07 Dekabr 2024 08:20
571
SİYASƏT
A- A+
Ermənistan növbəti dəfə təhlükəli oyuna sürüklənir

Ermənistan növbəti dəfə təhlükəli oyuna sürüklənir


Qərb regionda çox təhlükəli strategiyasını həyata keçirmək planını yenidən işə salıb


"ABŞ və Qərbi Avropa ölkələri, xüsusən Fransa, Almaniya Azərbaycan əleyhinə atdıqları addımlarla açıq şəkildə nümayiş etdirirlər ki, Cənubi Qafqaza sabitliyin, əmin-amanlığın gəlməsində maraqlı deyillər. Onlar regionda sülhü bərpa etmək əvəzinə münaqişəni daha da alovlandırıb yeni savaşlar çıxarmaq istəyirlər. Təəssüf ki, müstəqil dövlət olduğunu unudan Ermənistan tərəfi də məhz bu güclərin diktəsi ilə oturub-durur".

Bu fikirləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Kamran Bayramov deyib. Deputat qeyd edib ki, Ukraynanı sonu görünməyən bataqlığa qərq edən Qərb, eyni siyasəti Azərbaycan və Ermənistan arasında da aparır. Onlar bu xalqlar arasında düşmənçiliyin sonsuzadək davam etməsində maraqlıdırlar. Əgər bunun əksi olsaydı, otuz il torpaqlarımızın işğalda qalmasına, bir milyona yaxın qaçqın, köçkün probleminə, ərazimizdə separatizmin mövcudluğuna göz yummazdılar. Azərbaycan torpaqları işğal altında olduğu illərdə də beynəlxalq vasitəçilər rəsmi İrəvanın törətdiyi əməllərə görə sanksiyalar tətbiq etməyiblər. Əksinə, müxtəlif məqsədlər adı altında işğalçıya maliyyə yardımları ediblər. 44 günlük müharibədən sonra məlum oldu ki, ermənilər həmin maliyyə yardımlarını işğal etdikləri Azərbaycan torpaqlarında hərbi istehkamlar tikməyə sərf ediblər. Bu gün Qərb dövlətlərinin Ermənistanı sürətlə silahlandırmasının nəticəsidir ki, işğalçı konstruktiv mövqe ortaya qoymaqdan çəkinir.

Deputat vurğulayıb ki, Qərb regionda çox təhlükəli strategiyasını həyata keçirmək planını yenidən işə salıb: "Bu baxımdan Polşa Prezidenti Andjey Dudanın da Ermənistana səfəri məqsədli olub, çünki Paşinyan Azərbaycanla sərhədlərin delimitasiyasından danışarkən delimitasiya olunmuş ərazilərdən Avropa İttifaqının "müşahidə missiyası"nı çıxaracağını demişdi. Bu açıqlamadan dərhal sonra Duda Ermənistana səfərə gəlib və Avropa İttifaqının keçmiş hərbçilərdən təşkil olunmuş qrupunun tərkibində Azərbaycanla sərhəddə dayanaraq binoklla pozalar verib. Sonra da Polşa müşahidəçilərini artıracağı ilə bağlı fikirlər səsləndirib. Bütün bunlar Avropa İttifaqının regionumuza sülhün gəlməsinə mane olmağa çalışmasının ifadəsidir. Çünki gündəlikdə dekabr ayından başlayaraq danışıqların bərpası haqqında fikirlər var idi, amma Dudanın səfərindən sonra Ermənistanın şərti sərhədimizə qoşun hissələrini yığdığı, səngərlər qazdığı müşahidə edilir. Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistan Azərbaycanla yenidən müharibəyə hazırlaşır". 

K.Bayramov bildirib ki, bu, ilk növbədə Qərbin istəyidir, çünki Rusiyanın qonşuluğunda ikinci müharibə ocağını yaratmaqla diqqəti bu istiqamətə yönəltmək istəyir. Məhz ona görə də Fransa artilleriya qurğularını, Yunanıstan "S-300" radar kompleksini, Hindistan raket komplekslərini Ermənistana tədarük edib. Qərbdən dəstək alan Ermənistan da həvəslənib və müharibəyə hazırlaşmaq üçün cəsarətlənib.

Siyasətçi əlavə edib ki, Azərbaycan bütün prosesləri izləyir və Ermənistanın silahlandırılması faktlarını görür. Ermənistan başa düşməlidir ki, "binokl diplomatiyası" kimi ucuz şoularla, Luis Okampo, Qreta Tunberq kimi avantüristlərə "yeni xilaskar" gözü ilə baxmaqla Cənubi Qafqazda sülhə nail olmaq mümkünsüzdür. Noyabrın 8-də Bakıda Zəfər parkının açılışında Müzəffər Ali Baş Komandan bir daha bu məsələdən danışaraq Ermənistana xəbərdarlıq etmişdi. Prezident bildirmişdi ki, bu gün mövcud vəziyyətlə barışmaq istəməyən anti-Azərbaycan qüvvələr, bəzi Qərb paytaxtlarında oturan islamofoblar, azərbaycanofoblar Ermənistanı yeni müharibəyə təhrik edirlər. Bu, Ermənistan dövləti üçün tam faciə ola bilər: "Mən dəfələrlə həm rəsmi çıxışlarımda, həm təmaslar əsnasında Ermənistan tərəfinə izah etməyə çalışırdım ki, bundan uzaq dursunlar, o fitnəyə getməsinlər. Öz maraqlarını təmin etmək üçün, onların dostları sayılan bəzi Qərb dövlətləri onları qurban verməyə hazırdırlar ki, yenə də Cənubi Qafqazda ara qarışsın, yenə də qan tökülsün, yenə də onlar bulanıq suda balıq tuta bilsinlər. Hələ ki gec deyil, ona görə Ermənistan bu silahlandırma siyasətindən əl çəkməlidir, buna son qoyulmalıdır, mən dəfələrlə bunu demişəm və onlar bilirlər ki, mənim sözümə diqqət yetirmək lazımdır". 


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Zelenski: Ukrayna 2026-2027-ci illər üçün Rusiyanın planlarını ehtiva edən sənədləri əldə edib  

01:28
03 Mart

"Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

00:49
03 Mart

Gəncə şəhərində yerləşən Cümə məscidində təmir-bərpa işlərinin həyata keçirilməsi üçün vəsait ayrılması haqqında

00:49
03 Mart

"Büdcə sistemi haqqında", "Mühasibat uçotu haqqında" və "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

00:48
03 Mart

"Minatəmizləmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 90-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə

00:47
03 Mart

"Büdcə sistemi haqqında", "Mühasibat uçotu haqqında" və "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 359-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

00:46
03 Mart

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi haqqında

00:45
03 Mart

“Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vahid elektron informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə 

00:43
03 Mart

Azərbaycan qazaxıstanlıların İrandan evakuasiyasına kömək edir

23:44
02 Mart

Avropa çempionatı: Azərbaycan seçmə mərhələdə Şimali Makedoniyaya uduzub  

22:41
02 Mart

Ramin Məmmədov: Türkiyə-Azərbaycan birliyi dünyada strateji güc kimi tanınır

22:23
02 Mart

Türkiyənin hakim partiyası: İrana zərbələr beynəlxalq hüququn normalarına ziddir  

21:01
02 Mart

Azərbaycan və İordaniya XİN başçılarının telefon danışığında Yaxın Şərqdə artan gərginlik əsas mövzu olub  

20:49
02 Mart

Ukrayna ordusu bir sıra yaşayış məntəqələrini azad edib  

20:41
02 Mart

Nazir: Ankara enerji bazarlarında sabitliyin qorunmasına çalışır

20:31
02 Mart

Azərbaycanın kosmik sənayesi ilk dəfə Barselonada keçirilən sərgidə təmsil olunur  

19:53
02 Mart

İrandan təxliyə: 100-dən çox xarici vətəndaş Azərbaycan sərhədindən keçib 

19:08
02 Mart

“Əmək bazarı” İşçi qrupu aktiv əmək bazarı proqramlarının genişləndirilməsini araşdırıb  

19:06
02 Mart

Pit Heqset: Hazırda İran ərazisində Amerika ordusu yoxdur

18:43
02 Mart

Zelenski: Rusiya Ukraynaya qarşı yeni hücum dalğası hazırlayır

18:37
02 Mart

Dmitri Peskov: Moskva İran ətrafındakı gərginlikdən məyusdur

18:28
02 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!