19 Mart 2025 08:20
365
SİYASƏT
A- A+
Ermənistanın təxribatları öz başında çatlaya bilər

Ermənistanın təxribatları öz başında çatlaya bilər


Son beş ilə yaxın dövr ərzində Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallıqlar uzun müddətdir ki, bölgədəki gərginliyə, münaqişə və müharibə  vəziyyətinə son qoymuşdu. Artıq proseslər normallaşma, sülh istiqamətində inkişaf etməyə başlamışdı. Nəhayət ki, regionda savaş planları cızılmır,  sülh müqaviləsi ilə bağlı danışıqlar aparılırdı və problemlərin çözümü silah yox, sözlərlə aranırdı. 

Lakin tarixi məqam kimi də xarakterizə edə biləcəyimiz və məhz Azərbaycan tərəfinin qərarlı mövqeyi sayəsində iki ölkə arasında sülh müqaviləsinin imzalanmasına doğru addım-addım irəliləyiş əldə olunan bu vacib və son dərəcə kövrək mərhələdə yenə də xarici havadarlarının - Fransanın başçılıq etdiyi Qərb təsisatlarının dəstəyi ilə erməni məkri, riyası, fitnəsi işə düşdü. 

Diqqət edin, martın 13-də Ermənistanla Azərbaycan arasında sülh sazişi layihəsi ilə bağlı danışıqlar prosesinin yekunlaşması barədə məlumat verildi. Ancaq necə deyərlər, hər iki ölkənin Xarici İşlər nazirliklərinin bununla bağlı bəyanatlarının heç mürəkkəbi qurumamış Ermənistan tərəfi sərhədlərimizi atəşə tutmağa başladı. Dildə sülh tərəfdarı olduğunu dünyaya car çəkən işğalçı və təcavüzkar ölkənin sözün əsl mənasında birbaşa sülhü hədəf alan atəşi hələ də davam edir...

Özü də guya sülh missiyası adı altında bölgəyə zorla pərçim edilən Avropa İttifaqının hərbi missiyasının gözü qarşısında... 

Ümumiyyətlə, Cənubi Qafqazda maraqları olan və buna görə işğal dövründə də Azərbaycan ilə Ermənistan arasında münaqişənin sülh yolu ilə tənzimlənməsinə hər cür maneə törədən Qərb təsisatları 44 günlük müharibədə kapitulyasiya aktını imzalamağa məcbur olan İrəvana yenidən siyasi, hərbi dəstək verməyə başladılar.  

Məqsəd marionet Ermənistandan istifadə edərək bölgədə müharibə ocağı qalamaqdan ibarətdir ki, bununla da öz çıxarlarını daha asan təmin etməyi planlaşdırırlar. Buna görədir ki, İkinci Qarabağ müharibəsindən dərhal sonra İrəvana hərbi yardımlara başladılar, 23 saatlıq antiterror tədbirlərindən sonra isə bu yardımlar daha da intensivləşdi. 

Bu yaxınlarda Caliber.az nəşrinin yazdığı məlumata görə, son iki ildə Ermənistan hərbi arsenalını kəskin şəkildə artıraraq, Fransa və Hindistandan silah almağa milyardlarla dollar xərcləyib. Xüsusilə ötən ilin payızında məlum olub ki, Hindistan Ermənistana ilk "Akash" zenit-raket komplekslərini göndərir. "New Indian Express" nəşrinin məlumatına görə, Ermənistan 2022-ci ildə Hindistanla 15 "Akash" raket sistemi almaq üçün 60 milyard rupi (təxminən 710 milyon dollar) dəyərində müqavilə imzalayıb və bu silahı alan ilk xarici ölkə olub. 

Fransadan isə Ermənistana müasir "CAESAR 155" mm-lik özüyeriyən artilleriya qurğuları və onların komplekt hissələri, həmçinin tank əleyhinə raket sistemləri və "hava-hava" tipli raketlər tədarük edilib. Bundan əlavə, Ermənistan ordusu R511 və R530 "hava-hava" raketləri, 30 ədəd ERYX tank əleyhinə raket kompleksi, Almaniya istehsalı olan DM32 ("bunkerfaust") qumbaraatanları və "Panzerfaust 3" tank əleyhinə sistemləri əldə edib. Ermənistan Silahlı Qüvvələrinə Fransanın Apilas tipli 500 ədəd birdəfəlik reaktiv qumbaraatanı və ABŞ istehsalı olan 50 ədəd BGM-71 TOW tank əleyhinə raket kompleksi tədarük olunub. Aİ-nin Ermənistana müdafiə qabiliyyətini artırmaq üçün Avropa Sülh Fondundan yeni tranş ayırmağa hazırlaşması barədə yayılan məlumatlarda deyilirdi ki, artıq bununla bağlı ilkin razılıq da var. Ötən ilin iyulunda da Avropa İttifaqı Şurası Avropa Sülh Fondu vasitəsilə Ermənistan silahlı qüvvələrinə dəstək üçün 10 milyon avro məbləğində yardım ayırmaq barədə qərar qəbul etmişdi.

Avropa İttifaqının hərbi missiyasının heç bir ehtiyac olmadan  bölgəyə güc amili kimi yerləşdirilməsi də bütün bu məkrli planların tərkib hissəsidir. Aİ-nin kəşfiyyat missiyasının çətiri altında Ermənistanın istədiyi özbaşınalıqları edəcəyi düşünülür. Neçə gündür Ermənistan tərəfinin sərhədlərimizi atəşə tutmasına Aİ missiyasının gözünü qapaması, qulağını tıxaması da buna nümunədir.  

Həmçinin bu günlərdə erməni əsgərin Azərbaycan hərbçilərinə qarşı etdiyi təxribatın yayılan görüntüləri də  bu məkrli niyyətin bir başqa çirkin misalıdır. Bununla bağlı Caliber.az-ın yaydığı görüntülərdə erməni əsgərin sərhəddə xidməti postunda təxribat törətdiyi görünür. Qeyd olunur ki, erməni hərbçilərinin sərhəd zonasında nizamnaməyə zidd davranması, Azərbaycan əsgərlərinə qarşı təxribat xarakterli addımları Aİ missiyasının gözləri önündə baş verir və Ermənistan tərəfi bu addımı öz manipulyativ məqsədləri üçün istifadə edir: "Nəticələrin məsuliyyəti Ermənistanın üzərinə düşəcək. Ermənistanın bu təxribatları ya ordudakı intizamsızlığın göstəricisidir, ya da əvvəlcədən planlaşdırılmış ssenaridir. Hər iki halda eskalasiyanın əsas səbəbkarı İrəvandır".

Erməni əsgərlər bu təhrik-edici hərəkətləri məhz Aİ-nin binokl "diplomat"larının gözü qarşısında törədirlər ki, Azərbaycan hərbçilərini təxribata çəksinlər və hər hansı qarşılıq alanda bunu kəşfiyyat missiyasının üzvləri dünyaya fərqli don geyindirərək, Azərbaycan tərəfini suçlayaraq təqdim etsinlər. Onlar unudurlar ki, peşəkar Azərbaycan əsgəri heç zaman bu təxribatlara uymayacaq, təmkinini pozmayacaq. Lakin vurğuladığımız kimi, bu o demək deyil ki, Ermənistan tərəfi Aİ kəşfiyyatçılarının himayəsi altında özbaşınalıqlar edəcək, Azərbaycan buna "dur" deməyəcək. Bütün hallarda işğalçı və təcavüzkar ölkə necə ki, Vətən müharibəsində, antiterror tədbirlərində layiqincə dərsini alıb, bundan sonra da belə olacaq...  

Haşiyə çıxaq ki, Qərb havadarları Ermənistana təkcə hərbi yox, siyasi, diplomatik dəstək də verirlər. Davamlı olaraq ölkəmizə qarşı riyakarlıq nümayiş etdirirlər, qərəzli bəyannamələr verirlər, qətnamələr qəbul edirlər. Bu il martın 13-də Avropa Parlamentinin qəbul etdiyi növbəti əsassız, qeyri-obyektiv və qərəzli qətnamə də bu  sıradandır. 

Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin AP-yə etiraz məktubunda da deyilir ki, Avropa Parlamenti sülhə və barışığa qarşı yönələn siyasi motivli hərəkətlərə yol verməkdənsə,  ədalət və suverenlik prinsiplərinə hörmət bəsləməlidir: "Yalnız haqq-ədalət və qarşılıqlı anlaşma sayəsində Cənubi Qafqazda həqiqi sabitlik əldə edilə bilər".

Qərb dəstəkçilərinin hərtərəfli köməyi Ermənistanı yenidən işğala həvəsləndirir və İrəvan nəinki sülh müqaviləsini imzalamaqdan yayınır, eləcə də revanşa hazırlaşır, müharibə avantürasına qapılır. İrəvan rəsmi səviyyədə Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf etməsinə baxmayaraq, imzası ilə bunu təsdiqləmək istəmir. Həmçinin sülh müqaviləsini imzalasa belə özünün gələcək işğal planları üçün əlyeri saxlamağa çalışır, yəni preambulasında Azərbaycana qarşı ərazi iddiası olan Konstitusiyasını dəyişmir. ATƏT-in faktiki olaraq fəaliyyətini başa vurmuş keçmiş Minsk qrupunu yenidən diriltməyə cəhd edir. Bölgədə kommunikasiyaların açılmasına mane olmaq istəyir. Aİ missiyası adı altında sərhədimizə üçüncü ölkələrin hərbi qüvvələrini yerləşdirir. 

Bir sözlə, İrəvanın hərbi eskalasiyanı artırması yeni müharibənin başlanmasına aparır. Azərbaycan istənilən platformada, istər siyasi, diplomatik, istərsə də hərbi olsun, Ermənistanı qarşısında diz çökdürüb. Sülhdən yayınan və savaşa hazırlaşan Ermənistanın bundan sonrakı aqibəti də eyni cür acınacaqlı olacaq. 

Buna görə də nə qədər gec deyil, İrəvan Bakının sülh müqaviləsinin imzalanması üçün irəli sürdüyü və beynəlxalq hüquqla dəstəklənən tələblərini qeyd-şərtsiz qəbul etməlidir. 


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Zelenski: Ukraynanın “Pasxa atəşkəsi”nin uzadılması ilə bağlı təklifi hələ də qüvvədədir  

23:03
22 Aprel

İğdırın yüzlərlə sakini erməni quldur dəstələrinin cinayətlərinin qurbanlarının xatirəsinin anım aksiyasına qoşulub  

23:01
22 Aprel

Tramp: İsraillə bütün məsələlərdə eyni tərəfdəyik  

20:51
22 Aprel

Milli Məclisin plenar iclasında 12 məsələ müzakirə edilib YENİLƏNİB 

20:40
22 Aprel

Özbəkistanda Azərbaycan təcrübəsi əsasında STEAM Mərkəzi açılıb  

19:50
22 Aprel

Ruben Vardanyanın məhkəməsində Ermənistanın mina terrorunun qurbanları danışıblar: Bir gündə iki oğlumu itirdim  

19:33
22 Aprel

Rumıniya qəzeti Neft Daşları barədə geniş yazı dərc edib

19:16
22 Aprel

Azərbaycan ilə Çin arasında energetika sahəsində bir sıra sənədlər imzalanıb

19:03
22 Aprel

Fransada həbsxanalar bir neçə gündür hücumların hədəfinə çevrilib

18:44
22 Aprel

Bakıda COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb  

18:23
22 Aprel

COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadılıb  

18:13
22 Aprel

Xəzər dənizi 2050-ci ilədək kritik səviyyəyə düşə bilər

17:50
22 Aprel

“Yeni Şafak” qəzeti: Türkiyə parlamentinin arxivləri ermənilərin Anadoludakı vəhşiliklərinə işıq salır  

17:46
22 Aprel

Nazir Məcnun Məmmədov: İşğaldan azad edilmiş torpaqlarda ən müasir aqrar innovasiyalar tətbiq olunur  

17:44
22 Aprel

Dövlət Komitəsinin sədri vətəndaşların müraciətlərini dinləyib

17:43
22 Aprel

Naxçıvanda kiçik, orta və iri sahibkarlıq subyektləri ilə görüş olub

17:42
22 Aprel

“Azərreyl” final mərhələsinə qələbə ilə başlayıb

17:15
22 Aprel

İldırımdan qorunmaq üçün iinovativ dron hazırlanıb  

16:49
22 Aprel

Tbilisidə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub  

16:42
22 Aprel

Ekspert: Qızılın dünya bazarında qiymətinin artması Azərbaycana indiki məqamda ancaq müsbət təsir edəcək  

16:40
22 Aprel

Azərbaycan İdman Akademiyasında Xüsusi Olimpiya Komitəsinin nümayəndələri ilə görüş olub  

16:36
22 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!