isə əməkdaşlığın daha çox dərinləşdiyini görmək olur. 2005-2025-ci illər ərzində Azərbaycan tərəfindən Qazaxıstana 424,6 milyon, dost ölkədən Azərbaycana isə 156 milyon dollar həcmində sərmayə qoyulub. Bu rəqəmlər ikitərəfli iqtisadi münasibətlərin qarşılıqlı maraq əsasında qurulduğunu və real kapitalla dəstəkləndiyini sübut edir.

Məhz bu səbəbdəndir ki, Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri çərçivəsində iqtisadi əməkdaşlığın şaxələndirilməsi, eləcə də qarşılıqlı investisiya imkanlarının genişləndirilməsi liderlərin gündəliyində xüsusi yer tuturdu. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin "iqtisadi-ticari əməkdaşlığın inkişafı bizim üçün təxirəsalınmaz və çox mühüm vəzifədir" fikri iki ölkənin iqtisadi münasibətlərinə verdiyi yüksək önəmi göstərir. Bu həm də tərəflərin qarşılıqlı  olaraq ticarətin genişləndirilməsinə, yeni investisiya imkanlarının yaradılmasına ciddi yanaşmalarını əks etdirir. İlham Əliyevin "bütün istiqamətlər üzrə qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsini hədəfləyirik" bəyanatı  isə iqtisadi sahədə əməkdaşlığın yalnız ticarətlə məhdudlaşmadığını, həm də sənaye, enerji, nəqliyyat və digər strateji sahələrdə inteqrasiyanın gücləndirilməsinə yönəldiyini göstərir. Bu yanaşma ticarət dövriyyəsindəki davamlı artımın arxasında dayanan siyasi iradənin və strateji düşüncənin təsdiqidir. 

Səfər zamanı prezidentlərin iştirakı ilə "Orta dəhlizin inkişafı" - Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə birgə layihənin təqdimatı keçirilib. Bildirilib ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanında Qazaxıstan limanları ilə daşınmalar ümumi yük dövriyyəsinin təxminən 35 faizini təşkil edir. 2024-cü ildə bu göstərici 2,6 milyon ton olub. 2025-ci ilin 9 ayında isə 2,1 milyon ton həcmində yük daşınıb. Son illər Azərbaycan - Qazaxıstan nəqliyyat və enerji əməkdaşlığı nəticəsində Orta dəhliz üzrə yüklərin həcmi rekord templə artıb. Xüsusən konteyner daşımaları təxminən iki dəfə artaraq 40200 TEU səviyyəsinə çatıb. Yük dövriyyəsi isə 2020-ci ildəki 0,8 milyon tondan 2024-cü ildə 4,5 milyon tona yüksəlib. 2025-ci il üçün hədəf 5,2 milyon ton və 70 min TEU olaraq müəyyən edilib.

Tədbirlə bağlı fikirlərini açıqlayan Prezident İlham Əliyev Zəngəzur dəhlizinə (TRIPP)  də toxunub: "Zəngəzur dəhlizi layihəsi böyük potensiala malikdir. Azərbaycan ərazisində avtomobil və dəmir yolu əlaqəsi üzrə bütün işlər gələn ilin ortalarında başa çatdırılacaq. Ümid edirik ki, digər ölkələrin ərazisində də bütün bunlar analoji sürətlə həyata keçiriləcək və belə olan halda Zəngəzur dəhlizinin açılışı 2028-ci ilin sonuna qədər baş verə bilər". Dövlət başçısının  bu fikirləri ona dəlalət edir ki, Zəngəzur dəhlizinin (TRIPP) reallaşması regional inteqrasiyanı bir qədər də dərinləşdirəcək, ticarət və logistika imkanlarını genişləndirəcək. Bu layihənin tamamlanması ilə həm Azərbaycan, həm də Qazaxıstan üçün yeni iqtisadi perspektivlər açılacaq, regional əməkdaşlıq daha da möhkəmlənəcək. 

Bütün bu faktlar göstərir ki, son 20 ildə Azərbaycan və Qazaxıstan arasında iqtisadi əməkdaşlıq təkcə rəqəmlərlə məhdudlaşmayıb. Həm ikitərəfli, həm də regional layihələr çərçivəsində bu əməkdaşlıq daha geniş miqyas alıb. Bu fonda gələcək illərdə ticarət, nəqliyyat və investisiya sahələrində qarşılıqlı fəaliyyətin daha da dərinləşəcəyi şübhəsizdir. Deməli, iki ölkə arasında strateji tərəfdaşlığın davamlı və uzunmüddətli xarakter daşıyacağı qaçılmazdır.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!