11 Fevral 2026 19:14
467
SİYASƏT
A- A+
Ərəb Parlamentinin prezidenti: Ərəb dünyası Azərbaycanla münasibətlərə önəm verir  

Ərəb Parlamentinin prezidenti: Ərəb dünyası Azərbaycanla münasibətlərə önəm verir  


Milli Məclisin sədri Sahibə Qafarova fevralın 11-də ölkəmizdə rəsmi səfərdə olan Ərəb Parlamentinin prezidenti Məhəmməd Əhməd Əl-Yammahi ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Ərəb Parlamentinin prezidentinin ölkəmizə ilk rəsmi səfəri yüksək qiymətləndirilib, bu səfərin iki qurum arasında münasibətlərin daha da inkişafına mühüm töhfə verəcəyinə dair əminlik ifadə olunub.

Söhbətdə Azərbaycan ilə ərəb ölkələri arasında münasibətlərin ortaq tarix, dini-mənəvi dəyərlər və qarşılıqlı hörmət əsasında uğurla inkişaf etdiyi bildirilib. Ümummilli Lider Heydər Əliyevin bu əlaqələrə xüsusi önəm verdiyi, Prezident İlham Əliyevin isə həmin siyasəti uğurla davam etdirdiyi vurğulanıb. Qarşılıqlı səfərlərin intensivliyi və aparılan danışıqların əlaqələrin inkişafına mühüm töhfə verdiyi qeyd edilib.

Görüşdə Azərbaycanın İslam həmrəyliyinin gücləndirilməsi və islamofobiyaya qarşı mübarizədə fəal rol oynadığı bildirilib. İslam Əməkdaşlıq Təşkilatında qarşılıqlı dəstəyin davam etdiyi vurğulanaraq, Azərbaycanla Ərəb Dövlətləri Liqası arasında 20 illik əməkdaşlıq qeyd olunub, Prezident İlham Əliyevin 2022-ci ildə Liqanın Zirvə Görüşündə iştirakı xatırladılıb.

Söhbət zamanı Prezident İlham Əliyevin təşəbbüsü ilə təsis olunmuş və hazırda Azərbaycanın sədrliyi ilə fəaliyyət göstərən Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi (QHPŞ) ilə Ərəb Parlamenti arasında əlaqələrin dinamik inkişaf etdiyi bildirilib.

Azərbaycana səfərindən məmnunluğunu ifadə edən Ərəb Parlamentinin prezidenti Məhəmməd Əhməd Əl-Yammahi Prezident İlham Əliyevin regionda sülhün təmin olunması istiqamətində fəaliyyətini yüksək qiymətləndirib. Ərəb dünyasının Azərbaycanla münasibətlərə önəm verdiyini və ticarət, enerji, logistika sahələrində əməkdaşlığı dərinləşdirməkdə maraqlı olduğunu bildirib. Fələstin məsələsində Azərbaycanın göstərdiyi dəstəyə görə təşəkkür edib.

Parlamentlərimiz arasındakı münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu deyən qonaq rəhbərlik etdiyi qurumun Milli Məclis, eləcə də Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə yaratdığı əməkdaşlığın və dialoqun parlamentlərarası əlaqələrin genişləndirilməsi üçün möhkəm zəmin olduğunu vurğulayıb. O, Milli Məclis sədrinin Parlament Şəbəkəsinin işinin səmərəli təşkilindəki rolunu yüksək qiymətləndirərək, onu Ərəb Parlamentinin plenar sessiyasına dəvət edib.

Görüşdə qonağa Azərbaycanın tarixi inkişaf yolu və Milli Məclis barədə məlumat verilib. Parlamentin strukturu, siyasi partiyaların və qadınların təmsilçiliyi, eləcə də son seçkilər haqqında məlumat təqdim olunub. Bildirilib ki, hazırkı çağırış Azərbaycanın bütün suveren ərazisində keçirilmiş seçkilərdən sonra formalaşıb.

Sonra qonaq Milli Məclisin Xatirə kitabını imzalayıb. Nümayəndə heyəti plenar iclas zalı və foyedə yerləşən, 44 günlük Vətən müharibəsinə həsr olunmuş “Zəfər guşəsi” ilə tanış olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

SDU tələbələrinin layihəsi maraq doğurub

09:05
04 Aprel

Gəncədə Aprel şəhidlərinin ailələri ziyarət olunub 

09:00
04 Aprel

Qlobal çağırışlar fonunda Azərbaycanın regional inkişaf modeli

08:55
04 Aprel

Neft qiymətləri öz tarixi rekordunu yeniləyə bilərmi?

08:50
04 Aprel

Noyabr zəfəri Aprel qələbəsinin davamı idi

08:45
04 Aprel

Aprel döyüşləri Azərbaycanın hərbi gücünün ilkin təsdiqi oldu

08:40
04 Aprel

TDT ölkələri arasında ticarət dövriyyəsini artırmaq üçün böyük potensial var

08:35
04 Aprel

TDT mühüm əməkdaşlıq platformasına çevrilib

08:30
04 Aprel

Türk Dövlətləri Təşkilatı sağlam təməl üzərində qurulur

08:25
04 Aprel

TDT-nin Bakı görüşü gələcəyin strategiyasını müəyyən etdi

08:20
04 Aprel

Türk dünyasının geosiyasi özünüdərki və yeni güc mərkəzinə çevrilməsi

08:15
04 Aprel

Azərbaycanın humanitar diplomatiyası sərhəd tanımır

08:10
04 Aprel

"Heydər Əliyev ideyaları müasir Azərbaycanın Zəfər yoludur"

08:05
04 Aprel

Ölkəmizin öndərliyi ilə TDT qlobal güc mərkəzinə çevrilir

08:00
04 Aprel

"Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə"nin, "Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi haqqında Əsasnamə"nin, "Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə"nin və "Azərbaycan Respublikasının fəxri konsulu haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə

02:48
04 Aprel

Ərazilərin minalardan təmizlənməsi sahəsində fərqlənən şəxslərin "Minatəmizləmə sahəsində xidmətlərə görə" medalı ilə təltif edilməsi haqqında

02:40
04 Aprel

Yeni tikilən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun 81,3 kilometrlik hissəsinin ödənişli avtomobil yolu kimi müəyyən edilməsinə dair tədbirlər haqqında

02:38
04 Aprel

Media: İran ABŞ-nin 48 saatlıq atəşkəs təklifini rədd edib

00:52
04 Aprel

Media: İran səmasında vurulmuş ABŞ-nin helikopteri təhlükəsiz eniş edə bilib  

23:51
03 Aprel

BƏƏ-də Habşan qaz strukturuna hücum olub, ölən var

23:49
03 Aprel

Minifutbol üzrə Azərbaycan çempionu mükafatlandırılıb

23:01
03 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!