22 Avqust 2024 09:50
111
SİYASƏT
A- A+

Ermənistanda işsizlik ən yüksək səviyyəyə çatıb

 

Hökumət isə saxta rəqəmlərlə xalqı aldadır

 

Qonşu dövlətlərə qarşı ərazi iddialarını hələ də saxlaması, əlaqələrin normallaşdırılmasına qarşı çıxması Ermənistanın tənəzzülünü davam etdirməkdə, üzləşdiyi problemlərin miqyasını daha da artırmaqdadır.  
Baş nazir Nikol Paşinyanın  vəziyyəti dəyişdirəcəyinə ümid edən sadə ermənilər isə hansısa yeniliklərin olmamasından getdikcə daha güclü formada narazılıq edirlər.  
Ölkədə N.Paşinyanın reytinqinin sürətlə aşağı düşməsi müşahidə olunur və hətta belə fikirlər səslənir ki, bu gedişlə onun və komandasının hakimiyyətdən devriləcəyi istisna edilmir.
Ermənistanda sosial-iqtisadi vəziyyətin təhlili aydın şəkildə göstərir ki, ölkədə inflyasiya böyük sürətlə dərinləşdiyi halda, əhalinin gəlirlərində hansısa artım yoxdur. Yaranan fərq nisbəti isə insanların durumunun daha da ağırlaşmasına, onların ifrat yoxsulluq həddində yaşamasına səbəb olmaqdadır. Artıq rəsmi dairələr də inflyasiya prosesinin nəzarətdən çıxdığını, vəziyyətin ağırlaşdığını etiraf edirlər. Məsələn, bu ilin 9 ayında sosial-iqtisadi vəziyyətdə müsbətə doğru dəyişiklik olmayıb. Statistik rəqəmlər ölkədə işsizliyin və işləyən yoxsulların sayının dayanmadan artdığını göstərir. 
N.Paşinyan hakimiyyətə gələndə verdiyi vədlərdən biri də ölkədəki işsizliyi minimum həddə çatdırmaq olsa da, bunun əksi müşahidə edilir və işsizlik, o cümlədən yoxsulluq pik həddə yüksəlib. Səlahiyyətli şəxslər minlərlə yeni iş yerinin açıldığını bəyan etsələr də, rəsmi statistikada işləyənlərin sayında azalma qeydə alındığı danılmaz faktdır. 2024-cü ildə isə son dörd ilin ən yüksək işsizlik səviyyəsi müşahidə olunur.
Məsələn, ötən ilin birinci rübündə 179.6 min nəfər rəsmən işsiz idisə, cari ilin birinci rübündə bu rəqəm 204.4 min nəfərə çatıb. Əvvəlki dövrlə müqayisədə bu, 25 min nəfər və ya 14 faiz çox deməkdir. Həm nominal ifadədə işsizlərin sayı artıb, həm də işsizliyin səviyyəsi dərinləşib.
Ölkədə həkimlər, tibb bacıları, mühəndislər, müəllimlər, digər peşə sahibləri arasında işsizlik hallarına daha çox rast gəlinir. 
Bu arada daha bir maraqlı məqam işsizlərin arasında qadınların sayının getdikcə artmasıdır. Hesab edilir ki, Ermənistanda işsizlər arasında kişilərin azlıq təşkil etməsi təəccüb doğurmamalıdır. Çünki kişilərin əksəriyyəti öz ailəsini dolandırmaq məqsədilə ölkəni tərk edərək Rusiyaya və digər yerlərə üz tutub. Xarici ölkələrə gedənlərin sayı bir milyonu  ötüb. 
Hökumət isə vəziyyəti ört-basdır etmək üçün saxta rəqəmlərlə xalqı aldatmaqla məşğuldur. 

Elçin CƏFƏROV,
"Azərbaycan"
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video