22 Noyabr 2024 08:40
137
SİYASƏT
A- A+
Erməni lobbisinin dəstəkçilərinə Azərbaycan "dərs" verdi

Erməni lobbisinin dəstəkçilərinə Azərbaycan "dərs" verdi


BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq nüfuzuna yüksək etimadın göstəricisidir. Sözsüz ki, BMT belə bir ciddi qərar qəbul edən zaman  Azərbaycanın ekoloji problemlərlə bağlı bir çox konvensiya və sazişə qoşulmasını, müxtəlif ölkələrlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmasını, bu sahədə çoxşaxəli fəaliyyət proqramları qəbul etməsini nəzərə almışdır. 

Ölkəmizdə ətraf mühitin qorunmasını nəzərdə tutan zəruri qanunvericilik sistemi formalaşdırılaraq səmərəli institusional mexanizmlər və investisiya mühiti yaradılmışdır. Hazırda "yaşıl enerji" layihələrinin həyata keçirilməsi, alternativ və bərpaolunan enerji mənbələrindən istifadə, ətraf mühitə mənfi təsirlərin qiymətləndirilməsi və aradan qaldırılması istiqamətində çox ciddi işlər görülməkdədir. Azərbaycanda 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" elan olunub. İqlim dəyişmələri və ekoloji problemlər ilə hamılıqla mübarizə aparmaq üçün dünyada beynəlxalq təhlükəsizliyin, sülh və əmin-amanlığın təmin edilməsi vacib amillərdən biridir. Ölkəmiz yaxın tarixi keçmişdə əsassız ərazi iddialarına məruz qalaraq, ədalətsiz müharibəyə cəlb edilərək, bu qanlı savaşın ağır fəsadlarını yaşayıb. 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti təxribatı ilə başlayan Vətən müharibəsi torpaqlarımızın işğaldan azad olunması ilə yekunlaşıb. Qısa zaman ərzində Ermənistan ordusunun təcavüzü nəticəsində xarabazara çevrilmiş şəhər və kəndlərimizdə sürətli abadlıq və quruculuq işlərinə start verilib. Görülən təxirəsalınmaz tədbirlər nəticəsində keçmiş məcburü köçkünlərin doğma yurdlarına qayıdışı başlanılıb. Bölgədə ekoloji tarazlığı bərpa etmək istiqamətində "yaşıl iqtisadiyyat"a, bərpaolunan enerjiyə əsaslanan genişmiqyaslı yenidənqurma işlərinə start verilib...

44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm qələbəmiz, regionda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri illərdir ki, Ermənistandan mənfur məqsədləri üçün istifadə edib regionda  müharibə alovunu körükləyən  böyük dövlətlərin, xüsusilə Fransanın qısqanclığına səbəb olub. Əsas işi regionda sülhə, əmin-amanlığa mane olmaq məqsədilə gərginlik yaratmaq, Ermənistanı silahlandırıb yenidən Azərbaycana qarşı müharibəyə təhrik etməyi qarşısına məqsəd qoyan  Fransa prezidenti Emmanuel Makron əvvəlcə iki ölkə arasında gedən sülh danışıqlarında "vasitəçi" qılığına girib prosesi pozmağa çalışdı. İstədiklərinə nail ola bilmədiklərini gördükdə isə Fransa kimi bir dövlətin başçısı erməni lobbisinin sözçüsünə çevrilərək Azərbaycan əleyhinə aparılan çirkin kampaniyaya  "liderlik" etməyə başladı. 

Oyuncağı əlindən alınmış uşaq kimi cığallıq edərək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) Azərbaycanın sədrlik etməsini həzm edə bilməyən Makron bu mötəbər tədbirin gözdən salınması məqsədilə dəridən, qabıqdan çıxdı, bir sıra dövlət başçılarına tədbirə qatılmamaq barədə çağırışlar da etdi. Amma arzusu yenə də ürəyində qaldı. Bütün dünyanın nəzərləri Azərbaycana yönəldi. Dünyanın 196 ölkəsindən 72 mindən çox nümayəndə COP29-da iştirak etmək üçün Bakıya gəldi. 80 prezident, vitse-prezident və baş nazir çox fəal şəkildə liderlərin zirvə görüşündə iştirak etdi. Fransanın ölkəmiz əleyhinə hazırladığı bu oyun da baş tutmadı...

Emmanuel Makrondan başqa kimsə Fransanın bu dərəcədə nüfuzdan salınıb, beynəlxalq imicinə zərbə vura bilməzdi.

Azərbaycan XİN-dən verilən məlumata görə, Fransanın ölkəmizdəki səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə (XİN) çağırılaraq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində və sessiya zamanı Fransanın Azərbaycan sədrliyinin hədəf alınmasına etiraz bildirilib.

Bundan başqa, səfirin diqqətinə Ermənistanın geniş şəkildə silahlanmasını həyata keçirən, militarizmi və revanşizmi təşviq edən Fransanın addımlarının sülh prosesinə zərbə olduğu çatdırılıb. XİN-in məlumatında Azərbaycanı hədəf alan, eləcə də normallaşma prosesini təhlükə altına salan bu addımlara son qoyulmasının Fransa tərəfindən təkidlə tələb olunduğu qeyd edilir.

Bu bir faktdır ki, dünyada ölkəmiz əleyhinə erməni lobbisinin sifarışlərini gerçəkləşdirmək istəyən muzdlu dəstəyə COP29-un işinə başladığı ərəfədə və bu günlərdə daha çox fəallıq göstərmək tapşırığı verilib.

COP29 konfransı başlayan zaman Fransanın xüsusi səyləri ilə Avropa Parlamentində sədrliyimizi əsassız şəkildə tənqid edən, ümumilikdə isə iqlim dəyişmələri ilə mübarizə sahəsində qlobal səylərimizə qarşı çevrilmiş qətnamənin qəbulundan tutmuş Azərbaycana qarşı çıxışları və qatı ermənipərəst mövqeyi ilə tanınan amerikalı konqresmen Frank Peloninin COP29-da iştirak etmək məqsədilə Bakıya gəlməsini qəti surətdə təsadüfi hesab etmək olmaz. Bu fakt göstərir ki, eyni mərkəzdən idarə olunan antiazərbaycançı şəbəkə COP29-un keçirildiyi günlərdə ölkəmizin beynəlxalq aləmdə artan nüfuzundan narahat olaraq daha "aktiv" fəaliyyətə keçiblər. Muzdlu dəstənin əsas simalarından biri Frank Peloni  ilə yanaşı, ermənipərəst senatorlar Ed Marki və Şeldon Uaythaus da COP29-da "iştirak" etmək üçün Bakıya gəliblər. Ermənipərəst  "cənablar" çox gözlətmədən  keçirdikləri brifinqdə söylədikləri qızışdırıcı fikirləri ilə özlərini ifşa etdilər. Yeganə məqsəd yüksək səviyyədə təşkil edilən  COP29-un gedişatına kölgə salmaq cəhdi idi.

Peloni hər zaman Azərbaycana qarşı böhtan kampaniyalarında, ölkəmizin əleyhinə qətnamələrin qəbul olunmasında fəal iştirak edib. Bu yaxınlarda 60 konqresmen tərəfindən imzalanaraq ABŞ Dövlət Departamentinə  ünvanlanmış bədnam sənədin altında da onun  imzası var. Frank Peloni ölkəmizdə ona olan münasibətdən də qəti surətdə xəbərsiz deyil. COP29 tədbiri çərçivəsində ölkəmizə gəlişi də heç səbəbsiz deyildi. Əgər o Azərbaycandan qaçmağa məcbur edilməsəydi, sözsüz ki, təxribat xarakterli əməlləri ilə tarixiləşməyə çalışacaqdı. Lakin əməlləri bumeranq kimi üstünə qayıtdı. Kütləvi informasiya vasitələri, QHT-lərin, vətəndaş cəmiyyətinin nümayəndələri ona layiq olduğu yeri göstərdilər. Göstərdilər ki, Azərbaycana qarşı şər-böhtan kampaniyası aparan hər kəs nifrətə layiqdir və kimliyindən asılı olmayaraq lazımi cavabını alacaq. F.Peloni heç bir tədbirdə iştirak etmədən, heç  kimlə görüşməyə cürət etmədən gecə saatlarında ölkəmizi tərk etdi. Əli ətəyindən uzun geriyə qayıtmaq məcburiyyətində qaldı. Aldığı sifarişi yerinə yetirə bilməyən, erməni lobbisinin əlində oyuncaq olan üzdəniraq konqresmen ABŞ-yə qayıdandan sonra "X" şəbəkəsində ermənilərə olan borcunu ödəyəcəyini bildirib. 

Frank Peloninin Bakıda başına gələnlər erməni lobbisinin digər muzdlu "qəhrəmanları"na da nəticə çıxarmaq üçün dərs oldu.


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Gənc əsgərlərin andiçmə mərasimi keçirilib  

14:08
22 Noyabr

“Irrigo – dayanıqlı kənd təsərrüfatı ekosistemi” COP29-da təqdim edilib

13:54
22 Noyabr

Sabah hava şəraiti əsasən yağmursuz olacaq  

13:47
22 Noyabr

Azərbaycan Beynəlxalq Tolerantlıq və Sülh Parlamentinin 11-ci plenar sessiyasında təmsil olunacaq  

13:32
22 Noyabr

Hindistanda təhlükəsizlik qüvvələri ilə toqquşmada 10 maoçu öldürülüb  

13:13
22 Noyabr

Türkiyə Yaşıl Hidrogen İstehsalçıları Assosiasiyasının rəhbəri iqlim investisiyalarını artırmağa çağırıb  

13:12
22 Noyabr

COP29 çərçivəsində Afrikada tətbiq olunan yaşıl təşəbbüslərə dair tədbir keçirilib  

13:11
22 Noyabr

İsveçrə nümayəndəsi: İnanıram ki, COP29 doğru bir yol olacaq  

13:10
22 Noyabr

COP29 Malayziya mətbuatında  

13:09
22 Noyabr

Prezident İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib  

12:07
22 Noyabr

Türkiyədə I İstanbul Enerji Forumu keçirilir  

12:05
22 Noyabr

Amerikalıların 50 faizi Trampın kadr təyinatlarını müsbət qiymətləndirir  

12:04
22 Noyabr

COP29-un nigeriyalı iştirakçısı: Burada iştirak etdiyim üçün özümü çox şanslı hiss edirəm  

12:03
22 Noyabr

COP29-un iştirakçısı: Burada aparılan müzakirələr nəticəsində iqlim probleminin öhdəsindən gəlmək mümkündür  

11:50
22 Noyabr

Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər  

11:49
22 Noyabr

Ötən ay yaşa görə sosial müavinət alanların sayı 155 mindən çox olub  

11:46
22 Noyabr

Azərbaycan nefti bahalaşıb  

11:46
22 Noyabr

Meksikalı icraçı direktor: Məqsədlərə çatmaq istəyiriksə, maliyyə dəstəyini artırmalıyıq  

11:42
22 Noyabr

Seneqallı iştirakçı: Ümid edirik ki, COP29-dan sonra daha çox ölkə iqlimlə bağlı maliyyə ayıracaq  

11:19
22 Noyabr

COP29-da danışıqlar qruplarının iştirakı ilə Qurultay olub  

11:02
22 Noyabr

On ayda əhaliyə ödənilən müavinətlərin statistikası açıqlanıb  

10:59
22 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!