15 İyun 2025 09:25
1009
Mədəniyyət
A- A+
Əlişa qalasında yeni arxeoloji əşyalar tapılıb

Əlişa qalasında yeni arxeoloji əşyalar tapılıb


Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun Astara rayonu arxeoloji ekspedisiyası Alaşa kəndi ərazisində yerləşən Əlişa qalasında apardığı arxeoloji qazıntılar maraqlı nəticələr verir.

Mənzərəli dağlıq ərazidə yerləşən Əlişa qalası Hirkan Milli Parkının girişində, strateji yüksəklikdə yerləşən və elmi cəhətdən indiyədək tədqiq olunmamış abidədir. İlkin qazıntılara 2023-cü ilin sentyabr ayında start verilib və hazırda tədqiqatlar intensiv şəkildə davam edir. Əlişa qalası özündə qədim zamanlardan Orta əsrlərə qədər olan geniş bir tarixi dövrün izlərini daşıyır.

2025-ci il iyunun 2-dən etibarən davam edən qazıntılar nəticəsində XIV əsrə aid şirli və şirsiz keramika nümunələri, kaşı fraqmentləri, su təsərrüfatı qurğuları və memarlıq elementləri üzə çıxarılıb. Qazıntılara tarix üzrə fəlsəfə doktoru, dosent Mikayıl Mustafayevin rəhbərlik etdiyi ekspedisiya qrupu nəzarət edir.

Ümumilikdə 500 kvadratmetr sahədə aparılan qazıntılar nəticəsində iki divar qatı və otaq strukturları müəyyən edilib, qədim su hövzəsi ətrafında üç su qurğusu və saxsı boru xətləri aşkarlanıb, sitadel sahəsində bişmiş kərpicdən inşa olunmuş, döşəməsi yonulmuş daşlarla örtülmüş tikili üzə çıxarılıb, tünd rəngli, miniatür naxışlarla bəzədilmiş XII-XIV əsrə aid kaşı və keramika fraqmentləri tapılıb.

Əlişa qalasında aparılan tədqiqatlar bölgənin qədim və Orta əsrlərə aid mədəni-tarixi irsini daha dərindən öyrənmək baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda qalanın turizm potensialı da artır.


S.CAVADOV,

 "Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Donald Tramp ABŞ-ni dəstəkləməyən müttəfiqləri tənqid edib

23:27
16 Mart

Olimpiyaçılarımızın yenilənmiş medalları Bakıya göndərilir

22:01
16 Mart

Azərbaycanla Qara Dəniz Ticarət və İnkişaf Bankı arasında əməkdaşlıq müzakirə edilib  

20:45
16 Mart

Əlaqələndirmə Qərargahının növbəti iclası Xocavənd şəhərində keçirilib YENİLƏNİB

20:30
16 Mart

Əlaqələndirmə Qərargahının üzvləri Hadrutda bir sıra obyektlərə baxış keçiriblər  

19:53
16 Mart

UNESCO İran, Livan və İsraildə mədəni irsə dəyən ziyanı qiymətləndirir

19:43
16 Mart

Rusiyadan Azərbaycana turist axını ötənilki azalmadan sonra bərpa oluna bilər

19:39
16 Mart

Əlaqələndirmə Qərargahının üzvləri Hadrut məscidini ziyarət ediblər

19:36
16 Mart

Əlaqələndirmə Qərargahının üzvlərinə Azıx mağarasının infrastrukturunun inkişaf konsepsiyası təqdim olunub  

19:21
16 Mart

BƏƏ-də neft hasilatı iki dəfədən çox azalıb

18:34
16 Mart

Əlcəzair, Avstraliya və Hindistan vətəndaşları İrandan təxliyə olundu

18:33
16 Mart

DİN-də sıra baxışı - 129 nəfər növbəti mərhələyə buraxılıb

18:32
16 Mart

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara müraciət edib

18:16
16 Mart

Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə görüşüb

17:53
16 Mart

Kosmosda ulduzların “ölümü” ilə müşayiət olunan parıltı müşahidə edilib

17:51
16 Mart

Ukrayna yeni ballistik raketin sınaqlarına başlayır

17:31
16 Mart

Xocavəndin Qırmızı Bazar qəsəbəsində yerləşən günəbaxan yağları zavoduna baxış keçirilib  

17:29
16 Mart

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17:29
16 Mart

Əlaqələndirmə Qərargahının üzvləri Xocavəndin Quzeyxırman kəndində aparılan təmir-bərpa işləri ilə tanış olublar

17:28
16 Mart

BMT-nin iqlim rəsmisi: Müharibə və yüksək enerji qiymətləri bərpaolunan mənbələrin əhəmiyyətini artırır  

17:02
16 Mart

Avrokomissar: Rusiyadan enerji idxalını dayandıracağıq

17:01
16 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!