12 Sentyabr 2025 08:35
743
SİYASƏT
A- A+
"Ermənistanda sülh gündəliyindən başqa bir gündəlik yoxdur"

"Ermənistanda sülh gündəliyindən başqa bir gündəlik yoxdur"


Hayastan parlamentinin sədri Alen Simonyandan maraqlı etiraf


Son bir ay ərzində Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması istiqamətində müxtəlif səviyyələrdə görüşlər keçirilir. Bütün bu danışıqlar, aparılan müzakirələr tərəfləri sülh sazişini imzalamağa bir qədər də yaxınlaşdırır.

Vaşinqtondakı danışıqlar prosesinə nəzər yetirsək görərik ki, hər iki tərəf bəzi məsələlərin həllində razılığa gəliblər. Ancaq yaxın keçmişdə baş tutan görüşlərdən sonra əgər Ermənistanın rəhbərliyi bütün reallıqları etiraf edirsə və çıxış yolunu Azərbaycanla münasibətlərin normallaşmasında görürsə, müxalifət bu prosesi pozmağa cəhd göstərir. Bir tərəfdən sülh müqaviləsinin imzalanmasını qurtuluş yolu hesab edən Ermənistan rəhbərliyi revanşist qüvvələri hələ ki cilovlaya bilmir.

Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib ki, ölkədə parlament müxalifəti mövcud deyil. Sadəcə, parlamentin növbəti çağırışında özlərinə yer tapmaq üçün digər siyasi qüvvələrin sıralarında yer axtaran müəyyən şəxslər var. Onları heç kim dinləmir, küçədə isə yeddi nəfəri belə toplaya bilməzlər.

O, əmin olduğunu vurğulayıb ki, küçədə onun şəkli ətrafında "onlardan" (parlament müxalifəti - red.) daha çox insan toplanacaq: "Onlar siyasi cəsədlərdir, müflislərdir, deyəcək heç nələri yoxdur, onların gündəliyi yoxdur. Əgər sənin yeganə gündəliyin hakimiyyətin gündəliyinin gündəlik olmadığını deməkdən ibarətdirsə, bu, gündəlik deyil. Əgər bizim gündəliyimiz səhvdirsə, bəs, onların gündəliyi nədir? Ermənistanda sülh gündəliyindən başqa bir gündəlik yoxdur".

Simonyanın sözlərinə görə, son dörd il ərzində parlament müxalifəti heç bir dəfə belə növbədənkənar seçkilərin keçirilməsini tələb etməyib. "Görmüsünüzmü ki, guya müxalifət adlanan bu qüvvələr məsuliyyəti üzərinə götürməyə hazır olsunlar? Əvvəl Vazgen Manukyanı gətirdilər, sonra isə Kanadadan vətəndaşlığı olan Bağrat Qalstanyanı". Onun fikrincə, parlamentdənkənar müxalifət mövcuddur. Qarşıdakı seçkilərin nəticəsində bu qüvvələrin böyük bir hissəsi parlamentdə təmsil olunacaq: "Parlamentdən kənarda formalaşmış müxalif siyasi xadimlər var və ümid edirəm ki, onlar parlamentə düşəcəklər və nəhayət, parlamentdə müxalifət olacaq".

Simonyan həmçinin iş adamı Samvel Karapetyan tərəfindən formalaşdırılan siyasi qüvvənin hakimiyyət üçün ciddi rəqib olmadığını bəyan edib: "Orada siyasi qüvvə yoxdur. Bu, sadəcə görüntüdür. Sadəcə varlı bir adam var ki, həbsə düşüb. Onlar parlamentdə siyasi sığınacaq axtarmağa çalışırlar, necə ki, bu onilliklər boyu baş verib".

Hər halda baş verənlər Hayastanı qarşıdakı dövrdə mürəkkəb proseslər gözlədiyini göstərir.


Elçin CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!