16 Yanvar 2026 08:40
337
SİYASƏT
A- A+
Ermənistanda seçki gərginliyi: sülh və müharibə partiyalarının qarşıdurması güclənir

Ermənistanda seçki gərginliyi: sülh və müharibə partiyalarının qarşıdurması güclənir


Ermənistanda növbəti parlament seçkilərinin 2026-cı il iyunun 7-də keçirilməsi planlaşdırılır. İqtidarla müxalifət arasında seçki gərginliyi isə indidən başlayıb. "Hraparak" nəşrinin yazdığına görə, "Daşnaksütyun" partiyası yaxın günlərdə seçkilərdə iştirak formatı ilə bağlı açıqlama verəcək. İddialara əsasən, "Daşnaksütyun" sabiq prezident Robert Koçaryanla ittifaq şəklində seçkilərdə iştirak edəcək. İstisna edilmir ki, ittifaqa digər siyasi qüvvələr də qoşulacaq. 

"Daşnaksütyun"un yenidən Robert Koçaryanla ittifaqa girmə ehtimalı 2021-ci il seçkilərində sınaqdan keçmiş "Hayastan" blokunun bərpası anlamına gəlir. Həmin ilin iyun ayında keçirilmiş seçkilərdə Paşinyanın partiyası 53.91 faiz, Robert Koçaryanın "Hayastan" bloku isə 21.09 faiz səs qazanmışdı. İttifaqın əsas ideyası "tarixi Ermənistan" ideologiyası və revanşizm idi. Müxalifət seçkiyə əvvəlki şüarlarla gedir. "Daşnaksütyun"un xaricdəki diaspora gücü və Koçaryanın daxildəki maliyyə-inzibati resursları Nikol Paşinyanın "Real Ermənistan" konsepsiyasına qarşı əsas alternativ kimi təqdim olunur. Müxalifət sülh prosesi istiqamətində atılan addımları, o cümlədən regional layihələri "suverenliyin itirilməsi" və "türk ekspansiyası" kimi qələmə verərək seçicilərdə çaşqınlıq yaradır.  

Seçkiöncəsi üç əsas blok formalaşmaqdadır. Mövcud situasiyada əliqanlı Robert Koçaryan və Serj Sarkisyanın, yəni "Hayastan" alyansı ilə "Şərəfim var" blokunun rəhbərlik etdiyi qüvvələr ciddi reytinq kasadlığına rəğmən hələ də əsas müxalifət hesab olunurlar. Bu qüvvələr daha çox revanşist və Rusiyayönümlü ritorika ilə seçicini cəlb etməyə çalışırlar. Digər düşərgə isə köhnə rəhbərləri qəbul etməyən, lakin Baş nazir Nikol Paşinyandan da narazı olan kütlənin təmsilçiləridir. Onlar cəmiyyət üçün nisbətən yeni simalar sayılan keçmiş ombudsman Arman Tatoyan və ya İrəvanın sabiq meri Ayk Marutyan ətrafında birləşməyə cəhd edənlərdir. Keşiş Baqrat Qalstanyanın rəhbərlik etdiyi "Vətən naminə Tavuş" hərəkatı müxalifəti dini-mənəvi dəyərlər ətrafında birləşdirməyə çalışsa da, siyasi proqramın zəifliyi səbəbindən geniş dəstək ala bilmir. 

Ermənistan müxalifəti seçkiöncəsi media resursları üzərindən Paşinyana qarşı kampaniya aparır. "Hayastan" fraksiyasının deputatı Qarnik Danielyan Baş nazirin Azərbaycana yeni ərazi güzəştləri edəcəyini deyir. O iddia edir ki, Ermənistan Azərbaycana dəhliz verərsə, bu, İrəvanın sonu olacaq: "Paşinyan artıq Azərbaycana yeni ərazi güzəştləri ediləcəyini bəyan edib. Söhbət Tavuş vilayətindən və Kərki kəndindən gedir". Erməni deputat əlavə edib ki, əgər Azərbaycan Ermənistanda iqtisadi köklərini dərinləşdirərsə, bir neçə ildən sonra Ermənistan artıq mövcud olmayacaq. 

Paşinyan seçki kampaniyasını "Real Ermənistan" və "Tarixi Ermənistan" qarşıdurması üzərində qurur. O, müxalifəti uydurma "xəyali Ermənistan" arxasınca getməkdə və ölkəni yenidən müharibəyə sürükləməkdə ittiham edir. Müxalifət isə Paşinyanı "satqın", "xain" və "məğlub lider" kimi qələmə verməklə, Azərbaycan və Türkiyənin tələblərini qeyd-şərtsiz yerinə yetirməkdə, milli maraqları satmaqda günahlandırmaqla onun dəstəyini azaltmağa çalışır. Müxalifətin əsas etiraz mövzusu Azərbaycanın sülh müqaviləsi üçün şərt qoyduğu konstitusiya dəyişikliyidir. Rusiya ilə münasibətlərin gərginləşməsi fonunda revanşist dairələr Moskvanın dəstəyi ilə Paşinyanı devirməyə, ən azından seçkidə məğlub etməyə ümid bəsləyirlər. 

Ermənistan hökumətinin xarici dezinformasiya və hibrid təhdidlərə qarşı Avropa İttifaqından dəstək istəyi isə ona dəlalət edir ki, Paşinyan hakimiyyəti Moldovadakı ssenarinin Ermənistanda təkrarlanacağından ehtiyat edir. Baş nazirin "Moldova ssenarisi" qorxusu əsaslıdır. Rusiyanın seçkilərdə Paşinyanı məğlub etmək üçün bütün hibrid alətlərdən, yəni dezinformasiya, kilsənin təzyiqləri və iqtisadi rıçaqlardan istifadə edəcəyi şübhə doğurmur. 

Qərbin 2026-cı il seçkilərində Nikol Paşinyana dəstəyi açıq siyasi-iqtisadi müstəviyə keçib. Avropa İttifaqı (Aİ) və ABŞ üçün Paşinyan sadəcə rəhbər deyil, həm də Ermənistanın Rusiya orbitindən kənarlaşdırılması prosesində real tərəfdaşdır. ABŞ-nin vasitəçiliyi ilə Azərbaycanla sülh sazişi layihəsinin paraflanması Paşinyanın daxili auditoriyaya "müharibə təhlükəsini bitirən lider" kimi təqdim olunmasına kömək etdi. Həmçinin 2026-cı ilin iyunundakı seçkilərdən cəmi bir neçə həftə əvvəl İrəvanda keçirilməsi planlaşdırılan Avropa Siyasi Birliyi (EPC) Sammiti də Qərbin Paşinyana "seçki hədiyyəsi" hesab oluna bilər. Avropa QHT-ləri və fondları Ermənistanda "vətəndaş cəmiyyətinin gücləndirilməsi" adı altında dolayı yolla Paşinyanı təbliğ edən layihələri maliyyələşdirirlər. Qərb gözəl bilir ki, müxalifətin hakimiyyətə gəlməsi Rusiyanın regiona tam qayıdışı deməkdir. 

Müxalifətin revanşist ritorikası Paşinyanı daha ehtiyatlı davranmağa vadar edir. Paşinyan sülh müqaviləsini "Real Ermənistan" konsepsiyası çərçivəsində imzalamağa hazır olduğunu bəyan edən yeganə ağlı başında erməni rəhbəridir. Gedişat göstərir ki, Azərbaycanın əsas şərti olan Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılması yalnız Paşinyan hakimiyyətdə qalarsa və referendum keçirərsə mümkündür. Revanşist müxalifətin hakimiyyətə gəlməsi ilə sülh prosesi tamamilə dondurula və ya ləğv edilə bilər. Düzdür, Paşinyanın zəif reytinqlə imzalayacağı hər hansı sənədin daxildə ciddi legitimlik probleminə yol açması ehtimalı da güclüdür. Lakin alternativin müharibə vəd edən revanşistlər olduğunu nəzərə alsaq, Paşinyan ermənilər arasında "ən az pis variant"dır. 

Paşinyanın ideoloji xətti seçicilərə çox sadə bir seçim təklif edir. Ya "real Ermənistan"da normal, rifah halında yaşamaq, ya da utopik "böyük Ermənistan" nağılı uğrunda boş yerə ölmək. Əgər erməni toplumu Ağrı dağı (Ararat) xülyasından və Qarabağ iddiasından tamamilə əl çəkməsə, Türkiyə və Azərbaycanla münasibətləri düzəltməsə, Ermənistan bir dövlət kimi yox olacaq. 


İsmayıl QOCAYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ Dövlət katibinin müavini gələn həftə Azərbaycana səfəri zamanı vitse-prezident Vensə qoşulacaq  

23:01
07 Fevral

Ermənistan XİN-də Azərbaycan ilə sülh sazişi müzakirə olunub  

23:00
07 Fevral

Azərbaycanın hərbi attaşesi Kayseri və Kahramanmaraşda şəhid ailələrini ziyarət edib  

22:59
07 Fevral

Rusiya Ermənistan AES-də yeni enerji bloku tikmək niyyətindədir  

20:59
07 Fevral

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib  

19:14
07 Fevral

Nazir: Azərbaycan terrorla mübarizədə daim Pakistanın yanındadır

15:41
07 Fevral

Həkimlər: Rusiya ordusunun sui-qəsdə uğrayan generalının həyatı üçün təhlükə yoxdur

14:38
07 Fevral

Sabahın hava proqnozu açıqlanıb

14:25
07 Fevral

Rusiya yenidən Ukraynanın enerji obyektlərinə kütləvi hücuma keçib

14:18
07 Fevral

Zelenski: Ukrayna energetikasına hücumda 400-dən çox PUA və 40-a yaxın raketdən istifadə olunub

14:02
07 Fevral

Azərbaycan neftinin qiyməti 70 dolları ötüb

13:59
07 Fevral

Ötən ay gecikdirilmiş 45 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin olunub  

13:17
07 Fevral

Şeyxülislam Allahşükür Paşazadə Vatikana səfər edəcək

11:28
07 Fevral

DİN: Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb

11:08
07 Fevral

Tramp: İranla çox yaxşı danışıqlar apardıq  

10:15
07 Fevral

7 fevral seçkiləri xalqın öz Liderinə sonsuz inamının növbəti ifadəsi oldu  

10:12
07 Fevral

Bilmək istəyirəm

10:10
07 Fevral

Qərbi Azərbaycan həqiqətlərinin təbliğində gənclər fəallıq göstərirlər

10:05
07 Fevral

Azərbaycan romantizminin parlaq siması

10:00
07 Fevral

Tarixin yaddaşına çevrilən alim - Sara Aşurbəyli

10:00
07 Fevral

Revanşistlərin sülh qorxusu

09:55
07 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!