14 Yanvar 2025 08:30
207
SİYASƏT
A- A+
Ermənistan Minsk qrupunun ləğvi təklifində səmimidirmi?

Ermənistan Minsk qrupunun ləğvi təklifində səmimidirmi?


"Ermənistan regionda sülhün tərəfdarıdırsa, Azərbaycanın haqlı şərtlərini yerinə yetirməlidir. Rəsmi İrəvan sözdə sülh tərəfdarı olduğunu bəyan etsə də, əməldə bunun əksini görürük, çünki  bu istiqamətdə praktiki addımlar atmır". 

Bu fikirləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib. Deputat bildirib ki, Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində sülh prosesi ilə bağlı mövcud mənzərəni şərh edib, dövlətimizin mövqeyini bir daha diqqətə çatdırıb. Bundan sonra Ermənistanın baş naziri sülh üçün hansısa "təklif"lərlə çıxış edib. Əslində, bütün bunlar erməni tərəfinin bu mövzuda spekulyasiyanı davam  etdirməsidir. "İlk növbədə, Ermənistan ölkəmizə qarşı ərazi iddialarına son qoymalıdır, çünki bu ölkənin konstitusiyasında və digər hüquqi sənədlərdə ölkəmizə qarşı ərazi iddiaları hələ də qüvvədə qalır. Azərbaycan rəsmi səviyyədə bununla bağlı dəfələrlə xəbərdarlıq edib. Doğrudur, Ermənistanın hakimiyyət orqanları bu faktın guya Azərbaycana qarşı ərazi iddiası anlamına gəlmədiyini deyir. Lakin təkcə bir fakt - 1998-ci ildə Robert Köçəryanın Ermənistanın prezidenti seçilməsi üçün bu ölkənin parlamentinin "Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi" haqqında qəbul etdiyi sənədə istinad edilməsi rəsmi İrəvanın "əsaslandırmalarını" ifşa edir. Yəni belə sənədlərin qüvvədə qalması gələcəkdə Azərbaycana qarşı ərazi iddiası üçün istifadə oluna bilər. Ona görə də, Azərbaycanın bu şərti mütləq yerinə yetirilməlidir", - deyə o əlavə edib.

Deputatın sözlərinə görə, Ermənistan tərəfinin ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı ortaya qoyduğu son yanaşma da suallar doğurur. Minsk qrupunun ləğvi üçün heç bir şərt ola bilməz, çünki faktiki olaraq 44 günlük Vətən müharibəsindən sonra belə bir təsisat fəaliyyət göstərmir. ATƏT-in Minsk qrupu üzərinə düşən vəzifəni yerinə yetirə bilmədi, ona verilmiş  mandat əsasında münaqişənin həllinə nail olmadı. Minsk qrupuna həmsədr ölkələrin liderləri münaqişənin hərbi həllinin olmadığını iddia etsələr də, Azərbaycan bunu hərbi-siyasi vasitələrlə etdi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, "Hərbi variant yoxdur" deyənlər sadəcə mövcud vəziyyəti olduğu kimi saxlamaq istəyirdilər. Ancaq status-kvo güc yolu ilə, Azərbaycan dövlətinin iradəsi, yürüdülən müdrik siyasət, xalqın əzmi, həmrəyliyi, bütün qüvvələrin səfərbər olunması, Azərbaycan əsgərinin şücaəti sayəsində dəyişdirildi.

S.Fətəliyeva qeyd edib ki, Minsk qrupunun həmsədrləri BMT Təhlükəsizlik Şurasının daimi üzvü olsalar da, Ermənistan qoşunlarının ölkəmizdən çıxarılmasını tələb edən 4 qətnamənin icrası üçün heç nə etməyiblər: "Beynəlxalq vasitəçi olan ölkələrin hər biri öz imkanlarından, potensialından istifadə edərək Ermənistana işğalda saxladığı əraziləri tərk etməsi üçün mesaj verə bilərdi, lakin bu addımı da atmadılar. Həmsədr dövlətlərin işğalçı Ermənistana ciddi təsir etmək imkanları var idi. Müəyyən sanksiyalar tətbiq olunsaydı, işğalçı qüvvələr geri çəkilməyə məcbur olardı, amma bunu etmədilər. Həmsədrlər vaxtaşırı bölgəyə səfər etməkdən, bir-birinin təkrarı olan bəyanatlar səsləndirməkdən başqa heç bir iş görmədilər. Ona görə də Azərbaycan xalqı haqlı olaraq Minsk qrupunun fəaliyyətindən daim narazı olub. Artıq bu məsələlər geridə qalıb, çünki Azərbaycan dövləti ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Belə olan halda Ermənistanın Minsk qrupu ilə bağlı hansısa spekulyasiyası qəbulolunmazdır".

Siyasətçi vurğulayıb ki, digər narahatedici məqam isə rəsmi İrəvanın hərbiləşmə siyasətini davam etdirməsidir. Məlumdur ki, Fransa Ermənistana silah tədarük edir. Eyni zamanda Hindistan da İrəvana müxtəlif növ silahlar satır. Təbii ki, Ermənistanın silahlandırılması regionda hərbi gərginliyin yaradılmasına xidmət edir. Hərbiləşmə siyasətini davam etdirməsi Ermənistanın Azərbaycana qarşı gizli gündəminin mövcud olduğunu nümayiş etdirir. Bütün bunların fonunda rəsmi İrəvanın həqiqətən sülh istəməsi inandırıcı görünmür. Amma Ermənistan anlamalıdır ki, regionda sabitliyi və sülhü təmin etməyin yeganə yolu qonşu ölkələrin suverenliyinin və ərazi bütövlüyünün tanınmasıdır. Eyni zamanda həmin şərtlərə  əməl etməklə münasibətlər qurulmalı, bu istiqamətdə təhlükə yaradan çağırışlar aradan qaldırılmalıdır. Yəni Azərbaycanın bütün şərtləri yerinə yetirilməlidir. Rəsmi İrəvan həqiqətən sülhün tərəfdarıdırsa, əməli fəaliyyəti ilə bunu nümayiş etdirməlidir.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında diplomatik, xidməti və rəsmi pasport sahiblərinin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

01:58
15 Yanvar

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 14 may tarixli 147 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xüsusi hərbi ixtisaslar üzrə vətəndaşların hazırlığını keçirən təhsil müəssisələrinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:57
15 Yanvar

Mərkəzi Seçki Komissiyasının 2025-ci il 8 yanvar tarixli iclas protokolunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

01:56
15 Yanvar

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

01:56
15 Yanvar

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 12 yanvar 2025-ci il tarixli 4 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

01:55
15 Yanvar

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 13 yanvar 2025-ci il tarixli 5 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

01:55
15 Yanvar

Rusiyalı məşqçi Bakıya gəlir  

23:23
14 Yanvar

"Mingəçevir" klubu ilə ASTA arasında tərəfdaşlıq müqaviləsi imzalanacaq  

23:22
14 Yanvar

Somalidə 20 DEAŞ terrorçusu öldürülüb

23:20
14 Yanvar

Pakistan ordusu 27 terrorçunu zərərsizləşdirib  

23:18
14 Yanvar

Suriyanın Latakiya vilayətində tərksilah əməliyyatı davam edir  

23:17
14 Yanvar

Tusk: Trampın Qrenlandiya ilə bağlı açıqlamaları narahatlıq doğurur

23:15
14 Yanvar

Suriyadakı yeni hökumətin yüksəksəviyyəli nümayəndə heyəti sabah Türkiyəyə səfər edəcək  

23:12
14 Yanvar

Elin Süleymanov britaniyalı nazirlə görüşüb

23:12
14 Yanvar

Türkiyənin ətraf mühit strukturları kömürdən imtinaya və bərpaolunan enerjidən istifadə etməyə çağırıb

20:52
14 Yanvar

İran: “Avroüçlük”lə Cenevrədə danışıqlar konstruktiv keçib

20:05
14 Yanvar

Milli Məclis Aparatının nümayəndə heyəti Ankarada səfərdədir

19:49
14 Yanvar

Yerli sahibkarlar və Türkiyənin regionları arasında biznes əlaqələrinin inkişafı müzakirə edilib  

19:47
14 Yanvar

Ağdam Sənaye Parkının rezidenti məhsul ixracına başlayıb  

19:45
14 Yanvar

Səudiyyə Ərəbistanı 4-cü Beynəlxalq Media Forumuna ev sahibliyi edəcək

19:44
14 Yanvar

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası yeni layihəyə start verib

18:56
14 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!