22 May 2026 17:21
77
CƏMİYYƏT
A- A+
Emin Ağalarov: “Sea Breeze” və “Bakı Ağ Şəhər”in birgə layihələri investisiya axınını gücləndirəcək

Emin Ağalarov: “Sea Breeze” və “Bakı Ağ Şəhər”in birgə layihələri investisiya axınını gücləndirəcək


“Sea Breeze” və “Bakı Ağ Şəhər” layihələri arasında əməkdaşlıq haqqında saziş Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində imzalanıb. Bu platforma iki iri layihənin səylərinin birləşdirilməsi üçün ən uyğun məkan hesab olunur.

AZƏRTAC xəbər verir ki, bu barədə WUF13 çərçivəsində “Sea Breeze” pavilyonunda jurnalistlərə açıqlamasında “Agalarov Development” şirkətinin prezidenti Emin Ağalarov bildirib.

“İlk növbədə bu, çox uyğun bir platformadır, çünki iki ən böyük layihə səylərini birləşdirir və biz hər iki layihəni daha asan inkişaf etdirə biləcəyik. Amma bu rəqabət deyil, çünki konsepsiyalarımız fərqlidir və biz bir-birimizdən təxminən 20 kilometr məsafədə yerləşirik”, - deyə E.Ağalarov bildirib.

Onun sözlərinə görə, əməkdaşlıq ideyası “Bakı Ağ Şəhər”in rəhbəri Ruslan Əliyevlə uzun müddətdir müzakirə olunurdu. O qeyd edib ki, “Bakı Ağ Şəhər”in təcrübəsi “Sea Breeze” layihəsinə, “Sea Breeze”in yanaşmaları isə “Bakı Ağ Şəhər”ə uğurla tətbiq oluna bilər.

“Birgə layihələri bundan sonra da həyata keçirəcəyik. Bu, bütün master-planın icra prosesini sürətləndirəcək”, - deyə “Agalarov Development” şirkətinin prezidenti vurğulayıb.

Emin Ağalarov, həmçinin xarici investisiyaların cəlbi məsələsində əməkdaşlığın əhəmiyyətini qeyd edib. Onun sözlərinə görə, hər iki struktur layihələrin tanıdılması və beynəlxalq investorların cəlbi istiqamətində böyük iş görülüb.

“Əgər investor “Sea Breeze”ə daxil olub orada layihə həyata keçirirsə, biz ona ““Bakı Ağ Şəhər”də daha şəhər formatlı digər imkanlar da aça bilərik. Eyni şəkildə bunu əks istiqamətdə də etmək mümkündür”, - deyə o bildirib.

Gələcək addımlardan danışan E.Ağalarov yaxın vaxtlarda yeni layihənin elan ediləcəyini də qeyd edib.

“Yeni kompleksin tikintisi elan olunacaq və bu layihəni birbaşa “Bakı Ağ Şəhər” komandası “Sea Breeze” ərazisində bizim dəstəyimizlə həyata keçirəcək. Biz isə öz növbəmizdə ““Bakı Ağ Şəhər”in master-planına inteqrasiya oluna biləcək layihə üzərində düşünürük”, - deyə Emin Ağalarov əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında gender bərabərliyinin təşviqinə həsr olunan tədbir keçirilib  

20:49
22 May

Koreya Xalq Demokratik Respublikasının Dövlət İşlərinin Sədri Kim Çen Indan 

19:24
22 May

Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifədən

19:23
22 May

Somali ilə Azərbaycan arasında potensial əməkdaşlıq imkanları nəzərdən keçirilib  

19:22
22 May

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazirin müavini, Prezident Administrasiyasının rəhbəri Şeyx Mansur bin Zayed Al Nəhyandan

19:21
22 May

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin Raşid Al Maktumdan  

19:20
22 May

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyandan  

19:19
22 May

Muxtar Babayev: Bakı qlobal qərarların qəbul edildiyi mühüm mərkəzə çevrilməkdədir  

19:18
22 May

Premyer Liqa: Çempion “Sabah” mövsümü qələbə ilə başa vurub

18:59
22 May

WUF13 çərçivəsində böhran və münaqişə şəraitində mənzil hüquqları və yenidənqurma çağırışlarından danışılıb

18:47
22 May

WUF13-ün rəsmi bağlanış mərasimi keçirilib 

18:15
22 May

Avrasiya İqtisadi Komissiyası Kollegiyasının sədri Bakıtcan Saqintayevdən

17:59
22 May

Niderlandın Kralı Villem-Aleksandrdan

17:54
22 May

WUF13-də Azərbaycanın və BMT-nin bayraqlarının endirilməsi mərasimi keçirilib 

17:49
22 May

İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Əsəd Məcid Xandan

17:32
22 May

AFFA ilə Ombudsman təsisatı arasında əməkdaşlıq çərçivəsində görülmüş işlər müzakirə olunub

17:32
22 May

Milli Məclisin sədri MDB PA-nın plenar iclasının iştirakçılarını WUF13 barədə məlumatlandırıb  

17:29
22 May

WUF13 çərçivəsində “Qlobal Cənubda məhsuldar tərəfdaşlıqları təşviq edən inşaatçılar koalisiyası” mövzusunda sessiya baş tutub - 

17:26
22 May

Emin Ağalarov: “Sea Breeze” və “Bakı Ağ Şəhər”in birgə layihələri investisiya axınını gücləndirəcək

17:21
22 May

WUF-a sədrlik Azərbaycandan Meksikaya təhvil verilib  

17:18
22 May

Baş nazir Əli Əsədov Aşqabadda MDB Hökumət Başçıları Şurasının iclasında iştirak edib  

17:13
22 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!