09 Sentyabr 2025 08:33
307
SİYASƏT
A- A+
Ermənistanın gələcəyi özünün düzgün seçimindən asılıdır

Ermənistanın gələcəyi özünün düzgün seçimindən asılıdır


Bunun üçün ilk növbədə daxilindəki revanşistləri susdurmalıdır


Təcrübəli dövlət xadimləri və analitiklərin fikrincə, Ermənistan zamanın tələbinə uyğun olaraq ya əməkdaşlıq və sülh yolunu seçəcək, ya da  özünü yenidən tarixin səhvlərinə qurban edəcək. Prezident İlham Əliyev çıxışlarında Ermənistanla münasibətlərin normallaşması və sülh müqaviləsinin imzalanması prosesində qarşıda duran əsas şərtlərə riayət edilməsini dəfələrlə ifadə edib: "Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan və Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədlərinə qarşı iddiaları əks etdirən müddəalar mövcuddur. Bu müddəalar, xüsusilə keçmişdəki separatçılıq və münaqişə ilə bağlı yanaşmalar bugünkü geosiyasi reallıqlarla uzlaşmır".

Vaşinqton sammitindən sonra Azərbaycan-Ermənistan sülh prosesi ümidverici mərhələyə qədəm qoydu. ATƏT-in Minsk qrupunun ləğvi ilə Bakının İrəvan qarşısında şərtlərindən daha biri yerinə yetirildi. Qərara əsasən, Azərbaycan Prezidenti və Ermənistanın Baş nazirinin ABŞ Prezidentinin dəvəti və iştirakı ilə 8 avqust 2025-ci il tarixində Vaşinqton şəhərində baş tutmuş görüşü çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in fəaliyyətdə olan sədrinə ünvanlanmış birgə müraciət məktubuna uyğun olaraq, ATƏT-in Minsk Prosesinin, ATƏT-in fəaliyyətdə olan sədrinin ATƏT-in Minsk Konfransının məşğul olduğu münaqişə üzrə şəxsi nümayəndəsinin və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun fəaliyyətinə 1 sentyabr tarixindən etibarən xitam verildi. Həmçinin keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ATƏT çərçivəsində vaxtilə qəbul edilmiş bütün qərarlar qüvvədən düşdü və etibarsız elan edildi. Beləliklə, vaxtilə Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması məqsədilə təsis edilmiş sözügedən institutların münaqişənin həlli nəticəsində yaranmış yeni şəraitdə lüzumsuz olması bütün ATƏT iştirakçı dövlətləri tərəfindən qəbul edilərək, həmin institutların bağlanması rəsmiləşdirildi.

Bu qərarın qəbulu, Azərbaycan Respublikasının vaxtilə işğal edilmiş əraziləri üzərində suveren nəzarətini və ərazi bütövlüyünü bərpa etməsi və bununla da Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulması ilə bağlı reallığın və Azərbaycan tərəfindən irəli sürülmüş sülh gündəliyinin beynəlxalq müstəvidə qəbul edilməsinin göstəricisi hesab edilir. Bu, 8 avqust 2025-ci il tarixli Vaşinqton görüşündə Azərbaycan və Ermənistan arasında normallaşma prosesi ilə əlaqədar əldə edilmiş razılıqların praktiki icrası istiqamətində mühüm addımdır.

Xatırladaq ki, hazırda Azərbaycanın Ermənistanla sülh sazişi imzalaması üçün bir şərti qalıb. Yəni rəsmi İrəvanın konstitusiyasında dəyişiklik edərək, ölkəmizə qarşı ərazi iddialarına son qoymalıdır. Ehtimal olunan odur ki,  Ermənistan gələn il parlament seçkiləri ilə eyni vaxtda referendum keçirərək bu şərti də yerinə yetirəcəkdir.

Nəinki bütün dünyada, Cənubi Qafqazda Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına razılığı böyük uğur adlandıranların sayının gündən- günə artdığını görən Ermənistandakı revanşist qüvvələr öz pozucu fəaliyyətləri ilə bu prosesə qarşı çıxmaq üçün əldən-ayaqdan gedirlər. Həm keçmiş cinayətkar xunta rəhbərləri, onların nəzarətindəki siyasi qüvvələr, həm də erməni kilsəsi Paşinyanı devirmək üçün mübarizə aparır, sülh prosesi əleyhinə çıxışlar edirlər. Bir neçə gün əvvəl qondarma "artsax"ın yaranmasının ildönümü münasibətilə separatçılar, erməni kilsəsi və bəzi müxalifət partiyaları bir araya gələrək sülh əleyhinə çıxışlar ediblər, Minsk qrupunun buraxılmasını qəbuledilməz adlandırıblar.

Azərbaycan Ermənistan tərəfini dəfələrlə revanşist meyillərlə bağlı xəbərdar edib. Prezident İlham Əliyev Kəlbəcər şəhərinin sakinləri ilə görüşündə bəyan etdi ki,  "Azərbaycan ləyaqətli ölkədir, güclü ölkədir, heç kimə məsləhət görmürük ki, nə vaxtsa bizə qarşı hansısa bəd əməllər haqqında düşünsün. Sülhün təminatçısı Azərbaycandır... Ancaq biz bundan sonra heç kimlə müharibə aparmaq fikrində deyilik. Əgər bizə qarşı hər hansı bir təhlükə çıxarsa, onda yenə də bizim "dəmir yumruğ"umuzu hər kəs görəcək".

Özünü separatçıların lideri adlandıran Samvel Şahramanyan, Ermənistanın katalikosu, Kilikiya katalikosu, bəzi müxalif partiyaların sədrləri bəyanatlarında indiki şəraitdə Qarabağın müstəqilliyinin mümkün olmamasına baxmayaraq, ruhdan düşməməyi və gələcəkdə yaranacaq münbit şəraitdə Qarabağın yenidən "azad ediləcəyi" ilə bağlı çıxışlar edirlər, Ermənistan hakimiyyətini satqınlıqda günahlandırırlar. Onlar, eləcə də ölkə xaricindəki bəzi revanşist qüvvələr Paşinyanı devirərək yenidən ərazi iddialarını qaldırmaq niyyətindədirlər. İşxan Saqatelyan və digərləri tərəfindən səsləndirilən bəyanatda "Ermənistan hökuməti Azərbaycanın təzyiqi nəticəsində Vaşinqton sazişini imzaladı və buna görə də bu sənəd qeyri-legitimdir" kimi oxşar ifadələr işlədilir. 

Politoloqların fikrincə, yaxın onilliklərin münasibətlər sistemi formalaşır. Azərbaycana qarşı "erməni kartından", "etnik kartlardan", o cümlədən hərbi təhdid formalarından istifadə edilməsi gözləniləndir. Lakin indi nə 1918-20-ci, nə də 1990-cı illərdir. Şuşa Bəyannaməsi var, Azərbaycanın siyasi, iqtisadi, demoqrafik, diaspor potensialı kifayət qədərdir, dövlətimiz Türk Dövlətləri Təşkilatının və Qoşulmama Hərəkatının aparıcı üzvlərindən biridir. Kifayət qədər ciddi hərbi-siyasi müttəfiqlərimiz formalaşıb.

Bu gün Ermənistanda hökuməti tənqid edənlər, Azərbaycanı "işğalda" və sair bu kimi "cinayətlərdə" günahlandıran revanşist qüvvələr hələ də cəmiyyəti çaşdırmaqla dövlətin gələcəyini təhlükəyə atırlar. Halbuki Ermənistanın gələcəyi yalnız və yalnız özünün düzgün seçimlərindən asılıdır. Əgər o, regionda real vəziyyəti qəbul edib, qonşularla normal münasibətlər qursa, inkişaf və təhlükəsizlik qazana bilər. Əks halda,  separatizmə dəstək siyasəti onu daha dərin böhrana sürükləyəcək. 


Rəhman SALMANLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

Azərbaycan ilə Əlcəzair arasında əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş təsdiqlənib - FƏRMAN  

15:29
15 Dekabr

Azərbaycan və Bəhreyn arasında diplomatik pasport sahibləri üçün viza rejimi ləğv edilib QANUN  

15:01
15 Dekabr

Böyük Britaniyada kripto sənayesi üçün hüquqi çərçivə formalaşdırılır  

14:58
15 Dekabr

Sidneydə silahlı hücum törədən ata və oğulun kimliyi açıqlanıb  

14:28
15 Dekabr

Bakı Yeni ilə belə hazırlaşır  

14:13
15 Dekabr

Dağlıq ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

14:05
15 Dekabr

Qış fəslinin Azərbaycana daxil olma vaxtı açıqlanıb  

13:54
15 Dekabr

Azərbaycan nümayəndə heyəti Bəhreyndə keçirilən festivalda uğurlu çıxış edib  

13:52
15 Dekabr

Horovlu kəndində 22 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

13:51
15 Dekabr

Vahid Cümşüd oğlu Axundov  

13:46
15 Dekabr

Ötən həftə 60 mina və 683 partlamamış hərbi sursat zərərsizləşdirilib  

13:41
15 Dekabr

Şamaxı–Piriqulu–Dəmirçi avtomobil yolu buz bağlayıb  

13:40
15 Dekabr

Sidneydəki hücumdan sonra Nyu-Yorkda təhlükəsizlik tədbirləri gücləndirilib  

13:35
15 Dekabr

Doqquz ayda əmtəə ixracı və idxalı açıqlanıb  

13:33
15 Dekabr

Xalis maliyyə aktivləri 4,5 milyard dollar artıb  

13:31
15 Dekabr

Qar yağacaq, yollar buz bağlayacaq  

13:06
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!