FAO COP29-un yüksək səviyyədə keçməsi üçün Azərbaycana dəstək verməyə hazır olduğunu bildirib
Ölkəmizin sıx əməkdaşlıq etdiyi beynəlxalq qurumlardan biri də BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatıdır (FAO). Azərbaycan bu təşkilata 1995-ci ildə üzv olub.
Həmin tarixdən ölkəmizdə FAO milli, regional və qlobal layihələr həyata keçirir. İcra edilən layihələrin əsas məqsədi kənd təsərrüfatının inkişafı, ərzaq təhlükəsizliyinin gücləndirilməsi, potensialın artırılması, resursların idarə edilməsi, həmçinin heyvan və bitki xəstəliklərinə qarşı mübarizə, təchizat və texniki yardımların göstərilməsidir.
Bu təşkilatın rəhbərliyi dəfələrlə Azərbaycanla əməkdaşlıqdan məmnun olduğunu bildirmiş, ölkəmizi etibarlı tərəfdaş kimi yüksək qiymətləndirərək üzərinə götürdüyü öhdəlikləri layiqincə yerinə yetirdiyini vurğulamışdır. O üzdən Azərbaycanla beynəlxalq təşkilat arasında olan əlaqələr ildən-ilə genişlənərək daha çox sahələri əhatə etməyə başlamışdır.
2009-cu ildə Azərbaycan Hökuməti ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı aqrar sahənin inkişafında texniki yardımın göstərilməsi üçün dəstək proqramının hazırlanması prosesinə start vermişdir. Xüsusi olaraq Azərbaycan üçün FAO-nun Milli Ortamüddətli Prioritetlər üzrə 2016-2020-ci illəri əhatə edən Çərçivə Sənədi hazırlanmışdır və bu sənəd müntəzəm surətdə ölkəmizin prioritetlərinə uyğun olaraq yenilənməkdədir. Sözügedən sənəd hökumətin mövcud milli siyasəti və planları çərçivəsində kənd təsərrüfatı üzrə inkişaf prioritetlərinin həyata keçirilməsində müəyyən olunmuş səviyyədə xidmətlər göstərilməsini nəzərdə tutur. Sənədin əsas mahiyyəti ölkədəki vəziyyətin qısa təhlili və növbəti 3-4 il müddətində yardım üçün prioritet tədbirlərin həyata keçirilməsindən ibarətdir.
Bakıda 2012-ci il aprelin 16-da FAO və qeyri-hökumət təşkilatlarının Avropa üzrə regional müşavirəsi, həmin ayın 17-18-də Kənd Təsərrüfatı üzrə Avropa Komissiyasının 37-ci sessiyası, 19-20-də isə FAO-nun 28-ci Avropa Regional Konfransı keçirilmişdir. Bu tədbirlər təşkilatın ölkəmizlə əməkdaşlıqdan razı qalmasının göstəricisidir.
"Azərbaycan Hökuməti və FAO arasında tərəfdaşlıq və əlaqələndirmə ofisinin yaradılması və texniki yardımın göstərilməsi haqqında Saziş" və "Azərbaycan Hökuməti və FAO arasında FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı haqqında Saziş" təşkilatın baş direktoru Qratsiano da Silvanın Azərbaycana səfəri zamanı 2015-ci il mayın 25-də imzalanmış, 2015-ci il oktyabrın 12-də Prezidentin fərmanı ilə təsdiq edilmişdir.
2015-ci ildə "Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq" (IDEA) İctimai Birliyinin təsisçisi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva FAO-nun xoşməramlı səfiri seçilmişdir. Bundan sonra Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Romadakı baş ofisində "Azərbaycan otağı" təsis edilmişdir. Burada MDB ölkələri arasında ilk dəfə məhz Azərbaycanın adını daşıyan otaq yaradılmışdır. Otağın tərtibatında Azərbaycanın milli ornamentlərindən, musiqi alətlərindən və xalçalarından istifadə edilmişdir.
Bu günlərdə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Avropa və Mərkəzi Asiya üzrə Regional nümayəndəsi Viorel Gutunun rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri zamanı təşkilatla Azərbaycan arasında ikitərəfli əlaqələrin daha da genişləndirilməsi müzakirə olunmuşdur. Kənd Təsərrüfatı Nazirliyində görüş zamanı qonaqların nəzərinə çatdırılıb ki, aqrar sahədə qabaqcıl təcrübənin ölkəmizdə tətbiqi məqsədilə beynəlxalq təşkilatla əməkdaşlıqda maraqlıyıq.
Məlum olduğu kimi, Azərbaycan növbəti bir beynəlxalq tədbirə evsahibliyi edəcək. Prezident İlham Əliyev dünya ölkələrinin yekdilliklə COP29-un ölkəmizdə keçirilməsinə razılıq verməsini Azərbaycana göstərilən böyük etimad olduğunu bildirmişdir. Ölkəmizdə COP29-un keçirilməsini dəstəkləyən beynəlxalq qurumlardan biri də BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatıdır. Bu mötəbər təşkilatın Avropa və Asiya üzrə Regional nümayəndəsi Viorel Gutun Kənd Təsərrüfatı Nazirliyində keçirilən görüşdə BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyasının Azərbaycanda yüksək səviyyədə keçirilməsinə hər cür dəstək verməyə hazır olduğunu bildirmişdir.
Rüstəm KAMAL,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Yüksək təsvir yenilənməsinə sahib ilk monitor təqdim edilib
18 May
Şəkər pambığına bənzəyən ekzoplanetin kəşfi
18 May
Dörd ayda əhalinin sosial ödənişlərinə 2 milyard 914 milyon manat xərclənib
18 May
Türkiyə Prezidenti: Su mübahisələri qlobal münaqişələrə səbəb olur
18 May
Azərbaycan Beynəlxalq Hərbi İdman Şurasının 79-cu Baş Assambleyasında təmsil olunub
18 May
Yeni Kaledoniyada etiraz aksiyalarında ölənlərin sayı 6 nəfərə çatıb
18 May
“Yeni dalğa 2024”ün finalına seçilən Azərbaycan təmsilçisi vətənə qayıdıb
18 May
İstanbulun IV Avropa Oyunlarına evsahibliyi etməsi ilə bağlı imzalanma mərasimi keçirilib
18 May
Əfqanıstanda daşqınlar 50 nəfərin həyatına son qoyub
18 May
Kriştianu Ronaldu yeni rekord müəyyənləşdirib
18 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!