05 Oktyabr 2024 10:56
845
İQTİSADİYYAT
A- A+
Energetika naziri G20 Enerji Keçidi Nazirlər İclasında COP29-un təşəbbüslərindən danışıb

Energetika naziri G20 Enerji Keçidi Nazirlər İclasında COP29-un təşəbbüslərindən danışıb

Energetika naziri Pərviz Şahbazov Braziliyada G20-nin enerji keçidi üzrə nazirlər iclasında Azərbaycan və Braziliyanın növbəti “Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr” dövrü üçün sıx əməkdaşlıq etdiyini, G20 çərçivəsində keçirilən tədbirlərin, habelə G20 Liderlər Sammitinin ambisiyaların artırılması və COP29-un nəticələrinin həyata keçirilməsində mühüm rolunu qeyd edib.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, COP29 Sədrliyinin iqlim dəyişmələri ilə bağlı inkişaf etməkdə olan ölkələrin artan maliyyə ehtiyaclarını ödəmək məqsədilə yeni kollektiv kəmiyyət hədəfinin razılaşdırılması və effektiv karbon bazarları vasitəsilə iqlimlə bağlı fəaliyyətin gücləndirilməsi kimi prioritetlərindən bəhs edib. Bildirilib ki, “Yaşıl Enerji üzrə Zona və Dəhlizlər”, “Qlobal Enerji Saxlancları və Şəbəkələri”, “Hidrogen Bəyannaməsi” təşəbbüsləri dünyada enerji keçidini sürətləndirəcək.

“Enerji keçidi fərdi və kollektiv səylər tələb edən proses və öhdəlikdir. Azərbaycan inklüzivliyə tam sadiqdir və COP29-un uğurlu enerji nəticələrini təmin etmək üçün bütün maraqlı tərəflərlə işləməyə hazırdır”,- deyə nazir əlavə edib.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident: Qara dənizin dibi ilə enerji kabelinin texniki əsaslandırma işləri bu yaxınlarda bitəcək  

12:32
12 Noyabr

IRENA-nın baş direktoru: COP29 ən yüksək səviyyədə təşkil olunub  

12:32
12 Noyabr

Prezident: Azərbaycanın başladığı meqalayihələr Avrasiyada enerji və daşımalar yollarını dəyişib  

12:30
12 Noyabr

Prezident İlham Əliyev: COP29-un sədri kimi Azərbaycan inkişaf etmiş və inkişaf edən ölkələr arasında konsensusun tapılmasına töhfə verməyə çalışacaq  

12:30
12 Noyabr

Prezident İlham Əliyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsi deməkdir  

12:29
12 Noyabr

Azərbaycanın energetika naziri COP29-da dəstəklənməsi vacib olan təşəbbüsləri açıqlayıb  

12:29
12 Noyabr

Nazir: Bərpaolunan enerjinin 11 min giqavat istehsal gücünə çatdırılması üçün əhəmiyyətli investisiyalara ehtiyac var  

12:27
12 Noyabr

Baş prokuror: COP29 çərçivəsində “İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının səfərbər olunması” adlı sessiya keçiriləcək  

12:26
12 Noyabr

Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilir YENİLƏNİB

12:09
12 Noyabr

İƏT-in Baş katibi Azərbaycana səfərə gəlib  

12:07
12 Noyabr

Baş nazir Əli Əsədov Antiqua və Barbudadan olan həmkarı ilə söhbət edib  

11:49
12 Noyabr

Baş nazir Əli Əsədov Esvatininin Baş naziri ilə görüşüb  

11:39
12 Noyabr

Pərviz Şahbazov: bp ilə yaşıl enerji zonası - Şərqi Zəngəzurda 240 MVt gücündə Günəş elektrik stansiyasının təməli qoyulacaq  

11:36
12 Noyabr

COP29 iştirakçılarına gənclərin iqlim siyasətində roluna dair məruzə təqdim edilib  

11:34
12 Noyabr

Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib  

11:17
12 Noyabr

Nazir Məcnun Məmmədov FAO-nun Baş direktoru Qu Dongyu ilə görüşüb

11:15
12 Noyabr

Azərbaycan, Qazaxıstan və Çin Bakı Limanında yeni İntermodal Yük Terminalının inşası üçün birgə müəssisə yaradıb 

11:13
12 Noyabr

COP29-da neft hasilatının ətraf mühitə təsiri tendensiyasının dəyişməsi mövzusu müzakirə olunub  

11:12
12 Noyabr

Bu gün “Şəfəq” Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi keçiriləcək  

11:11
12 Noyabr

Azərbaycan nefti ucuzlaşıb

11:10
12 Noyabr

COP29: Paris Sazişi hədəflərinə nail olmaq istiqamətində töhfələrə dair panel keçirilib  

11:09
12 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!