05 Iyul 2022 00:36
216
SİYASƏT

Erməni nümayəndə heyətinin ATƏT PA-dakı bütün cəhdləri iflasa uğradı

 

"Dağlıq Qarabağ münaqişəsi və Minsk qrupunun" "dirçəldilməsi" və erməni terrorçularının dərhal azad olunması tələbi ATƏT PA-da  rədd edilib

 

Xəbər verildiyi kimi, Böyük Britaniyanın Birminqem şəhərində ATƏT PA-nın İllik Sessiyası keçirilir. İyulun 6-dək davam edəcək sessiyada Azərbaycan nümayəndə heyəti iştirak edir.

İllik Sessiyada erməni nümayəndə heyəti və ermənipərəst isveçli deputat Bjorn Soder tərəfindən  müvafiq olaraq ATƏT PA-nın Siyasi məsələlər və təhlükəsilik üzrə ümumi komitəsi və Demokratiya, insan haqları və humanitar məsələlər üzrə ümumi komitəsinin qətnamə layihələrinə ölkəmizin maraqlarına zidd olan dəyişiklik irəli sürmüşlər.

Belə ki, erməni nümayəndə heyətinin rəhbəri Eduard Ağacanyan tərəfindən irəli sürülmüş Siyasi məsələlər və təhlükəsilik üzrə ümumi komitəsinin qətnamə layihəsinə "Dağlıq Qarabağ münaqişəsi"ni və "ATƏT-in Minsk Qrupu"nu daxil etmək məqsədilə hazırladığı dəyişiklik müzakirəyə çıxarılıb.

Qeyd olunan düzəlişin müzakirəsi zamanı Azərbaycan nümyəndə heyətinin rəhbəri Azay Quliyev erməni nümayəndə heyətinin təklifinə tutarlı arqumentlərlə cavab verərək assambleyanı müharibədən sonra mövcud olan reallığa zidd olan dəyişikliyi qəbul etməməyə çağırıb.  Ermənistanın təklifi səsə qoyulub, 27 səs əleyhinə, 12 səs lehinə olmaqla düzəliş  rədd edilib.

ATƏT PA-nın Siyasi məsələlər və təhlükəsilik üzrə ümumi komitəsinin iclasının davamında ermənipərəst isveçli deputat Bjorn Soderin "saxlanılan erməni hərbçilərinin dərhal azad olunmasını Azərbaycandan tələb edən" təklifi,  eləcə də mədəni irsin qorunması naminə UNESCO texniki missiyasının qəbul edilməsinə yönəlik çağırışı  müzakirəyə çıxarılıb.

İsveçli deputatın təklifinə  qarşı çıxan Azay Quliyev söz alaraq həbs edilmiş erməni hərbçilərinin müvafiq qanunvericiliyə uyğun olaraq cəzalandırıldığını,  bununla bağlı Avropa İnsan Haqları Məhkəməsinin və Beynəlxalq Ədalət Məhkəməsinin müvafiq qərarlarının olduğunu, UNESCO-nun fəaliyyətinə ermənilər tərəfində süni əngəllərin yaradıldığını əsas gətirərək, ATƏT PA tərəfindən bu bəndin qəbul edilməsinin yanlış olacağını vurğuladı.

Soderin təklifi səsə qoyulub, 24 əleyhinə 12 lehinə olmaqla rədd edilib.

Ermənistanın Azərbaycana qarşı qətnamə bəndinin qəbul edilməsi ilə bağlı etdiyi üçüncü cəhd ATƏT PA-nın Demokratiya, insan haqları və humanitar məsələlər üzrə ümumi komitəsinin qətnamə layihəsinin müzakirəsi zamanı edilib.

Bu dəfə Ermənistan nümayəndə heyətinin üzvü Mariya Karapetyanın yenə Dağlıq Qarabağa və münaqişənin mövcudluğuna istinad edən, erməni hərbçilərinin azad olunmasını özündə əks etdirən təklifi müzakirəyə çıxarılıb.

Ermənilərin təklifinə qarşı çıxan Azərbaycan nümyəndə heyətinin rəhbəri Azay Quliyev bu təklifin birtərəfli və əsassız olduğunu, hazırda Avropa Birliyi tərəfindən aparılan üçtərəfli Brüssel danışıqlarında  zəruri məsələlərin müzakirə edildiyini, bu kimi mövzuların ATƏT PA-nın qətnaməsinə salınmasının zərərli olacağını əsas gətirərək  assambleya üzvlərini bu təklifi qəbul etməməyə çağırıb.

Karapetyan tərəfindən hazırlanan düzəliş səsə qoyuldu, 18 səs əleyhinə, 11 lehinə olmaqla rədd edilib.

Beləliklə,  Böyük Britaniyanın Birminqem şəhərində işini davam etdirən ATƏT PA-nın İllik Sessiyasında Ermənistan tərəfindən Azərbaycan əleyhinə hazırlanan və təqdim olunan bütün düzəlişlərin və təkliflərin qarşısı qətiyyətlə alınıb.

 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video