29 Avqust 2023 01:03
2394
ELANLAR
A- A+
Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi respublika üzrə bir sıra təhsil müəssisələrinin əsaslı təmir işlərinin satın alınması ilə bağlı açıq tender elan edir

Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi respublika üzrə bir sıra təhsil müəssisələrinin əsaslı təmir işlərinin satın alınması ilə bağlı açıq tender elan edir

 

Respublika üzrə bir sıra təhsil müəssisələrinin əsaslı təmir işlərinin satın alınması 
Açıq tender iştirakçılarına təklif edilir ki, öz təkliflərini imzalanmış, möhürlənmiş, ikiqat bağlamada, yazılı surətdə təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: iddiaçıların ixtisas göstəricilərinin uyğunluğu, aşağı qiymət, ödəniş şərtləri, müqavilənin vaxtında yerinə yetirilməsi, təminat verilən istismar müddəti.
Açıq tender proseduru ilə əlaqədar məlumat almaq üçün əlaqələndirici şəxsə müraciət etmək olar: Əlaqələndirici şəxs - Z.Quliyev.
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Y.Bakuvi, 18.
Tel: (+99412) 465 73 48 (daxili 134).
Maraqlananlar açıq tender prosedurunun Əsas şərtlər toplusunu 2500,00 (iki min beş yüz) manat məbləğində iştirak haqqını aşağıda qeyd olunan hesaba köçürdükdən sonra yuxarıdakı ünvandan ala bilərlər.
Bankın adı: "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Sənaye filialı
Kod:     805603
VÖEN: 9900001881
M/h:     AZ03NABZ01350100000000002944
S.W.I.F.T. İBAZAZ 2X
H/h: AZ88IBAZ38030019441856517211
VÖEN: 1500016711
İştirak haqqı heç bir halda geri qaytarılmır. 
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması (Uçotda olduğu vergi orqanından alınmalıdır. Əgər sənəd elektron formada alınıbsa, notarial təsdiq edilməsi mütləqdir. 01.08.2023-cü il tarixdən sonra alınmış arayış qəbul ediləcəkdir); 
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin arayışı. Əgər sənəd elektron formada alınıbsa, notarial təsdiq edilməsi mütləqdir); 
- iddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövrü) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış (01.08.2023-cü il tarixdən sonra alınmış arayış təqdim edilməlidir);
- iddiaçının ilkin qeydiyyat sənədlərinin müvafiq qaydada təsdiq edilmiş surətləri (iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsinin qeydiyyatdan keçdiyi ölkə və əsas fəaliyyət yeri göstərilməklə), ünvan və bank rekvizitləri;
- iddiaçının tikinti işlərinin həyata keçirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması; 
- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd (vəzifəyə təyin edilməsi barədə əmrin təsdiq olunmuş surəti və ya müvafiq səlahiyyətin verilməsi barədə etibarnamə); 
- iddiaçının müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə məlumat (vergi orqanı, icra probasiya şöbəsi və ya müvafiq kommersiya məhkəməsi tərəfindən təqdim olunmuş arayış);
- kənar audit tərəfindən tərtib olunmuş son bir ildəki audit hesabatları (əgər varsa); 
- iddiaçının satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsini təsdiq edən sənədlər (Daxili İşlər Nazirliyindən və ya "ASAN xidmət" mərkəzlərindən 01.08.2023-cü il tarixdən sonra alınmış arayış qəbul ediləcəkdir);
-  tenderin Əsas şərtlər toplusunda göstərilən bütün digər sənədlər, tenderdə xarici şirkətlər iştirak etdikdə onların Azərbaycan nümayəndəliyinin olmasını təsdiq edən sənədlər;
- iddiaçının müvafiq sahədə peşəkarlığı, təcrübəsi, maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi  barədə təsdiqedici sənədlər (ƏŞT-nin ƏLAVƏ 1-nə uyğun);
- iddiaçı baş podratçı kimi analoji işlər üzrə bağlanmış müqavilənin təsdiq olunmuş surətini təqdim etməlidir (oxşar işlərə dair son 3 ildə bağlanmış müqavilələrin surətləri (ƏŞT-nin ƏLAVƏ 1-nə uyğun);
- oxşar işlər üzrə iş təcrübəsini təsdiq etmək üçün belə işlərin həyata keçirildiyi müəssisə və təşkilatdan tövsiyə məktubları;
- iddiaçının maddi texniki bazası (sifarişi yerinə yetirilməsi imkanı) haqqında məlumat (ƏŞT-nin ƏLAVƏ 1-nə uyğun);
- iddiaçının tender təklifi (tender təklifinin qüvvədə olma müddəti zərflərin açıldığı gündən sonra azı 30 (otuz) bank günü);
- tender təklifinin dəyərinin 1 faizi həcmində bank təminatı (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır).
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır).    
 Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda qeyd olunan sənədləri 14 sentyabr 2023-cü il saat 15:00-dək, tender təklifi və tender təklifinin bank təminatını 22 sentyabr 2023-cü il saat 14:00-dək yuxarıda göstərilən ünvana təqdim etməlidirlər. İddiaçıların təklifləri 25 sentyabr 2023-cü il saat 15:00-da Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin iclas zalında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri tenderdə iştirak edə bilərlər.

Tender komissiyası

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Qərbin Gürcüstan planı fiaskoya uğradı”

13:56
31 Oktyabr

“Vampir qız”ın üzü rekonstruksiya edilib

13:33
31 Oktyabr

Binaların tikintisində artıq sementə ehtiyac qalmayacaq

13:17
31 Oktyabr

Cəlilabadda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib

13:06
31 Oktyabr

Qədim Mayya şəhəri aşkar edilib  

12:57
31 Oktyabr

TƏBİB-də İtaliya-Azərbaycan Ticarət Palatası ilə yeni əməkdaşlıq istiqamətləri müzakirə olunub  

12:54
31 Oktyabr

Media: Seçkilər ABŞ-ın Avropaya azalan marağını dəyişməyəcək

12:37
31 Oktyabr

Tayvanda qasırğa səbəbindən 500-dən çox aviareys ləğv olunub  

12:25
31 Oktyabr

“Böyük çay yolu” marşrutu UNESCO-nun İrs Siyahısına daxil ediləcək  

12:04
31 Oktyabr

Avropa Kubokunun qalibi olmuş “Azərreyl”in voleybolçuları ilə görüş keçirilib  

11:56
31 Oktyabr

Prezident İlham Əliyev Bakıda komplektləşdirilən yeni nəsil metro qatarları ilə tanış olub YENİLƏNİB  

11:52
31 Oktyabr

Çin gələn il bərpaolunan enerji istehsalını 1,1 milyard ton kömür ekvivalentinə çatdıracaq  

11:48
31 Oktyabr

Prezident İlham Əliyev Ruandanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK  

11:43
31 Oktyabr

Prezident İlham Əliyev Banqladeşin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK  

11:38
31 Oktyabr

Sadiq Qurbanov: Ötən il su ehtiyatlarından istifadə 9,2 milyard kubmetr olub  

11:34
31 Oktyabr

Prezident İlham Əliyev Konqo Demokratik Respublikasının Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK  

11:29
31 Oktyabr

Prezident İlham Əliyev Albaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK  

11:24
31 Oktyabr

Ekspertlər süni intellektin iş yerlərinə təsirini araşdırıblar  

11:19
31 Oktyabr

“Nəsildən-nəslə teatr” layihəsi davam edir  

11:14
31 Oktyabr

ICESCO Ümumdünya Şəhərlər Günü münasibətilə üzv ölkələrə müraciət edib  

11:09
31 Oktyabr

Kolumbiya mətbuatında Azərbaycanın COP29-a ev sahibliyindən bəhs edilib  

11:04
31 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!