06 Sentyabr 2025 08:22
915
SİYASƏT
A- A+
Erməni hərbi cinayətkarların dəhşətli etirafları

Erməni hərbi cinayətkarların dəhşətli etirafları


Qarabağda və Şərqi Zəngəzurda həyat sürətlə canlanır. Azərbaycan dövləti Ermənistanın 30 illik işğalından azad etdiyi ərazilərində "Böyük qayıdış" proqramı çərçivəsində həyata keçirdiyi tikinti-quruculuq işlərini davam etdirir.

2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsindən sonra həmin əraziləri ziyarət edənləri işğalçı ermənilərin amansızlığı, vəhşiliyi dəhşətə gətirirdi. Qəsbkarlar Qarabağı və Şərqi Zəngəzuru başdan-başa xarabalığa çevirmişdilər. Ermənilər işğal müddətində o ərazilərdə səngər qazmaqdan, istehkam qurmaqdan başqa "iş" görməmişdilər. Çünki özgə torpaqlarını ələ keçirdiklərini bilirdilər. Həmin torpaqların əsl sahiblərinə qarşı hər qəddarlığı etmişdilər, azərbaycanlılara qarşı kütləvi qırğınlar, qətliamlar, soyqırımları törətmişdilər. 

Rəsmi İrəvan sülh danışıqlarını uzada-uzada Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur ərazilərini işğalda saxlamaq niyyətində idi. Ancaq bu məkrli niyyətə Azərbaycan Ordusu 2020-ci ilin payızında Vətən müharibəsində böyük Zəfəri ilə son qoydu. 2023-cü ilin sentyabrında isə müzəffər ordumuz lokal xarakterli antiterror əməliyyatı həyata keçirərək Qarabağda qalmış Ermənistan silahlı qüvvələrinin tör-töküntülərini və separatçıları məğlub edib ölkəmizin suverenliyini tam bərpa etdi.

Azərbaycan Ordusunun bu qələbələri haqqın, ədalətin təntənəsi, işğalçılar üçün isə ibrət dərsi idi. Yaşadığımız 2025-ci il də başqa ibrətamiz səhifələrlə tarixə köçür.

1980-ci illərin sonlarından başlayaraq Qarabağı münaqişə ocağına çevirəndə, havadarlarından aldıqları silah-sursatla, hərbi texnika ilə əllərindən ov tüfəngləri belə alınmış azərbaycanlılara qarşı vuruşanda, dinc sakinlərə hücum edəndə, günahsız körpələrə, qız-gəlinlərə, qocalara, əlillərə işgəncələr verəndə, divan tutanda qəddar ermənilər elə bilirdilər ki, dəhşətli əməlləri cəzasız qalacaq. Ancaq atalarımız: "Haqq nazilər, amma üzülməz" deyiblər. Azərbaycan xalqına qarşı ağır cinayətlər törədən ermənilərin bir qrupunun Bakıda keçirilən məhkəməsi bu müdrik kəlamın reallığını bir daha təsdiqləyir. 

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunları və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayət əməllərinə görə Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri məhkəmə qarşısında cavab verirlər. Qeyd edək ki, Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə iclaslarında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunublar.

Məhkəmə iclasları zamanı zərərçəkənlər, onların hüquqi varisləri və nümayəndələri tribunalarda yer alır, özlərinin, doğmalarının başlarına erməni cinayətkarların gətirdikləri tükürpədici müsibətləri dilə gətirirlər. Tutarlı faktların qarşısında qalan erməni hərbi cinayətkarlar isə cinayət əməllərini etiraf etməli olurlar. 

Sentyabrın 4-də davam edən məhkəmə prosesində təqsirləndirilən şəxs Qarik Martirosyanın cinayət işi üzrə ibtidai istintaqa verdiyi ifadələr və ona aid elan olunan digər sənədlər təqdim edildi. İbtidai istintaqa verdiyi ifadələrə əsasən, o, 1993-cü ilin əvvəllərindən 1994-cü ilin sonlarınadək, habelə 2020-ci ildə 44 günlük müharibə zamanı və 2023-cü ilin yanvar ayından sentyabrın 20-dək olan müddət ərzində döyüş mövqelərində növbətçilik çəkib, Azərbaycan əsgərləri istiqamətində atəşlər açıb. 

Xocalı rayonu ərazisində yaranmış "Əsgəran özünümüdafiə birləşmələri" adlı hərbi birləşməyə Vitali Balasanyan rəhbərlik edib. O da 1993-cü ilin əvvəllərindən etibarən həmin hərbi birləşmələrin tərkibinə daxil olub.

Digər təqsirləndirilən şəxs - Madat Babayan ibtidai istintaqa ifadəsində 1988-ci ildə Xankəndi şəhərində silahlı dəstələr yaradaraq müxtəlif ərazilərdə azərbaycanlı əhaliyə qarşı kütləvi qırğınlar təşkil etməyə başladıqlarını deyib. O özü 1990-cı ilin əvvəllərində Ağdərə rayonunun Çardaqlı kəndində Svis və Nurik adlı erməni komandirlərin rəhbərliyi altında dəstələrə qoşularaq könüllü olaraq döyüş əməliyyatlarında iştirak etməyə başlayıb. 1990-1992-ci illərdə Ağdərə rayonunun ərazisində yaşayan azərbaycanlı əhalinin məskunlaşdığı Sırxavənd, Umudlu, Baş Güneypəyə, Bəşirlər, Canyataq, Çərəktar, Damğalı, Gülyataq, Hayad, Xatınbəyli, İmarət Qərvənd, Qaraşlar, Qazançı, Məlikli, Maralyansarov, Orta Güneypəyə, Şahmansurlu, Yarımca, Yeni Qaralar və digər kəndlərin ərazisində azərbaycanlılara qarşı aparılan döyüş əməliyyatlarında iştirak edib. Həmçinin o, 1990-1994-cü illərdə batalyon komandiri Robert Sarkisyanın rəhbərliyi ilə Suqovuşan kəndi istiqamətində gedən döyüşlərə qatılıb, Azərbaycanın hərbi qulluqçularını qətlə yetirib.

Madat Babayan ibtidai istintaqa ifadəsində amansızlıqla törətdikləri Xocalı soyqırımından da danışıb. Bildirib ki, fevralın 24-də Arkadi Şirinyan həmin vaxt 3 bölüyün qarşısında çıxış edərək növbəti gün, yəni 1992-ci il fevralın 25-də gecə saatlarında hücuma keçərək Xocalıda yaşayan azərbaycanlı dinc əhaliyə qarşı qətliam törədəcəklərini deyib. Onlar komandir Arkadi Şirinyanın əmrinə uyğun olaraq hazırlıq görməyə başlayıblar.

Xocalıya aramsız artilleriya, minaatan və "BM-21-QRAD" sistemlərinin atəşlərindən sonra onlar fevralın 25-dən 26-na keçən gecə saat 24 radələrində şəhərə daxil olublar və hər iki tərəfdən avtomat, pulemyot, qumbaraatanlardan istifadə etməklə Xocalıda qarşılarına çıxan dinc əhaliyə atəş açmağa, evləri yandırmağa başlayıblar. Bəzi sakinlər ayaqlarıyalın, qucaqlarında körpə uşaqlarla birlikdə Xocalı şəhərinin yaxınlığından keçən Qarqar çayını keçərək, dağlara doğru və Ağdam rayonunun Şelli kəndi istiqamətinə qaçıblar. Amma bu zaman əvvəlcədən şəhərin ətrafında postlar qurmuş Ermənistan silahlı qüvvələrinin digər hərbçiləri tərəfindən güllələniblər. Madat Babayan da həmin vaxt əmrə əsasən qadın, kişi, qoca, yaşlı demədən avtomatla hamıya aramsız atəş açıb. Arkadi Şirinyan və digər komandirlər əmr ediblər ki, orada xüsusi vəhşiliklər törədilsin. 

Fevralın 26-da səhər saat 10 radələrində onlar şəhərdə və şəhərdən kənar dağlıq meşəlik ərazidə qırğınlar, talanlar törətdikdən sonra Arkadi Şirinyan atəşin dayandırılması barədə əmr verib. Həmin vaxt qar yağdığı üçün səhər radələrində yerdə olan qar bütövlükdə qana boyanmış, yüzlərlə dinc sakinin meyiti ətrafa səpələnmişdi. Atəş dayandırıldıqdan sonra onlar A.Şirinyandan nə edəcəklərini soruşmuşlar. Arkadi isə meyitləri və yaralıları ərazidən yığmalarını tapşırmışdır. Olduqları mövqelərə yaxın yerlərdən təxminən 150-200 meyit yığmışlar. Onların arasında azyaşlı uşaqlar, cavan-yaşlı qadınlar, kişilər, qocalar olmuşlar.

Meyitləri yığan zaman onlar ərazidə yerə uzadılmış vəziyyətdə bir neçə yaralı şəxsi aşkar ediblər. Yaralıları meyitlərdən təxminən 7-8 metr aralıda bir yerə toplayandan sonra Vamik Petrosyan rabitə ilə yaralılar barədə Arkadi Şirinyana məlumat verib. Bir neçə dəqiqə sonra Xankəndi şəhərindən təcili tibbi yardım avtomobili gələrək həmin yaralıları aparıb. Həmin yaralıların sonrakı taleyi barədə onun heç bir məlumatı olmayıb. 

Ümumiyyətlə, Xocalı şəhərindən olan Ermənistan hərbçiləri əraziyə səpələndiyindən onlar meyitləri ayrı-ayrılıqda yığıblar. Meyitləri yığdıqdan sonra 3 "URAL" yük avtomobili gəlib və onlar meyitləri həmin yük avtomobillərinə yığıblar. Həmin vaxt Vamik və Şirin uca səslə gülərək bildiriblər ki, "Bunlar türkdür, türklərə qarşı həmişə belə olmalıyıq". Ümumiyyətlə, qətliam zamanı Vamik Petrosyan və Şirin Şirinyan xüsusi qəddarlıqları ilə seçiliblər.

Təqsirləndirilən şəxs qeyd edib ki, 1992-ci il fevralın 26-dan martın 8-dək Xocalıda talanlar olub. 

Bu gün ədalət məhkəməsinin qarşısında dayanmış, soydaşlarımıza qarşı dəhşətli cinayətlər törətdiklərini etiraf edən erməni hərbi cinayətkarlarını dinləmək çox ağırdır. Ancaq bu, tarixdir. Yaşanmış və heç zaman unudulmayacaq tarix... 


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Vergi daxilolmaları 13,6 milyard manatı keçdi

13:02
07 Oktyabr

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib

12:36
07 Oktyabr

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır  

12:22
07 Oktyabr

Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

12:21
07 Oktyabr

Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır  

12:00
07 Oktyabr

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir  

11:59
07 Oktyabr

Konqresinin hesabatı: İran müharibəsində ABŞ 81 hərbi təyyarə, helikopter və PUA itirib

11:58
07 Oktyabr

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib  

11:57
07 Oktyabr

Şamil Ayrım: İtkinlərin taleyinin müəyyənləşdirilməsi siyasi mübahisələrdən kənarda, humanitar məsələ kimi qiymətləndirilməlidir  

11:57
07 Oktyabr

Nazir: Qanun layihəsi dövlətin aqrar sahədəki vəzifələrini 32 istiqamət üzrə dəqiqləşdirir  

11:53
07 Oktyabr

Tahir Rzayev: Aqrar sahədə dəstək mexanizmini təkmilləşdirmək başlıca istiqamətdir  

11:52
07 Oktyabr

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir  

11:51
07 Oktyabr

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır  

11:51
07 Oktyabr

Məcnun Məmmədov: "Aqrar sahə haqqında" qanun layihəsi problemlərin həllinə yönəlib

11:50
07 Oktyabr

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir

11:34
07 Oktyabr

Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub  

11:33
07 Oktyabr

Keniyada Ebola virusuna ilk yoluxma və ölüm halı qeydə alınıb

11:31
07 Oktyabr

Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb  

11:13
07 Oktyabr

Azərbaycanın xarici işlər naziri Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə yola düşüb  

11:11
07 Oktyabr

Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb  

11:10
07 Oktyabr

DİN: Borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılıb

11:08
07 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!